Məhkəmə qərarları › İş №2(003)-2111/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2111/2021

01.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2111/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayə orqanı) X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16.12.1972-ci il təvəllüdlü qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 16.12.1972-ci il təvəllüdlü ərizəçinin qardaşı X7 ağır dərəcəli şızofreniya diaqnozu qoyulmaqla 1-ci qrup əlildir. Ərizəçinin qardaşı öz hərəkətlərini idarə edə bilmir və başqasının qulluğuna ehtiyac vardır. Ona görə fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır. Hər iki valideyinləri rəhmətə getdiyindən Ərizəçi özü ərizə ilə məhkəməyə müraciət etdi. Ona görə də 16.12.1972-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Nizami Adil oğlunın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ARSN 1 saylı RPX-nın 6345/2014 saylı çıxarışın surətindən görünür ki, X4 şızofreniya xəstəsidir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Stasionar (Ambulator) kitabçadan ******* saylı çıxarışın surətindən görünür ki, X7 “şızofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 16.12.1972-ci il təvəllüdlü X4 şızofreniya paranoid forma psixi qüsur halı diaqnoz qoyulmuşdur. Müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 16.12.1972-ci il tarixdə Türkan qəsəbəsində doğulmuş X4 atası X11, anası X2r. İş materiallarında olan seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 26.08.2021-ci il tarixli 1938 saylı rəyindən görünür ki, X6 şızofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəlik qeyd olunur. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. 16.12.1972-ci il təvəllüdlü X12 onda müəyyən edilmiş ağır dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərini ölçüb-biçmək onları idarə etmək iqtidarında deyil Məhkəmə iclasında müəyyən edildi ki, X12 şızofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli 786 saylı rəyinə əsasən X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X12 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə ərizəçi X10 onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X12 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X12 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, 16.12.1972-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. 16 dekabr 1972-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan X4 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar