Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2095/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhəri Cavabdeh*nə və Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhəri Cavabdeh*nə və Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi) qarşı iddia ərizəsi ilə müraciət edərək, “onun iştirakı olmadan və özgəninkiləşdirilmənin qarşısını almaq üçün tərəflər arasında qeyri-qanuni imzalanan 19.10.*0*3-cü il tarixli, 4034 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə haqqında təxliyə qərarı ilə verilərək, həmin əmlakın özgəninkiləşdirilməsi yolunun açılması və həmin ünvandakı binanın, qeyr-yaşayış sahəsinin adına özgəninkiləşdirilərək reyestrdən çıxarış və texniki pasport verilməsi ilə yanaşı həmin ticarət obyektinin inventarizasiya edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi,3 (reystir 003-00071*03-009) ünvanında * mərtəbəli binanın 1-ci ve *-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 189,53 m* təşkil edən əmlak uzun müddətdir ki, onun istifadəsindədir ve həmin əmlak Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı şəhəri Cavabdeh* başçısının 19.0*.*01*-ci il tarixli, 89 nömrəli sərəncamı ve Bakı şəhəri Cavabdeh* başçısının *8.1*.*017-ci il tarixli, *94 nömrəli sərəncamı ve Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 09.01.*017-ci il tarixli, 09 nömrəli Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinə onun adına özəlləşdirilməsi üçün yazılan sənəd əsasında ve mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada sözügedən ünvandakı binanın qeyri-yaşayış sahəsinin adına özəlləşdirilərək reyestrdən çıxarış ve texniki pasport verilməsi ilə yanaşı həmin ticarət obyektinin inventarizasya edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciet etsəmdə Əmlak Məsələləri Dövlət Komitəsi ve Baki şəhəri Cavabdeh* Başçısının Binə qəsəbəsi inzibati ərazi dairesi üzrə nümayəndəliyinin nümayəndesi Ə.Əlisoy öz aralarında qarşılıqlı anlaşaraq həmin əmlakı öz adına özəlləşdirmənin qabağını alıb ona süni ve qurma bir problem yaradaraq qanundan kənar ve onun iştirakı olmadan həmin əmlak üzərində qurma bir icarə müqaviləsi hazırlayaraq uzun müddəttir istifadəsində olan və özəlləşdirilmək üçün hər bir lazımlı sənədi qaydasında olan hemin əmlakını bu süni və qurma problemlə qarşısını almışdırlar. Öz adına özəlləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etsəm də, ona özəlləşdirmənin problem olmadığını her şeyin qaydasında olduğunu, lakin icarəçi ile əmlak idarəsi arasındaki icarə muqaviləsi ləğv olunandan sonra və ya icarəçidən razılıq ərizəsi alınandan sonra özəlləşdirmənin həyata keçiriləcəyini demişdirlər. Cavabdeh* başçısının özəlləşdirmə üçün sərəncamı olduğu halda Cavabdeh* başçısının Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi ise heç bir esası olmadan ve araya qurma qeyri-qanuni bir muqavilə qoyaraq çıxmadığını, onu məhkəməyə verməsini deyərək süni problem yaradır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddianın əsas tələbi Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh Binə qəsəbə nümayəndəliyi arasında bağlanmış mübahisəli qeyri-yaşayış sahəsinin nümayəndəliyin istifadəsinə verilməsidir (icarə müqaviləsi 19.10.*0*3-cü il, 4034 nömrəli). Ona görə həmin iddia tələbini müdafiə edir. Digər iddia tələblərin inzibati məhkəməyə aid olduğu üçün həmin iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1*.09.*0*4-cü il tarixli, *(003)-*095/*0*4 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhəri Cavabdeh*nə və Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “qeyri-qanuni icarəçinin çıxardırılaraq özəlləşdirilməsi” tələbinə dair iddiası icarə haqqında təxliyə qərarı verilərək, həmin əmlakın özgəninkiləşdirilməsi yolunun açılması və həmin ünvandakı binanın, qeyr-yaşayış sahəsinin adına özgəninkiləşdirilərək reyestrdən çıxarış və texniki pasport verilməsi ilə yanaşı həmin ticarət obyektinin inventarizasiya edilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi şəxsin müqaviləsi qüvvədədir. Həmin müqavilə qüvvədə olmasına baxmayaraq cavabdehlər aralarında qanunsuz olaraq icarə müqaviləsi bağlamışdırlar. Hazırda iddianın sözügedən icarə müqaviləsinin etibarsız edilməsi hissəsini müdafiə edir. Bu səbəbdən də, iddianın həmin hissəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X5 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, sözügedən Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 3 (reyestr №003-00071*03-009) ünvanında * mərtəbəli binanın 1-ci və *-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 188.1 kv.metr təşkil edən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Depertamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini inzibati bina “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 19.10.*0*3-cü il tarixli, 4034 saylı icarə müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 19.10.*0*3-cü il tarixli, *1* nömrəli sərəncamlarına əsasən hər ay 18,81 manat ödənilməsi şərtilə 19.10.*0*3-cü il tarixdən 19.10.*0*6-cı il tarixədək icarəyə verilmişdir. İddiaçıya həmin bina icarə verilməmişdir. İddiaçının orada evi vardır. İddiaçı ilə 3 saylı Xüsusi X* tərəfindən “Qeyri-yaşayış sahələrinin istismar və məişət tullantılarınn daşınması haqlarının ödənilməsi haqqında” 01.01.*016-cı il tarixli müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərində iddiaçının sözügedən binadan istifadə etməsi ilə müqavilə bağlaması qeyd edilməmişdir. Hazırda bina Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır və nümayəndəlik olaraq icarə müqaviləsi üzrə hər ay vaxtı-vaxtında icarə haqqı üzrə ödənilər edilir. Hazırda iddiaçının tələbi əsassızdır və onun iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Əvvəlki məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlətin mülkiyyətində olmaqla ilə 3 saylı Xüsusi X1 balansındadır. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997ci il tarixli, 6*9 saylı Fərmanına əsasən bina Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə icarə müqaviləsi əsasında 3 il müddətinə, yəni 19.10.*0*3-cü il tarixdən 19.10.*0*6-cı il tarixədək illik **5,7* manata icarəyə verilmişdir. Mübahisəli əmlak 3 saylı Xüsusi X1 balansında olsa da Birliyin həmin əmlak barədə icrə müqaviləsi bağlamaq səlahiyyəti yoxdir. İş üzrə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhəri Cavabdeh*, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və iş üzrə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19.10.*0*3-cü il tarixli, *1* saylı sərəncamının surətindən görünür ki, dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi tərəfindən daşınmaz əmlakı obyektlərinə icarə müqavilələrinin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısının təsdiq edilməsi, dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi mövcud qanunvericiliyə əsasən, 10(on) gün müddətində bu sərəncamın 1-ci bəndində göstərilən icarə obyektlərinin texniki göstəricilərinə uyğun olaraq icarə müqavilələrinin bağlanmasını və qeydiyyatının aparılmasının təmin etməsi, maliyyə və təminat şöbəsi ilə birlikdə bu sərəncama əsasən bağlanılan icarə müqavilələri üzrə icarə haqlarının dövlət büdcəsinə ödənilməsinə müntəzəm nəzarətin təmin etməsinin, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin bu sərəncamın surətinin aidiyyəti üzrə çatdırılmasının təmin etməsinin, sərəncamın icrasına nəzarətin rəis müavini E.Yusubova həvalə edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19.10.*0*3-cü il tarixli, *1* saylı sərəncamına əlavə olunan “icarəyə verilən daşınmaz dövlət əmlakı obyektlərinin” siyahısından görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 188,1 kv.metr olan, qeyri-yaşayış sahəsi Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 3 il müddətinə, yəni 19.10.*0*3-cü il tarixdən 19.10.*0*6-cı il tarixədək illik **5,7* manata icarəyə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı 16.06.*0*3-cü il tarixli məktubundan görünür ki, Cavabdeh* Binə qəsəbə nümayəndəliyi fəaliyyətinin davam etdirilməsi məqsədilə əvvəllər Dövlət Neft Şirkətinin balansında olan sonradan Birliyin balansına verilmiş Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 3 ünvanında yerləşən * mərtəbəli binanın birinci və ikinci mərtəbəsində yerləşən 189.53 kv.met qeyriyaşayış sahəsi *01*-ci il tarixindən həmin təşkilatın istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 6*9 saylı fərmanını əsas götürərək qeyriyaşayış sahəsinin səmərəli istifadə edilməsi məqsədilə ünvan 5 ünvanda yerləşən 189.53 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh* Binə qəsəbə nümayəndəliyi ilə özəlləşdirilməsi istisna olmaqla qısa müddətli icarə müqaviləsinin bağlanmasına və heç bir konstruksiya dəyişiklikləri aparılmadan istifadəsinə verilməsinə balans saxlayan təşkilat olaraq etiraz olunmur. - Bakı şəhər İcra Hakimiyyəti aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı 09.01.*017-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivində yaşayan İddiaçı birliyə ərizə ilə müraciət edərək, Xəzər rayonu Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 3 saylı, * mərtəbəli, 3 girişli yaşayış binasının 3-cü girişin 1-ci və *-ci mərtəbəsində 189.53 kv.m qeyri-yaşayış sahəsi uzun müddət onun istifadəsində olduğunu bildirərək həmin sahənin ona ayrılmasını xahiş etmişdir. Mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada sözügedən ünvandakı binanın qeyri-yaşayış sahəsinin səmərəli istifadə olunması məqsədilə vətəndaş İddiaçı ilə icarəçi müqaviləsi bağlanmasına və özəlləşdirilməsinə etiraz olunmur. Qeyd: Birlik tərəfindən 04.04.*016-cı il tarixində 141 saylı məktubla ünvan 8 ünvanda yaşayan X6 ünvan 9 ünvanda * mərtəbəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 1*7.44 kv.m qeyri-yaşayış sahəsinə verilmiş məktub etibarsız hesab edilməsi xahiş olunur. - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 19.10.*0*3cü il tarixli, 4034 saylı icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında Xidmətin 19.10.*0*3-cü il tarixli, *1* nömrəli sərəncamına əsasən Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 3 (reyestr №003-00071*03-009) ünvanında * mərtəbəli binanın 1-ci və *-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 188.1 kv.metr təşkil edən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Depertamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini inzibati məqsədi ilə hər ay 18,81 manat icarə haqqı ödənilməsi müqabilində 19.10.*0*3-cü il tarixdən 19.10.*0*6-cı il tarixədək icarəyə verilmişdir. -Qeyri-yaşayış sahələrinin istismar və məişət tullantılarınn daşınması haqlarının ödənilməsi haqqında yanvar *016-cı il tarixli, *9 saylı müqavilədən görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 3 ünvanında ümumi sahəsi 189,53 kv.metr təşkil edən Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-X4 balansında olan qeyri-yaşayış sahəsini istismar və məişət tullantılarının daşınması haqlarının ödənilməsi məqsədilə “İddiaçı ilə Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-X7 arasında müqavilə bağlanmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi” haqqında 19.10.*0*3-cü il tarixli, 4034 saylı icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında Xidmətin 19.10.*0*3-cü il tarixli, *1* nömrəli sərəncamına əsasən Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 3 (reyestr №003-00071*03-009) ünvanında * mərtəbəli binanın 1-ci və *-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 188.1 kv.metr təşkil edən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Depertamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini inzibati məqsədi ilə Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 19.10.*0*3-cü il tarixdən 19.10.*0*6-cı il tarixədək illik **5,7* manata icarəyə verilmişdir. Qeyri-yaşayış sahələrinin istismar və məişət tullantılarınn daşınması haqlarının ödənilməsi haqqında yanvar *016-cı il tarixli, *9 saylı müqaviləyə əsasən Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 3 ünvanında ümumi sahəsi 189,53 kv.metr təşkil edən Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-X4 balansında olan qeyri-yaşayış sahəsini istismar və məişət tullantılarının daşınması haqlarının ödənilməsi məqsədilə “İddiaçı ilə Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-X7 arasında müqavilə bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 188,1 kv.metr olan, */1.* mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olmaqla 3 saylı MKTB balansındadır. Məhkəmə təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, iddiaçının mübahisəli ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 188,1 kv.metr olan, */1.* mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə dair hər hansı sahiblik, istifadə və yaxud sərəncam verici hüququ əmələ gəlmədiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, iddiaçı tələbinin əsasını mübahisəli qeyri-yaşayış sahəsinin ona “__”.01.*016-cı il tarixli, *9 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-X7 tərəfindənona icarəyə verilməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli əmlakın onunla icarə müqaviləsi əsasında onun istifadəsinə vrildiyini bildirsə də, qeyd olunan müqaviılədən görünür ki, həmin müqavilə icarə müqaviləsi olmamaqla Qeyri-yaşayış sahələrinin istismar və məişət tullantılarınn daşınması haqlarının ödənilməsi haqqında müqavilədir. Bundan başqa məhkəmə qeyd edir ki, ümumiyyətlə balans saxlayan Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-X4 dövlətin əmlakı barəsində icarə müqaviləsi bağlamaq səlahiyyətidə yoxdur. Belə ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli, 6*9 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış müqavilələri təhlil etməsi və mövcud qanunvericiliyə zidd olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görməsi, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icarəçilərin iştirakı ilə icarə haqqının məbləğinə yenidən baxsın və icarə haqlarının vaxtlı-vaxtında müvafiq büdcələrə köçürülməsi üçün lazımi tədbirlərin həyata keçirməsi, icarəyə verilmiş və səmərəsiz istifadə olunan dövlət əmlakının mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini təmin etməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələlərin həll etməsi, bu Fərmanın imzalandığı gündən qüvvəyə minməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15*.*-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 15*.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.*-ci maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əəmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Yenə sözügedən Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Yenə sözügedən Məcəllənin 155.*-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-X7 arasında icarə müqaviləsi bağlanmadığından qeyri-yaşayış sahələrinin istismar və məişət tullantılarınn daşınması haqlarının ödənilməsi haqqında yanvar *016-cı il tarixli, *9 saylı müqavilə ilə iddiaçının mübahisəli əmlaka sahiblik və istifadə hüquq da yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Beləliklə, iddiaçının tələbi ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 188,1 kv.metr olan, */1.* mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə dair hər hansı hüququ olmadığı, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olduğu üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə “19.10.*0*3-cü il tarixli, 4034 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.*-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *16-**0-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhəri Cavabdeh*nə və Bakı şəhəri Cavabdeh* başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “19.10.*0*3-cü il tarixli, 4034 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2095/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2095/2024
12.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver