Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2140/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1963-cü il tarixdə tərtib edilmiş X4 adına olan Bakı şəhər Xəzər rayon Şağan qəsəbəsi Qazmaçılar küçəsi döngə 4, 1 saylı evə dair evin texniki Pasportunun və xx.xx.1993-cü il tarixli 223 saylı Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən X2 adına məxsus ölüm şəhadətnaməsinin X5 məxsus olması faktının müəyyən edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş və hal-hazırda iddia ərizəsində qeyd edilən evdə öz ailə üzvüləri ilə birllikdə yaşayır. Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Qazmaçılar küçəsi döngə 4 ev 1 onun mərhum atasının atası X6 məxsus olmuşdur. Atasının atası X9 1914-cü ildə Bakı şəhərində doğulmuş və xx.xx.1993-cü il tarixdə ölmüşdür. X8 xx.xx.1946-cı ildə Bakı şəhərində doğulmuş və xx.xx.2009-cu il tarixdə ölmüşdür. O, babasına məxsus olan evi sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərək bildirmişlər ki, onun babasının adına olan Bakı şəhər Xəzər rayonu Şağan qəsəbəsi Qazmaçılar küçəsi döngə 4, 1 saylı evə dair evin texniki Pasportunda babasının adı «Alinemet » soyadı «Quliyev » atasının adı isə «Mamedali » oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə isə babasının adı, soyadı, atasının adı X1 qeyd edilmişdir. Bu səbəbdən də evi onun adına sənədləşdirilməsi mümkün deyil. Daha sonra Ərizəçi ərizəsini dəqiqləşdirərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Artyom rayonu Şağan qəsəbəsi Qazmaçi küçəsi ev 1-ə (hazırda Xəzər rayonu Şağan qəsəbəsi Qazmaçılar küçəsi döngə 4 ev 1-ə) dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” X5 aid olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan V-ЖГ seriyalı 318460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X19 (Əli İsmət) oğlu, anası isə X7r. İş materiallarında olan ИЕ seriyalı 928456 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 (Əli İsmət) oğlu xx.xx.1946-cı il tarixdə Bakı şəhəri Şağan qəsəbəsində doğulmuş, atası Quliyev Əliismət (Əli İsmət) Məmmədəli (Məmməd Əli) oğlu, anası isə X11r. İş materiallarında olan AZ-İ seriyalı 349664 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 234150 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 ölməsi ilə əlaqədar vərəsəlik işi açılmış və mərhumun nəvəsi Ərizəçi onun varisi olması barədə məlumat verilmiş və ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün tərtib edilmiş texniki pasportda fiziki şəxsin ata adında düzəliş edilməsi ilə bağlı müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, mərhumun ata adında təqdim edilmiş texniki pasport ilə digər sənədlər arasında uyğunsuzluq mövcüddur. İş materiallarına (əslinə məhkəmə tərəfindən baxış keçirilməklə) əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Artyom rayonu Şağan qəsəbəsi Qazmaçi küçəsi ev 1-ə (hazırda Xəzər rayonu Şağan qəsəbəsi Qazmaçılar küçəsi döngə 4 ev 1-ə) dair həmin sənəd X3 adına verilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilməmişdir ki, ərizəçi babası Quliyev Əliismət (Əli İsmət) Məmmədəli (Məmməd Əli) oğlu olmuş və ondan miras qalmış evin texniki pasportunda adında olan uyğunsuzluq səbəbində görə həmin əmlakın sənədləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.3-cü vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Artyom rayonu Şağan qəsəbəsi Qazmaçi küçəsi ev 1-ə (hazırda Xəzər rayonu Şağan qəsəbəsi Qazmaçılar küçəsi döngə 4 ev 1-ə) dair "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”nun Quliyev Əliismət (Əli İsmət) Məmmədəli (Məmməd Əli) oğluna aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Artyom rayonu Şağan qəsəbəsi Qazmaçi küçəsi ev 1-ə (hazırda Xəzər rayonu Şağan qəsəbəsi Qazmaçılar küçəsi döngə 4 ev 1-ə) dair "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”nun Quliyev Əliismət (Əli İsmət) Məmmədəli (Məmməd Əli) oğluna aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2140/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2140/2022
30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver