Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2209/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun fərdi yaşayış evinə əsassız hesablanmış 3181,76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 3181,76 manat məbləğində borc hesablanmışdır. 2021-ci ildə həmin ünvanda yerləşən evə çıxarış almışdır. Həmin ünvan onun mülkiyyətindədir. Cavabdeh İB tərəfindən bildirirldi ki, həmin ünvanda 2010-cu ildən borc yaranıb. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Ona məxsus **********10170 saylı abonent hesabına hesablanmış 3181,76 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun xəbəri olmadan qaz sayğacına 3181,76 manat cərimə yazılmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktdan onun heç vaxt xəbəri olmayıb, heç vaxt məlumat verməyiblər ki, onun borcu var. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş rəyə əsasən sayğacın çıxış plastmas borusu deşilib. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, onun xəbəri olmadan sayğac çıxarılaraq aparılmışdır. Aylıq 30-40 manat ödəniş edir. Ünvanda yaşayış olmamışdır. Arada bir gəlib ünvana dəymişdir. Gəldiyi zaman qazdan istifadə etmiş və ödəniş etmişdir. Həmin evi 2021-ci ildə alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Abonent kodu köhnə sakin olan X1 adınadır. Abonent kodunda borc olduğuan görə sayğacı öz adına dəyişdirə bilməmişdir. Cavabdeh nümayəndəsi R.V.Əliyev məhkəməyə etiraz ərizə ünvanlayaraq orada göstərmişdir ki, İddiaçı qaldırdığı iddianın əsassız olması onun cavabdehlə qarşılıqlı öhdəlikləri müəyyən edən heç bir müqavilənin olmaması ilə təsbit edilir. Bu səbəbdən onun iddia qaldırması və borcun silinməsi kimi tələb etmək üçün heç bir subyektiv hüququ da yoxdur. Borc məbləği X2 məxsusdur. X3 uzun müddət təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə 2592 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı sayğaca müdaxilə etməklə Cavabdehnə 2592 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt da tərtib edilmişdir. Akta əsasən digər şəxs (əsl istehlakçı) X2 2592 manat borc hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda İddiaçı malik olduğu ünvan ünvan 3eyd edilmişdir. Lakin, sözügedən və mübahisə predmetinə çevrilmiş borc məbləği ünvan 4 ünvanına yazılmışdır. Bundan əlavə İddiaçı sözügedən, borc hesablanmış ünvan 4 ünvanda yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən heç bir hüquqi sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin İddiaçı əsl istehlakçı X3 ilə qohumluq əlaqələrini müəyyən edən sənədlər də mövcud deyil. Aşkar surətdə görünür ki, iddiaçının Cavabdeh İB ilə qarşılıqlı öhəliklərini müəyyən edən nə müqaviləsi var, nə iddia ərizəsinə əlavə etdiyi Mənzil Çıxarışındakı ünvan borc məbləği yazılmış ünvandır, nə də ki, iddiaçının ünvan 5aylı evdə yaşadığını və ya qeydiyyatda olduğunu sübut edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmimşdir. Həmçinin istehlakçı ilə qohumluq əlaqələrini müəyyən edən sənədlər də, iş materiallarında mövcud deyil. Yuxarıda sadalanan dəlillər əsas verir ki, iddiaçının iddia tələbi üçün heç bir subyektiv hüququ olmadığından icraata xitam verilməli və iddia ərizəsi əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehin mövqeyini təhlil edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -**********10170 saylı abonent kodu üzrə verilmiş abonentin saldosundan görünür ki, ünvan 6 ünvanında yerləşən, abonent X2 məxsus fərdi evdə xx.xx.2023-cü il tarixdə **********2 saylı “ZENNER G6T MEXANİKA” tipli sayğac quraşdırılmışdır. Ünvanda PQ-4 tipli 4 gözlü qaz plitələri, samovar, qızdırıcı radiator peçi və dəmir peçi işlədilir. 2023-cü ilin aprel ayında akt əsasında ünvana 2592 manat məbləğində borc yazılmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli **********04-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qaza müdaxilə nəticəsində qaz itkisinin yaranması faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində qaz itkisinin yaranması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halın mövcudluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərər cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Bundan başqa, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının abonent hesabına hesabına akt əsasında 2592 manat borc hesablanmışdır. İddia tələbində qeyd edilən 3181,76 manat məbləğində borcu hesablanması isə müəyyən edilməmişdir. Ümumiyyətlə, həmin məbləğdə borcun mövcudluğu barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia ərizəsi qismən təmin edilməli, cavabdeh Birlik tərəfindən iddiaçının abonent hesabına hesablanmış 2592 manat məbləğində borc silinməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iddia qiyməti- yəni, iddianın təmin edilmiş hissəsi 2592 manat təşkil etdiyinə görə dövlət rüsumunun məbləği 45,92 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının sahibliyində olan ünvan 6 ünvanına (abonent kodu **********10170) hesablanmış 2592 manat məbləğində borc silinməli, cavabdehdən 45,92 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********10170) hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hisssədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 45,92 (qırx beş manat, doxsan iki qəpik) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2209/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2209/2024
10.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver