Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2197/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Qəyyumluqvə Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1* ərinin doğma bacısıdır. İradənin atası X18 xx.xx.1996-cı il tarixdə “kəskin beyin damar çatışmazlığı” xəstəliyindən ölmüşdür. X1 19 noyabr 1998-ci il tarixdə 61 yaşında “kəskin ürək, qan-damar çatışmazlığı, hipertoniya” xəstəliyindən ölmüşdür. X* 18 iyul 199*-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdərədə döyüşərkən həlak olmuşdur. İradənin hal-hazırda yaxın qohumu qalmamışdır, onun digər qardaşı, yəni əri X19 1997-ci il *3 iyun tarixdə ölmüşdür. X1* xx.xx.1961-ci ildə anadan olmuş, Bakı şəhəri Qala qəsəbəsi Yeni yaşayış massivində faktiki onun himayəsində *0 ildir ki yaşayır. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən ömürlük İİ qrup əlilliyə görə əmək pensiyası alır. X*9 təxminən *0 il əvvəl xəstələnmişdir, əvvəllər o mağaza müdiri işləmişdir. Ərizəçi məhkəmə iclasında xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi, izahatında əlavə olaraq bildirdi ki, X1* özünü idarə edə bilmir, daimi qulluğa ehtiyacı vardır. Həmçinin bildirdi ki, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, onun üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyətinin Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *7.05.*0**-ci il tarixli arayışdan görünür ki, X3 qəsəbəsi yeni yaşayış massivi ünvanında yaşayır. İş materiallarında olan AЗ seriyalı 136*7* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X*3, anası isə X6r. İş materiallarında olan İİ-ЖГ seriyalı 438444 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 10.11.196*-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X*3, anası isə X4r. İş materiallarında olan V-ЖГ seriyalı 483378 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Ərizəçi arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan V-ЖГ seriyalı *610*8 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 *3.06.1997-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İV-ЖГ seriyalı 364617 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18.07.199*-ci il tarixdə ölmüşdür. İş materiallarında olan V-ЖГ seriyalı 3304*6 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 95*175 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1996-cı il tarixdə ölmüşdür. AZ-İ 351990 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş, atası X17, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar (Ambulator) kitabçadan çıxarışın surətindən görünür ki, X7 xəstəliyi rezidual şizofreniyadır. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsin *3.07.*0**-ci il tarixli 19*7 saylı rəyindən görünür ki, X15 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Buna görə də onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *8.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X15 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X15 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.*-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin *17.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-3*1 və *16-**0-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2197/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2197/2022
15.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver