Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2228/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh X6 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2792,16 manat məbləğində əsas pul, 26,42 manat mükafat məbləği, həmin günə hesablanmış 200,01 və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixdə UNİ-3059 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XVVB5V319VF.A542037 ban. 211133432DFDX9111 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə 3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 10 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 422.54 manat, ümumilikdə isə 4225 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 4225 manatın 3914 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nın mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 noyabr 2020-ci il tarixidə baş vermiş yanğın hadisəsi nəticəsində yayararsız vəziyyətə düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Cavabdeh tərə indən lizinq şirkətinə sonuncu ödəniş 31 oktyabr 2020-ci il tarixdə 423 manat məbləğində olmuşdur. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Cavabdeh 30 iyul 2020-ci il tarixdə UNİ- 3059 saylı “Daxili lizinq” müqaviləsi üzrə 20 noyabr 2020-ci il tarixə ödənilməmiş 2797.16 manat əsas məbləğ, 26.42 manat mükafat məbləği və həmin günə hesablanmış 200.01 manat dəbbə pulu olmaqla ümumilikdə 3023.59 manat məbləğində borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X7 arasında bağlanmış 30.07.2020-ci il tarixli UNİ-3059 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış olan lizinq müqaviləsi üzrə lizinq obyektinin dəyəri 3914 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə X7 arasında bağlanmış 30.07.2020-ci il tarixli UNİ-3059 nömrəli daxili lizinq müqaviləsinə olan 3 saylı əlavədən görünür ki, X3 3914 manat illik 17% olmaqla 10 ay müddətinə verilmişdir. İş materiallarında olan 30.07.2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC mülkiyyətində olan “Daewoo Gentra” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 təhvil verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 25.01.2021-ci il tarixli aktında qeyd edilmişdir ki, “Daewoo Gentra” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız vəziyyətdədir. İş materiallarında olan Azərbaucan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 09.12.2020-ci il tarixli 37/36-08212 nömrəli məktubunda qeyd edilmişdir ki, 20.11.2020-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri Binəqədi qəsəbəsi ünvan 1 ünvanında saxlanılmış İddiaçı ASC məxsus X5 etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş vermişdir. İş materiallarında olan 08.10.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixdə UNİ-3059 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XVVB5V319VF.A542037 ban. 211133432DFDX9111 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 % hesablanmaqla 10 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 422.54 manat, ümumilikdə isə 4225 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nın mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 noyabr 2020-ci il tarixidə baş vermiş yanğın hadisəsi nəticəsində yayararsız vəziyyətə düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 31 oktyabr 2020-ci il tarixdə 423 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Həcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddiaçının iddia tələbinin İddiaçı ASC ilə X7 arasında bağlanmış 30.07.2020-ci il tarixli UNİ-3059 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə X7 arasında bağlanmış 30.07.2020-ci il tarixli UNİ-3059 nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, cavabdeh X1 30.07.2020-ci il tarixli UNİ-3059 nömrəli daxili lizinq müqaviləsi üzrə 20.11.2020-ci il tarixə ödənilməmiş 2797,16 manat əsas, 26,42 manat mükafat məbləği, 200,01 manat cərimə pulu və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq “xxxx” ASC-yə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə X7 arasında bağlanmış 30.07.2020-ci il tarixli UNİ-3059 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh X2 30.07.2020-ci il tarixli UNİ-3059 nömrəli daxili lizinq müqaviləsi üzrə 20.11.2020-ci il tarixə ödənilməmiş 2797,16 manat əsas, 26,42 manat mükafat məbləği, 200,01 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq “xxxx” ASC-yə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2228/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2228/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver