Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2236/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Musabəyov küçəsi ev 2 mənzil 9 ünvanına əsassız hesablanmış 1338,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdeh İB tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Musabəyov küçəsi ev 2 mənzil 9 ünvanına aid **********00009 saylı abonent hesabına xx.xx.2020-ci il tarixdə 885,60 manat məbləğində, 2020-ci ilin mart ayında 295,20 manat, 2020-ci ilin aprel ayında 157,40 manat məbləğində cərimə yazılmışdır. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 885,60 manat məbləğində borc hesablanmışdır. Nəzərə almaq lazımdır ki, aktın yazıldığı tarixdə 90 günlük müddətə borcun hesablanması qanunsuz və əsassızdır. Belə ki, hansı əsasla cavabdeh tərəfindən məhz 90 günlük müddətə borcun hesablandığı əsaslandırılmamışdır. Həmin evdə uzun müddət yaşayış olmamışdır. Yalnız 2020-ci ilin fevral ayında həmin evə köçmüşdür. Qaz sayğacı olmadığından dərhal qaz istismar idarəsinə sayğac çəkilməsi üçün müraciət etmişdir. Lakin sayğacın gec çəkiləcəyini gördüyündən və fevral ayının soyuq olmasına görə tərəfindən təxminən 1-2 ay ərzində qazdan kənar xətt vasitəsilə istifadə etmişdir. Lakin cavabdeh həmin evdə yaşamadığı günlərə görə, yəni fevral ayından hesablanmaqla 90 gün əvvələ də borc hesablamışdır. Daha sonra xx.xx.2020-ci il tarixində evinə sayğac quraşdırılmışdır. Bundan başqa, cavabdeh tərəfindən abonent hesabına 2020-ci ilin mart ayında 295,20 manat, 2020-ci ilin aprel ayında 157,40 manat məbləğində cərimə yazılmışdır. Həmin aktların və cərimələrin yazılması isə tamamilə qanunsuz və əsassızdır. 2020-ci ilin mart ayının aktında 295,20 manat, aprel ayının aktında isə 157,40 manat hesablanmış və həmin məbləğdə borcun hesablanmasına əsas olan hallar tamamilə qanunsuz və əsassız olmuşdur. Hesab edir ki, 1 aya (mart) görə 295,20 manat və aprel ayının 17 günü üçün 157,40 manat əlavə sərfiyyat hesablanması əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.A.Abbasov iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən bu barədə 2020-ci ilin fevral, mart və aprel aylarında müvafiq aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. İddiaçının ünvanına qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. Müqavilə bağlanan tarixdən sayğac quraşdırılan tarixədək abonent təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, tərtib edilmiş aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. İddiaçı qısa müddət bildirsə də, onun tərəfindən təbii qazdan 2-3 ay qeyri-qanuni istifadə edilmişdir. Həmin dövr üçün təbii qazın qiyməti hər m3 üçün 0.10 manat olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 8856 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ və dəmir sobadır. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1574 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -İddiaçı adına olan **********00009 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2020-ci ilin fevral ayında 885,60 manat, 2020-ci ilin mart ayında 295,20 manat, 2020-ci ilin aprel ayında 157,40 manat məbləğində borc yazılmışdır. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Musabəyov küçəsi ev 2 mənzil 9 ünvanına Natek Enerji G-4 Mexanika tipli 40015816 saylı sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aklartın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən də etiraf olunan hala görə o, 2020-ci ilin fevral ayından başlayaraq qaz sayğacı quraşdırılna tarixədək təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən tərtib edilmiş hər üç akt qismən əsaslı hesab edilməlidir. İddiaçı fevral, mart və aprel aylarında təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etsə də, cavabdeh tərəfindən dəymiş ziyanın məbləği orta sərfiyyat nəzərə alınmadan xeyli yuxarı məbləğdə hesablanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən növbəti illərin müvafiq aylarında qazın sərfi əsas götürülməli, həmçinin həmin dövrdə təbii qazın hər m3 üçün mövcud olmuş 0.10 manat qiyməti ilə hesablanmaqla orta göstərici nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan aydın olur ki, İddiaçı tərəfindən təbii qazdan 2021-ci ilin fevral ayında 877 m3 (877x0.10=87.7 manat), 2022-ci ilin eyni ayında 1204 m3 (1204x0.10=120.4 manat), 2023-cü ilin həmin ayında 1140 m3 (1140x0.10= 114 manat) sərfiyyat, 2021-ci ilin mart ayında 1050 m3 (1050x0.10=105 manat), 2022-ci ilin eyni ayında 1204 m3 (1204x0.10=120.4 manat), 2023-cü ilin həmin ayında 816 m3 (816x0.10= 81.6 manat) sərfiyyat, 2021-ci ilin aprel ayında 576 m3 (576x0.10=57.6:2=28.8 manat), 2022-ci ilin eyni ayında 490 m3 (490x0.10=49:2=24.5 manat) sərfiyyat olmuşdur. Beləliklə də təbii qaza görə məbləğ digər illərdəki eyni dövr üçün sərfiyyatı nəzərə almaqla, 2020-ci ilin fevral ayı üçün 107,3 manat (87,7 (2021-ci ilin fevral ayının sərfiyyatı)+120,4(2022-ci ilin fevral ayının sərfiyyatı)+114(2023-cü ilin fevral ayının sərfiyyatı)=322:3=107,3), 2020-ci ilin mart ayı üçün 102,3 manat (105(2021-ci ilin mart ayının sərfiyyatı)+120,4(2022-ci ilin mart ayının sərfiyyatı)+81,6(2023-cü ilin mart ayının sərfiyyatı)=307:3=102,3), 2020-ci ilin aprel ayının yarısı üçün 26,65 manat (28,8(2021-ci ilin aprel ayının yarısı üçün sərfiyyat)+24.5(2022-ci ilin aprel ayının yarısı üçün sərfiyyat)=53,3:2=26,65) olmaqla, cəmi 236,25 manat hesab edilməlidir. Bu səbəbdən, iddiaçının abonent hesabına aktlar üzrə yazılmış cəmi 1338,20 manat məbləğin 1101,95 manatı abonent hesabından silinməli, 236,25 manat isə saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 1101,95 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvanda abonent hesabına (abonent kodu **********00009) hesablanmış 1101,95 manat məbləğində borc silinməli və cavabdehdən 31,02 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana (ünvan 1 (abonent kodu **********00009) hesablanmış 1101,95 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 31,02 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2236/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2236/2023
02.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver