Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2123/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçının və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet (R.Cəfərov) küçəsi, döngə 2, ev * ünvanında yerləşən miras mülkə dair ünvan 2iş cavabdehlər Cavabdeh2 10 sentyabr 2003-cü ildə verilmiş, 2V-33 reyestrdə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 (milliyyəti-türk) 28 may 1990-cı ildə vəfat etmişdir. Anası Aslanova (Qerxert) Alvina İvanovna (milliyyəti alman) 13 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Anası ömrünün son günlərinə kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Cəfərov (sovet) küçəsi, döngə 2, ev *-də yaşamış, atası isə Mərdəkan qəsəbəsi, Pioner 9-da qeydiyyatda olub. Birgə nikahlarından beş övladları olmuşdur. 2 qız övladı, 3 oğulan övladı. Qeyd edir ki, Xəzər Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixində 2(003)-3717/2021 saylı qətnamə ilə “mirasın qəbul edilməsi müddətin bərpası tələbinə dair “iddia ərizəsi təmin olunmuşdur. Bundan sonra o öz növbəsində 31 saylı notariat ofisinə müraciət etdi. Onlar öz növbəsində ona yazılı imtina məktubu verdilər ki, mübahisəli ünvan xx.xx.2003-cü ildə 2V-33 saylı reystrlə Cavabdeh2 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətmə əsasında özəlləşdirilmişdir. Vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət hüququ olduğu ona izah etdilər. Ona məlum olan gündən ki, sözü gedən evə dair mirasın qəbul edilməsi, ona dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə hərəkətləri Bakı şəhəri 31 saylı Notariat ofisi aparılmışdır. Həmin gündən məhkəmə qaydasında pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır. O Bakı şəhəri 31 saylı notariat ofisinə atasından qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev *-ə dair mirasın qəbul edilməsinə dair məhkəmə qətnaməsini təqdim edərək ona dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə təqdim etmişdir. Ərizə və əlavə edilən sənədləri nəzərdən keçirdikdən sonra Bakı şəhəri 31 saylı notariat ofisi 21 aprel 2022-ci il tarixli “notariat hərəkətləri aparmaqdan imtina edilməsi haqqında” qərar qəbul etmiş, imtinaya səbəb kimi isə Cavabdeh2 verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamə almasıdır. Cavabdeh2 vərəsələrin dairəsini notariusdan gizlətməsi və bunun nəticəsində miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alaraq öz adına Bakı əhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev *-ə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almasıdır. Həmin çıxarış barəsində onda məlumat yoxdur. Onun reyestr nömrəsi kimin adına rəsmiləşdirilməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin Cavabdeh2, X9 və Cavabdeh1 qardaşdılar onlardan ikisi X1 Fuadın xeyrinə vərəsəlikdən imtina etmişdir. Lakin Cavabdeh1 isə nədənsə öz xeyrinə imtina etmişdir. Ona görə də cavabdeh kimi Cavabdeh1 qeyd etmişdir. Cavabdehlər ikinci dərəcəli vərəsələr Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 10 sentyabr 2003-cü ildə verilmiş, 2V-33 reyestrdə təsdiq olunmuş şəhadətnamə və onun əsasında alınmış çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Əldə edilən sənədlərdən görünür ki, qardaşı oğlu Bakı şəhəri 31 saylı notariat ofisinə ərizə ilə müraciət edərkən mərhumun ondan başqa vərəsələrinin olmamasını bildirmişdir. Bundan başqa o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi, döngə 2, ev *-də yalnız mərhum anası yaşayıb və qeydiyyatda olub. 1964-cü ildən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, Xəzər Rayon Məhkəməsi ilə hazırkı mülki iş üzrə iddiaçı Nizaminin vərəsəsi kimi tanınmışdır və onun miras əmlakdan məcburi pay almaq hüququ vardır. Həmin qətnamə ilə mirasdan məcburi pay lamq üçün müddət bərpa edilmişdir. Notariat işində iddiaçının adı olsa da, vərəsələr cərgəsində adı gizlədilmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılqda iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18*.*-ci maddəsinə əsasən mülki işə cavabdehlər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3717/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X9, Cavabdeh1 və Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilərək, İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzürlü hesab edilərək həmin müddət bərpa edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2430/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı miras əmlakdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 0*.02.2020-ci il tarixli 2(103)- 1646/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2430/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2003-cü il tarixli seriya FM 024121 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sovet döngəsi 2, * saylı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4Ə-02-182 nömrəli notariat işindən görünür ki, 2V-34 nömrəli xx.xx.2003-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən X6 məxsus Bakı şəhəri Mərədəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən Bakı şəhəri Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən evin sonuncuya məxsus olan ½ hissəsini mərhum həyat yoldaşı X2 qəbul etdiyi məcburi payı nəvəsi Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4Ə-02-182 nömrəli notariat işindən görünür ki, mərhum həyat yoldaşı X2 miras qalmış Bakı şəhəri Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən evin ½ hissəsinə X4 məcburi pay hüququ tanınmışdır. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun 02.0*.2003-cü il tarixli 2V-xx-xx/2003 nömrəli notariat işindən görünür ki, X7 ona məxsus olan Bakı şəhəri Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən ev nəvələri Cavabdeh2, Cavabdeh1 və X* bərabər hissədə payları müəyyən edilməklə xx.xx.1983-cü ildə vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun 02.0*.2003-cü il tarixli 2V-xx-xx/2003 nömrəli notariat işindən görünür ki, X7 ona məxsus olan Bakı şəhəri Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən evin Cavabdeh1 və X9 paylarından Cavabdeh2 xeyrinə imtina etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mərhum X2 Bakı şəhəri Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən ev miras əmlak olaraq qalmışdır. Həmin əmlakın ½ hissəsinə sonuncunun həyat yoldaşı X6 məcburi pay şəklində, digər ½ hissəsi isə X7 tərəfindən nəvələri Cavabdeh1, Cavabdeh2 və X* xx.xx.1983-cü ildə vəsiyyət edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, X6 məcburi pay şəklində miras qalmış Bakı şəhəri Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən evin ½ hissəsindəki payını Cavabdeh2 bağışlamışdır. Eyni zamanda vəsiyyətnamə üzrə vərəsələr Cavabdeh1 və X9 Bakı şəhəri Mərdəkan qəsəbəsi Sovet küçəsi döngə 2 ev * ünvanında yerləşən evdən onlara düşən ½ hissədə paylarından Cavabdeh2 xeyirnə imtina etmişlər. Həmçinin mülki iş materiallarında olan məhkəmə qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 adına ilkin dövlət qeydiyyatına alınmış və Cavabdeh2 vəsiyyət edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsində yerləşən * saylı fərdi yaşayış evinin ½ hissəsindən onun məcburi payının müəyyən edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin naturada bölünməsi, ona və Cavabdeh1 düşən hissəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı miras əmlakdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet (R.Cəfərov) küçəsi, döngə 2, ev * ünvanında yerləşən miras mülkə dair ünvan 2iş cavabdehlər Cavabdeh2 10 sentyabr 2003-cü ildə verilmiş, 2V-33 reyestrdə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməli olduğunu iddia edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə müəyyən edilir ki, miras qoyan X7 18 may 1999-cu ildə vəfat etmişdir və vərəslər arasında vərəsəlik hüquq münasibəti o vaxtdan yaranmışdır. Odur ki, hazırki hüquq münasibətləri xx.xx.2000-ci il tarixdək qüvvədə olan Mülki Məcəllənin normalarına uyğun olaraq tənzimlənməlidir. Münasibətlər yaranan dövrdə qüvvədə olan Mülki Məcəllənin *27-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin *28-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin *38-ci maddəsinə əsasən vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Göründüyü kimi münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən mirasdan məcburi pay almaq hüququ olan şəxslərin dairsə müəyyən edilmiş və məcburi pay alamaq hüququ olan şəxslərin dairəsi miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar hesab edilmişdir. Hazırkı mülki iş üzrə iddiaçı qeyd edilən məcburi pay hüququ olan şəxslər dairəsinə aid deyildir. Məhkəmə hesab edir ki, iddiaçının nə qanun, nə də vəsiyyət üzrə vərəsələr dairəsinə aid edilmədiyindən hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olmaması qənaətinə gəlməyə əsas verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet (R.Cəfərov) küçəsi, döngə 2, ev * ünvanında yerləşən miras mülkə dair ünvan 2iş cavabdehlər Cavabdeh2 10 sentyabr 2003-cü ildə verilmiş, 2V-33 reyestrdə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməsi barədə iddası rədd edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet (R.Cəfərov) küçəsi, döngə 2, ev * ünvanında yerləşən miras mülkə dair ünvan 2iş cavabdehlər Cavabdeh2 10 sentyabr 2003-cü ildə verilmiş, 2V-33 reyestrdə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2123/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2123/2022
28.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver