Məhkəmə qərarları › İş №2(003)-2148/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2148/2020

18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2148/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi Hüseynağa qızının iştirakı ilə Ərizəçi Hüseynağa qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Hüseynağa qızı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1990-cı ıl tarixdə Əzizbəyov rayon X14 İcrayə Komitəsi tərəfindən mərhum həyat yoldaşı X4 torpaq sahəsi ayrılması barədə verilmiş qərarda X9 deyil, səhvən X10 qeyd olunmuşdur. Xəzər rayon İcra Başçısına sənədin düzəldilməsi barədə etdiyi müraciət təmin edilməmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Göstərilən faktın müəyyən edilməsi ərizəçiyə əmlak sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Əzizbəyov Rayon Xalq X8 Komitəsinin xx.xx.1990-cı il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərar Mərdəkan qəsəbəsi, Komsomol küçəsi 10 nömrəli evdə yaşayan Əzizbəyov RİK-nin 8.12.89-cu il tarixli qərarı ilə 5 nəfər ailə tərkibi ilə mənzil növbəsində dayanan Dəniz dəstəsinin 4-cü hərbləşdirilmiş ysanğın mühafizə hissəsində işləyən X5 Mərdəkan qəsəbəsində 3/90 saylı sahədə fərdi ev tikəmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması haqqında verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Başçısının İ müavininin ərizəçiyə ünvanladığı məktubdan görünür ki, ona Əzizbəyov rayon xalq X8 komitəsinin xx.xx.1990cı il tarixli qərarında dəyişiklik edilməsinin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olması və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 (Əzizbəyov) rayonu, Şağan qəsəbəsi, H.Məmmədbəyli (Komsomol) küçəsi döngə 3, ev 10-da yaşamışdır. Onun 2 övladı olmuşdur: xx.xx.1938-ci il təvəllüdlü X6 2016-cı il tarixdə vəfat etmişdir. Oğlu isə xx.xx.1942-ci il təvəllüdlü 2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X3 xx.xx.1968-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Şərifov arvada Şərifova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Göründüyü kimi, Əzizbəyov Rayon Xalq X8 Komitəsinin xx.xx.1990-cı il tarixli qərarında vətəndaş ”X10”göstərilsə də, nikah haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə ”X9” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyəƏzizbəyov Rayon Xalq X8 Komitəsinin Mərdəkan qəsəbəsi 3/90 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması barədə xx.xx.1990-cı il tarixli qərarının mərhum ərinəməxsusolması faktının müəyyən edilməsi göstərilən sənəddə olan həmin torpaq sahəsinə dair hüquqlarını reallaşdırmaq üçün lazımdır ki, həmin sənəd də bununla bağlı qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki,hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadəetməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Əzizbəyov Rayon Xalq X8 Komitəsinin Mərdəkan qəsəbəsi 3/90 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması barədə xx.xx.1990-cı il tarixli qərarının X4 məxsusluğunun faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Əzizbəyov Rayon Xalq X8 Komitəsinin Mərdəkan qəsəbəsi 3/90 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ”X10”na ayrılması barədə xx.xx.1990-cı il tarixli qərarının ”X9”na (nikah və ölüm haqqında şəhadətnamələrə əsasən) məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov Rayon Xalq X8 Komitəsinin Mərdəkan qəsəbəsi 3/90 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ”X10”na ayrılması barədə xx.xx.1990-cı il tarixli qərarının ”X9”na (nikah və ölüm haqqında şəhadətnamələrə əsasən) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar