Məhkəmə qərarları › İş №2(003)-2132/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2132/2024

09.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2132/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə doğulmuş qızı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü X8 onun qızıdır. Doğuşdan qızında xəstəlik var. Həmin xəstəliyə əsasən qızına 1-ci qrup əlillik müəyyən olunub. Xəstəliyi ucbatından öz hərəkətlərinin mənasını dərk etmir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilən arayışdan da görünür ki, qızına ağır kəmağıllıq (kəskin imbesillik) kobud nitq, eşitmə və davranış pozuntuları müəyyən olunub. Daima kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Əmək qabliyyətsizdir. Hər bir qulluğunu özü həyata keçirir. Qızının 20 yaşı var və ona çox çətindir. Hər ay onun maddi cəhətdən təmin edilməsi üçün kifayət qədər pul vəsaiti tələb olunur. Vəziyyəti çox çətindir. Məcburi köçkün olduğundan dövlət rüsumundan azaddır. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, xx.xx.2004-cü il təvəllüldlü X7 onun qızıdır. Xəstəliyi ilə əlaqədar qızı A.Şükürova özünü idarə edə bilmir, kömək olmadan hərəkət edə bilmir və qulluğa ehtiyacı var. Qızına o, qulluq edir. X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 55/11 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Şuşa rayonundan məcburi köçkün düşmüş Ərizəçi həqiqətən aşağıdakı ailə tərkibi ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi,"Fırtına quşu" düşərgəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilən məlumatdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X7 birinci dərəcəli əlildir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Şükürova soydı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X5, anası isə Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1588 nömrəli rəyində qeyd edilmişdir ki, İ. Motivləşdirici hissə. X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla xalaqızı-xalaoğlu olması, doğuş travması ilə anadan olması, qıcolma tutmaları biruzə verməsi, serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqinin zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevrolojı Xəstəxanasında müalicədə olması, xx.xx.2022-ci il tarixdə Bakı şəhər 2 X1 həkim psixiatr komissiyasından keçərək “Ağır kəmağıllıq (kəskin imbesillik) kobud nitq, eşitmə və davranış pozuntuları ilə. Daima kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozunun müəyyən edilməsi, əqli geriliyi, ara-sıra narahatlığı, fiziolofi ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023cü il tarixdə müayinə edilərək “Ağır kəmağıllıq (kəskin imbesillik) kobud nitq, eşitmə və davranış pozuntuları ilə. Daima kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ-20. məhdudluq diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: xx.xx.2004 cü il təvəllüdlü X3 hər hansı psixi qüsurları varmı ve ağıl zəifliyi və ya ruhi (psixi) xəstəlikdən əziyyət çəkirmi? Cavab: X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli geriliklə müəyyən edilir. 2-ci sual: xx.xx.2004-cü il təvəllüdlü X7 öz hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinin faktiki xarakterini dərk etməklə onu idarə etmək iqtidarındadırmı? 3-cü sual: xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflici, ağır əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X7 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X7 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar