Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2187/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Azərbaycan Respunlikası Əmlak X9 və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əzizbəyov Rayonu X16 İK-nin (indiki Bakı şəhəri Xəzər RİH) vətəndaşlara frədi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 12 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Bildirir ki, atası X12, anası X5r. Əzizbəyov Rayon X16 icraiyyə komitəsinin vətəndaşlara, fərdi ev tikmək üçün torpaq sahəsiayrılması haqqında 12 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 3/160 nömrəli sahəyə anası X6 Mərdəkan qəsəbəsində 3/160 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kvm torpaq sahəsi ayrılmışdır. X8 xx.xx.2013-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında şəhadətnamə vardır. Ölüm haqqında şəhadətnamədə anasının soyadı Zahidova, onun doğum haqqında şəhadətnaməsində Zahidova, başqa sənədlərdə isə “Zahıdova” göstərilmişdir. Həmin məsələ ilə bağlı Azərbaycan Respunlikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müraciəti həll olunmamış və ona məhkəməyə müraciət etməyi məsləhət görülərək ordan ona imtina məktubu verilmişdir. Sərəncamda torpağın nömrəsi M/32, arxiv sərəncamında isə nömrsəi 3/160 göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Bakı şəhəri, Əzizbəyov Rayonu X16 İK-nin vətəndaşlara frədi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 12 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, , Əzizbəyov Rayonu X16 İK-nin vətəndaşlara frədi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 12 nömrəli, xx.xx.1990-cı il tarixli qərarda anasının soyadı səhvən “Zayıdova” kimi yazılmışdır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-213-30/2-2-0053-8/2023 saylı məktubundan görünür ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan sahə Şağan qəsəbəsinin ərazi hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 750,0 kv.m, faktiki ölçüsü 710,0 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Kommunal Təsərrüfatı Departamenti Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat birliyi 111 saylı Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 349 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 408959 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X12 və anası X8 olan xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi doğulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısının İ müavininin Ərizəçi ünvanlanmış Z-27-09 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan, həmçinin torpaqayırma sərəncamında torpağın nömrəsi M/32, arxiv sərəncamında nömrə 3/160 göstərildiyindən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının Y-15-112 saylı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Əzizbəyov rayon X16 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 12 №-li qərarı vətəndaş X2 adınadır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli AZ-İ № 636388 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X8 xx.xx.2013-cü il tarixdə “Beyin ödemi” səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 897 №-li qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AZ-İ № 816576 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X12 xx.xx.2016-cı il tarixdə “ürək damar çatmamazlığı” səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 502 №-li qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli №X/O-179/21 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisində vərəsə Ərizəçi (ünvan: ünvan 5 əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2013-cü ildə vəfat etmiş X3 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Əzizbəyov rayon X16 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 12 nömrəli qərara əsasən ünvan 6 ünvanında yerləşən ünuni sahəsi 750 kv.m olan torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 xx.xx.1976-cı il tarixdə Səadət Sarayında (Bakı nikah evi) rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2922 nömrəli qeydiyyat aparılmış, ərə Zahidov, arvada Zahidova soyadı verilmişdir. Göründüyü kimi, ərizəçinin anasının soyadı xx.xx.1990-cı il tarixli 12 saylı qərarda “Zayıdova” yazılmışdır. Belə ki, iş materiallarında olan, ölüm haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamələirin surətlərindən görünür ki, ərizəçinin anası xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmaqla, soyadı “Zahidova”, adı “Nəsibə”, ata adı “Mikayıl”dır. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin xx.xx.1990-cı il tarixli 12 nömrəli qərarı ərizəçinin mərhum anasına məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən sənəddə ərizəçinin soyadının qeyd olunan sənəddə düzgün göstərilməməsi və həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin əmlakın sənədləşmə işlərinin aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Əzizbəyov Rayonu Xalq Deputatları Şurasının İK-nin xx.xx.1990-cı il tarixli, 12 nömrəli qərarının X4 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-2187/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2187/2023
05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver