Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-220/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nağıyeva Şəfiqə Abdulqədir qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbulu müddətinin uzadılması, qanuni vərəsə kimi miras əmlakdan payının ayrılması və ona vərəsəlik şəhadətnaməsinin verilməsinin notariat kontoruna həvalə edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul etmə müddətinin uzadılması, qanuni vərəsə kimi X1ndan miras qalmış ünvan 1-dən qanuni vərəsə kimi ona düşən payın ayrılıb ona verilməsi və həmin payla bağlı vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri, 31 saylı Notariat Orqanına həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən torpaq sahəsinə dair miras payının qəbul edilməsi və payının ½ hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş və onunla əsaslandırmışdır ki, ünvan 1 X1na məxsus olmuş, DƏDRX-də xüsusi mükiyyət kimi atasının adına qeydiyyatdan keçmişdir. Atası 1983-cü il tarixində anası X10 ilə nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahdan o və bacısı Cavabdeh anadan olmuşlar. O, xx.xx.2009-cu il tarixində X6 ilə nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından övladları xx.xx.2010-cu il tarixində X14, xx.xx.2013-cü il tarixində X13 və xx.xx.2017-ci il tarixində X15 anadan olmuşdur. Ailə qurduğu gündən həyat yoldaşı yaşadığı mübahisəli evə, yəni ünvan 1- ə gəlin gəlmiş, onlar birlikdə həmin evdə yaşamışlar. X1 xx.xx.2019-cu il tarixində vəfat etdikdən sonra bacısı ona bildirmişdir ki, notariusa birgə gedib mirasa dair ərizə verərlər. O, dəfələrlə bu barədə bacısına müraciət etsə də, bacısı atası vəfat etdikdən 4 ay sonra onu ailəsi ilə və uşaqları ilə birlikdə evdən qovmuşdur. O, sonradan notariusa müraciət etmiş, notarius onu qeydiyyata almış və ona vəkilinin yanında vərəsəlik şəhadətnaməsi verəcəyini bildirmişdir. Lakin sonradan notariusdan rədd cavabı almış. xx.xx.2020-ci il tarixli 135 saylı məktubla 31 saylı Notariat Kontoru vərəsəlik şəhadətnaməsi verilməsi üçün əmlaka dair hüquq müəyyənedici sənədin əslinin təqdim olunmaması, vərəsələr arasında mübahisələr olduğu və vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxıldığını səbəb gətirərək ərizəsini rədd etmişdir. O və bacısı qanuni vərəsələrdir. Miras əmlakda qeydiyyatdadırlar. Atası öləndə özü atasını dəfn etmiş, bacısı ilə birlikdə yas mərasimini təşkil etmişlər. Atası vəfat edərkən, ondan əvvəl və vəfatından sonra da onlar mübahisəli əmlakda yaşamış və sonradan bacısı, yəni cavabdeh tərəfindən qovulmuşlar. DƏDRX tərəfindən xx.xx.2019-cu il **********37 saylı məktubla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 5, 4 saylı fərdi yaşayış evinin atasına məxsus olması barədə sənəd verilmişdir. Nəhayət o, qanuni vərəsədir, payına düşən hissənin ayrılıb ona verilməsini istəyir. Qeyd olunanlara əsasən, ünvan 1-də yerləşən torpaq sahəsinə dair miras payının qəbul edilməsi və payının ½ hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nağıyeva Şəfiqə Abdulqədir qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o özü miras əmlakda qardaşına yaşamaq üçün yer verəcəkdir. İddiaçı atasına baxmamış, atasına o özü baxmışdır. İddiaçı evlənəndə onların evinə gəlin gətirib, bir qızı da həmin evdə anadan olub. O, iddiaçıya gəlib yaşamağını demiş, qardaşı razı olmamışdır. İddiaçı miras həyətdə təmirsiz qeydiyyatsız evdə yaşamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə surəti olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019cu ildə vəfat etmişdir. İşdə surəti olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı X1, anası X8r. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 135 saylı Qərardan görünür ki, İddiaçı və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan və Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. X7 2019-cu ildə, onun arvadı Elmira Quliyeva da həmçinin vəfat etmişdir. Vəfat edərkən mərhum X7 mübahisəli evi heç kəsə vəsiyyət etməmişdir. İddiaçı X1 vəfat etdikdən sonra, atasına məxsus ünvan 1 saylı evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri-formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyriformal əldə edilməsi dedikdə isə mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, X7 2019-cu ildə vəfat etdikdən sonra onun mirasını heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. X3 mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin miras əmlak İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. X7 2019-cu ildə vəfat edərkən qanun üzrə vərəsə olan İddiaçı miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən X1na məxsus ünvan 1 ünvanda yerləşən miras əmlakın qəbul edilməsi faktını müəyyən etməklə həmin əmlakdan onun miras payının 1/2 hissə təşkil etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: İddia təmin edilsin. İddiaçı tərəfindən X1na məxsus ünvan 1 ünvanda yerləşən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlakda onun 1/2 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-220/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-220/2021
26.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver