Məhkəmə qərarları › İş №2(003)-215/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-215/2025

24.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-215/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Üzeir oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə və Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz hasar və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu il Əzizbəyov rayon Xalq deputatları Sovetinin İcrayyə Komitəsinin 16 saylı qərarına əsasən Buzovna qəsəbəsi, Bünyadov küçəsində torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində əl quyusu qazmışlar və bugünə kimi istifadə edirlər. Torpaq sahəsini setka ilə bölmüşdür, lakin cavabdeh onun xəbəri olmadan setkanı sökmüş və onun torpağına girərək hasar inşa etmişdir. Cavabdehin atası ilə aralarında dəfələrlə bu barədə söz söhbət tüşmüşdür. Cavabdeh və qardaşına da etirazını bildirmişdir. Cavabdehin qardaşı həmin zəbt olunmuş torpağın dəyərini ödəməyi təklif etsə də iddiaçı istəməmişdir. Ona pul lazım deyil, torpağını istəyir. Həmçinin həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə Üzeir oğlu iddia tələbini dəqiqləşdirərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində cavabdehlər X5 və Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz hasar və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə Üzeir oğlu iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Onun atası torpağı 1989-cu ildə əldə ediblər və sənədi Bakı şəhəri İcra Hakimiyyətindən alıblar. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur, belə ki, iddiaçının adına veriliş çıxarış mövcüd deyil. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Əzizbəyov Rayon xalq deputatları Sovetinin İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarizli 16 saylı qərarına əsasən Buzovna qəsəbə Soveti icraiyyə komitəsinin 24 avqust 1989-cu il tarixli 8 saylı qərarına baxaraq və Bakqor Soveti icraiyyə komitəsinin 27 yanvar 1989-cu il tarixli 13/713 nömrəli qərarını rəhbər tutaraq vətəndaş X8 118/3 saylı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərişıq ASC-nin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5a saylı bəndinə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi 6000 voltluq elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə, istismarına heç bir maneçilik törətmir. Azərişıq ASC-nin X8 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadzadə küçəsində yerləşən torpaq sahəsinin ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin sahədən kənara köçürülməsi barədə müraciətə (xx.xx.2021-ci il tarixli, H-311) "xxxx" ASC-də baxılmışdır. Məlumat üçün bildirir ki, ərazidən "xxxx" ASC-nin balansında və xidmətində olan 48619-419 nömrəli YSdan çəkilmiş 6 kV-luq ehtiyat hava xətti keçir. Xəttin həyətyanı sahədən keçən hissəsinin yerinin dəyişdirilməsi üçün Sizin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamentinə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 02/418 saylı məktubunun sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Buzovna Bələdiyyəsinə müraciətinizlə əlaqədar bildirir ki, qonşuluqda yaşayan şəxs tərəfindən mülkiyyət sənədi olmadan hər hansı bir tikinti işləri aparması, sizə aid olan tikililəri sökməsi və həmin ərazidə cinayətə meyilli şəxslərin yığışması ilə əlaqədar aidiyyəti üzrə hüqüq mühafizə orqanlarına müraciət etməyini xahiş edir. SSR Maliyyə Nazirliyinin 1691 saylı Tədiyə bildirişindən görünür ki, X1 qəsəbəsi, Orcenikidze küçəsi 35a 118/3 saylı sahəyə görə cəmi 9,0 rubl vergi ödəməlidir. **********500A0 saylı abune haqqında arayışdan görünür ki, ünvan 3 ünvanına verilmiş kod X8 aiddir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzə rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi ev 4A X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2292 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 469.0 kv.m təşkil edir. İddiaçı tərəfindən istifadəsində olan faktiki göstərilən (469.0 kv.m) torpaq sahəsinin sərhədləri şərtidir və həmin torpaq sahəsinin bir hissəsinə qonşu qarajına giriş çıxış kimi istifadə edir. İddiaçı yerdə qalan hissəsinin (131.0 kv.m) qonşu tərəfindən hasarlanaraq istifadə etdiyini idda edir. Sözügedən sahədə qaraj tikilisi var. Həmin torpaq sahəsinə daxil olmaq mümkün olmamışdır. Faktiki göstərilən istifadə edilən 469.0 kv.m torpaq sahəsində su quyusu, nasosxana və anbar tikilisi mövcuddur. Qeyd olunan qurğu və tikililərin iddiaçıya aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsinin araşdırılması üçün hər hansı sənəd əsası, cizgi təqdim olunmayıb. Həmçinin sahədə qeydiyyata alınan torpaq sahəsinin mövcüd olmadığı müəyyən edilmişdir. Bundan əlavə tikililərin qeydiyyatı barədə məlumatın olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmənin mövqeyi İş materiallarının, təqdim edilmiş sənədlərin, tərəflərin ifadələrinin, ekspertiza rəyinin və digər sübutların hərtərəfli araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı X6 tələbi əsaslı və təmin edilməlidir. Belə ki. iddiaçı təqdim etdiyi sənədlərlə – o cümlədən, xx.xx.1989-cu il tarixli Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 16 saylı qərarı və digər aidiyyəti icra orqanlarının qərarları ilə – Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin ona ayrıldığını sübut etmişdir. Həmin torpaq sahəsi üzərində faktiki istifadəyə dair göstəricilər (su quyusu, anbar, nasosxana və digər qurğular) mövcuddur. Qeyd olunmalıdır ki, baxmayaraq ki, iddiaçının təqdim etdiyi torpaq sahəsinə dair çıxarış (dövlət reyestrindən) yoxdur, lakin onun mülkiyyət hüququnu təsdiq edən digər hüquqverici sənədlər və uzunmüddətli faktiki istifadə sübutları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və müvafiq normativ hüquqi aktlara əsasən, mülkiyyət hüququ yalnız çıxarışla deyil, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqi əsaslarla da sübut edilə bilər. Bu baxımdan, iddiaçının torpaq sahəsinə dair hüquqi statusunun qeydiyyata alınmamış olması onun hüquqlarını inkar etmir. Əksinə, cavabdehlər Cavabdeh və X5 tərəfindən iddia edilən torpaq sahəsi ilə bağlı hər hansı hüquqverici sənəd, o cümlədən həmin ərazidə qanuni tikinti aparmaq üçün icazə və ya reyestr çıxarışı təqdim olunmamışdır. X2 adına olan E.Bünyadov küçəsi ev 4A ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması ilə yanaşı, bu sənədin konkret mübahisəli torpaq sahəsinə aidiyyəti ekspertiza və digər sübutlarla təsdiqini tapmamışdır. Bundan başqa işin tam və obyektiv həlli üçün iş üzrə əşyaların qiyymətləndirilməsi üçün aparılmış ekspertiza nəticəsində təqdim edilmiş rəyə əsasən, mübahisələndirilən torpaq sahəsinin zəbt olunması müəyyən olunmuşdur. Ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, torpaq sahəsinin 469 kv.m-lik hissəsində iddiaçının istifadə faktı təsdiq edilmiş, qalan 131 kv.m sahənin isə qonşu tərəfindən hasarlanaraq istifadə edildiyi bildirilmişdir. Ekspertiza həmin hasarlanmış sahədə qaraj tikintisinin olduğunu və ora baxışın mümkün olmadığını qeyd etmişdir. Bütün bunlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ qanuni əsaslara malikdir və cavabdehlərin müdaxiləsi nəticəsində bu hüququ pozulmuşdur. İddiaçının torpaq sahəsindəki hüququnun bərpası və qanunsuz tikililərin sökülməsi tələbini təmin etmək mülki hüquqların müdafiəsi baxımından zəruridir. Bu səbəbdən, iddia tələbi tam həcmdə təmin olunmalı və cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz hasar sökülməlidir. Məhkəmə habelə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul cavabdehlər X5 və Cavabdeh alınaraq X3 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 50,0 (əlli) manat cavabdeh X5 və Cavabdeh tutularaq X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz hasar və tikililər cavabdehlər X5 və Cavabdeh hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (yüz) manat cavabdehlər X5 və Cavabdeh birgə qaydada tutularaq X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar