Məhkəmə qərarları › İş №2(003)-2167/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2167/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2167/2021 07.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC ilə Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli müqaviləyə əsasən o,"Samsung led" markalı televizor və 2 ədəd Samsung Galaxy A10 markalı telefon almışdır və nəticədə 1676,2 manat borc yaranmışdır. 12.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1551,2 manat (yəni 12 ay x 107,6 manat+260 manat ilkin ödəniş) olan "Samsung led" markalı televizor və 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün cəmi 1676,2 manat olmaqla ondan 1291,2 manat əsas borc və 385 manat cərimə (dəbbə) və 14.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1405,6 manat (yəni 18 ay x 65,2 manat+232 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün cəmi 1407,6 manat olmaqla ondan 1173,6 manat əsas borc və 234 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən “xxxx” MMC-nin xeyrinə 2464,8 manat əsas borc, 619 manat cərimə və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli müqavilədən aydın olur ki, "Samsung led" markalı televizor və 2 ədəd Samsung Galaxy A10 markalı telefon üçün ilkin ödəniş 260 manat olmaqla hər ay nağd qaydada 107,6 manat ödəməklə, 12 ay müddətinə 1551,2 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 12.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən "Samsung led" markalı televizor və 2 ədəd Samsung Galaxy A10 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh12.03.2020-ci il tarixli müqaviləyə əsasən 25.04.2020-ci il tarixdən 25.03.2021-ci il tarixədək İddiaçı MMC-yə hər ay 107,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli müqavilədən aydın olur ki, Samsung markalı paltaryuyan üçünilkin ödəniş 232 manat olmaqla, hər ay nağd qaydada 65,2 manat ödəməklə, 18 ay müddətinə 1405,6 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 14.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən Samsung markalı paltaryuyan tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14.03.2020-ci il tarixli müqaviləyə əsasən 25.04.2020-ci il tarixdən 25.09.2021-ci il tarixədək İddiaçı MMC-yə hər ay 65,2 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 12.03.2020-ci il tarixli 20170424 saylı müqavilə üzrə 260 manat və 14.03.2020-ci il tarixli 20175261 saylı müqavilə üzrə 232 manatödəniş etmiş, ümumilikdə qeyd olunan müqavilələr üzrə İddiaçı MMC-yə 492 manat ödəniş etmiş, son nəticədə onun 12.03.2020ci il tarixli 20170424 saylı müqavilə üzrə 1291,2 manat əsas borcu, 385 manat cərimə, 14.03.2020-ci il tarixli, 20175261 saylı müqavilə üzrə 1173,6 manat əsas borcu və 234 manat cərimə olmaqla ümumilikdə İddiaçı MMC-yə 2698,8 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, «xxxx» MMC ilə Cavabdeh arasında 12.03.2020-ci il və 14.03.2020-ci il tarixli müqavilələr bağlanmışdır. 12.03.2020-ci il tarixli, 20170424 saylı müqaviləsyə əsasən, alqı-satqı qiyməti 1551,2 manat olan "Samsung led" markalı televizor və 2 ədəd Samsung Galaxy A10 markalı telefon 260 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 107,6 manatödəmək şərti ilə almışdır. 14.03.2020-ci il tarixli, 20175261 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 1405,6 manat olan Samsung markalı paltaryuyan üçün 232 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 65,2 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 492 manat ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə müəyyən edilmiş müddətdə kredit borcunu qaytarmağıüzərinə götürmüşdür. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan əşyaların almasına dair hüququndan istifadə etmiş, müqavilələr üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın əsas borcun ödənilməsinə dair hissəsi əsaslıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici cərimənin azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehlərin cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsində nəzərdə tutulan cərimə azaldılmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 12.03.2020-ci il tarixli, 20170424 saylı müqaviləyə əsasən 1291,2 manat məbləğində əsas borca münasibətdə 385,0 manat, 12.03.2020-ci il tarixli, 20175261 saylı müqaviləyə əsasən 1173,6 manat əsas borca münasibətdə 234,0 dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz, tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 12.03.2020-ci il tarixli, 20170424 saylı müqaviləyə əsasən 30,0 manat və 14.03.2020-ci il tarixli, 20175261 saylı müqaviləyə əsasən 20,0 manat olmaqla, cəmi 50,0 manat cərimə(dəbbə) pulu tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 12.03.2020-ci il tarixli, 20170424 saylı müqavilə üzrə 1291,2 manat əsas, 30,0 manat dəbbə (cərimə) pulu və 14.03.2020-ci il tarixli, 20175261 saylı müqavilə üzrə 1173,6 manat əsas, 20,0 manat dəbbə (cərimə) pulu, ümumilikdə 2464,80 manat əsas, 50,0 manat dəbbə (cərimə) pulu və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 2544,8 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 105- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-ninxeyrinə Cavabdeh 12.03.2020-ci il tarixli, 20170424 saylı müqavilə üzrə 1291,2 manat əsas, 30,0 manat dəbbə (cərimə), 14.03.2020-ci il tarixli, 20175261 saylı müqavilə üzrə 1173,6 manat əsas, 20,0 manat dəbbə (cərimə), ümumilikdə 2464,80 manat əsas, 50,0 manat dəbbə (cərimə) və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 2544,8 (iki min beş yüz qırx dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar