Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-218/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayə orqanı) X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01.07.*00*-ci il təvəllüdlü oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, övladı 01.07.*00*-ci il təvəlüdlü X7 uzun illərdir ki, yanında saxlamaqla baxır. Hazırda ailəlikcə Xəzər RPİ inzibati binada rəsmi qeydiyyatdadırlar, lakin faktiki olaraq Mərdəkan qəsəbəsi, S.Yesinin küçəsi ev 15, mənzil 15-də yaşayırlar. X1* özü də bu ünvanda anadan olmuşdur. X* anadan gəlmə lalkar olmaqla psixi xəstəlikdən əziyyət çəkir və *-ci qrup əlildir. “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, davranış pozuntuları” olan xəstədir. Özünü sərbəst idarə etmə imkanına malik deyildir. X* anadan gəlmə lal-kar və pisxi xəstə olduğundan uşaq yaşlarından ərazi üzrə Bakı şəhəri Xəzər rayonu *6 saylı şəhər poliklinikasının psixiatriya kabinitendə qeydiyyatdadir və vaxt aşırı müalicə olunur. Övladı sağlamlığı ilə bağlı aşkar problemləri olduğu üçün o, xüsusi qayğıya möhtacdır, tək başına ümumiyyətlə saxlaması mümkün deyildir və onun qayğısına anası olaraq ərizəçi tək qalır. Şair Kazımov təkbaşına özünü idarə etmək iqtidarında deyildir. Nə qədər ki, azyaşlı idi bəzi məsələlərdə problem yox idi. Lakin 01.07.*0*0-ci ildə 18 yaşı tamam olandan sonra rəsmi münasibətlərlə bağlı qəyyum tələb olunur. Onun hüququq və mənafeylərinin müdafiəsi üçün qəyyuma ehtiyacı vardır. Qəyyum təyin edilməsi üçün isə onun məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi ailəlidir, əri Şakir Kazımov işləyir, o isə evdar qadın olmaqla işləmir, sağlamdır və övladı lazımi qayğı göstərməyə fiziki cəhəddən imkanı vardır. Bununla bağlı maraqlı şəxs Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətində (İH Başçısının Yanında Qəyyumluq və Himayəçilik Komissiyasında) qəbulda olub, müraciətinə baxılmışdır. Lakin müraciəti ilə bağlı olaraq bildirilmişdir ki, bu məsələyə xəstənin “məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsi həll edildiyindən sonra” baxılacaqdır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunanlara görə də uşaqın məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onların üzərində qəyyum təyin edilməlidir. Bu səbəbdən 01.07.*00*-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Şair Şakir oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 **.09.*0*1-ci il tarixli 8*46 saylı arayışın sürətindən görünür ki, X10 **.09.*0*1-ci il tarixdə müayinə olunub və ona orta əqli gerilik, yöndəmsiz davranış pozuntuları F71.1 diaqnozu qoyulmuşdur İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 543*5*7 saylı arayışından görünür ki, Ərizəçi, X9 və X10 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 01.07.*00*-ci il tarixdə Lerik rayonunun Ordahal kəndində doğulmuş X4 atası X9, anası Ərizəçidır. İş materiallarında olan 31 saylı Birləşmiş şəhər Xəstəxanası Poliklinika şöbəsinin arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi tibbi müayinədən keçmişdir. İş materiallarında olan X17 X11 345 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan 01.07.*00*-ci il təvəllüdlü X10 *006-cı il tarixdən orta əqli gerilik diaqnozu ilə (İQ=5*) dispanserdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin *5.11.*0**-ci il tarixli 3115 saylı rəyindən görünür ki, X5 orta əqli gerilik, davranış pozuntuları qeyd olunur. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. 01.07.*00*-ci il təvəllüdlü X10 onda müəyyən edilmiş orta dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərini ölçüb-biçmək onları idarə etmək iqtidarında deyil. Məhkəmə iclasında müəyyən edildi ki, X10 dərin dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin *5.11.*0**-ci il tarixli 3115 saylı rəyinə əsasən X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam başa düşmək və öz hərəkətlərinə tam rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *8.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.*-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X10 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X10 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X10 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, 01.07.*00*-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.*-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin *17.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *16-**0, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. 01.07.*00*-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-218/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-218/2023
06.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver