Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2224/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun fərdi yaşayış evinə əsassız hesablanmış 464,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Donuzçuluq Sovxozu ünvanda yaşayır. Demək olar ki, qış aylarında oğlunun evində yaşayır. Hər dəfə ödəniş edəndə ödənişlərdən tutmalar olunurdu. Cavabdeh İB ərizə ilə müraciət etmişdir. Müraciətə cavab bildirildi ki, akta əsasən sayğac ALARM-1 rejimindədir hesablama mexanizminin qoruyucu qapağı kənar təsir nəticəsində sındırılmışdır rəyi verilmişdir. “Azəriqaz“ İB tərəfindən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Donuzçuluq Sovxozu ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 464,40 manat məbləğində borc hesablanmışdır. Məlumat üçün bildirir ki, sayğac naməlum avtomobil tərəfindən sındırılmışdır. O, bununla bağlı polisə məlumat vermiş, bundan başqa Cavabdeh İB də məlumat vermişdir. Qaz sayğacı yenisi ilə əvəz olundu və cərimə hesablandı. Cavabdeh İB tərəfindən ona məxsus olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 464,40 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmiş, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. **********02650 saylı abonent hesabına hesablanmış 464,40 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xəbəri olmadan qaz sayğacına 464,40 manat cərimə yazılmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktdan onun heç vaxt xəbəri olmayıb, heç vaxt məlumat verməyiblər ki, onun borcu var. Əvvəlki məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək işə onun iştirakı olmadan baxıb iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxıb iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi R.V.Əliyev etiraz ərizəsi ünvanlayaraq orada göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək təbii qazdan istifadə üzrə yaranmış 464,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Belə ki, əldə olan sənədlərə və abonent saldosuna əsasən məlum olmuşdur ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək qanunsuz istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ümumilikdə 464,40 (dörd yüz altmış dörd manat qırx qəpik) manat həcmində ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və fakt Qanuna müvafiq surətdə rəsmiləşdirilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt, dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. İddiaçının mənzilində quraşdırılmış qaz sayğacında və qaz xətlərində Qaz təsərrüfatı üzrə aşkar olunmuş nöqsanlar aşağıdakı kimi sıralanır: 1- xx.xx.2019-cu il tarixində Cavabdeh Bakı Regional qazın satışı Departamentinin əməkdaşlarının birgə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı (istehlakçı) onun mənzilinə quraşdırılmış G-4 markalı 16050962 zavod nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünü sındıraraq müdaxilə etmiş və sayğacdan ALARM-1 rejimində, yəni xətalarla istifadə edir. Faktla bağlı əməkdaşları və istehlakçı (iddiaçı) X1 birgə iştirakı ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş, əməkdaşları faktı imzaları ilə tədiq etmiş, lakin iddiaçı akta imza etməkdən imtina etmişdir. Lakin iddiaçı qeyd olunan qaz sayğacındakı nöqsanı xx.xx.2019-cu il tarixli ******* saylı akta imza etməklə təsdiq etmişdir. Aktda iddiaçı qaz sayğacının ekranının sındığını etiraf edərək imza etmişdir. Qaz sayğacı açılaraq Dövlət yoxlamasına rəy alınması üçün göndərilmiş və MSK29/1710- 01291 saylı müdaxilə rəyi daxil olmuşdur. Rəydə qaz sayğacının laboratoriya şəraitində yoxlanıldığı və müdaxilə olunduğu təsdiqini tapmışdır. Materiallar toplanaraq itirilmiş təbii qaz həcminin müəyyən edilməsi aidiyyatı Komissiyaya tapşırılmış və Komissiya tərəfindən “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Tələbnaməyə əsasən iddiaçının qanunsuz hərəkəti nəticəsində 4644 m təbii qaz həcmi itirilmişdir. Həmin dövr üçün təbii qazın dəyər məbləği 1 m3 = 0.10 qəpik olduğundan itirilmiş təbii qazın manat ekvivalenti 464,40 (dörd yüz altmış dörd manat qırx qəpik) manat olduğu müəyyən edilmişdir. Yuxarıda sadalanan faktlara əsasən iddiaçı (istehlakçı) İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdehnə ümumilikdə 464 manat 40 qəpik dəyərində ziyan vurmuşdur. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik eneriisi, su və qaz) inkişafına dair X2”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerii resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerii daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır, “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğac ALARM-1 rejimindədir. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü kənar təsir nəticəsində sındırılmışdır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 4644m3 həcmində dəymiş ziyan hesablanmışdır. -**********02650 saylı abonent kodu üzrə verilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bakelektroavtom ünvanında yerləşən, abonent İddiaçı məxsus fərdi evdə xx.xx.2019-cu il tarixdə **********7 saylı “GALLUS PAY İTRON G-4 SMART” tipli sayğac quraşdırılmışdır. Ünvanda dördgözlü qaz plitələri işlədilir. 2019-cu ilin avqust ayında akt əsasında ünvana 464,40 manat məbləğində borc yazılmışdır. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Donuzkökəltmə Sovxozu ünvanına smart tipli **********7 saylı sayğac quraşdırılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qaza müdaxilə nəticəsində qaz itkisinin yaranması faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində qaz itkisinin yaranması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halın mövcudluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərər cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Bu səbəbdən cavabdehin etiraz ərizəsində qeyd etdiyi hallar əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçının abonent hesabına cavabdeh tərəfindən hesablanmış 464,40 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Hazırkı iddia qiyməti 464,40 manat təşkil etdiyinə görə dövlət rüsumunun məbləği 30 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının sahibliyində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bakelektroavtomat ünvanına (abonent kodu **********02650) hesablanmış 464,40 manat məbləğində borc silinməli, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Bakelektroavtomat ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********02650) hesablanmış 464,40 (dörd yüz altmış dörd manat, qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2224/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2224/2024
12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver