Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-224/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X56, Cavabdeh2, Cavabdeh, eyni zamanda cavabdehlər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh3 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh5 nümayəndəsi https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh3, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh4, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh5, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh2, Bakı şəhəri 7 saylı Naotariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543X71) qarşı "vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, nənədən miras qalan əmlaka məcburi pay hüququnun və vərəsəlik hüququnun tanınması, miras payınının həcminin müəyyən olunması, miras payın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh3, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh4, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh5 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543X71) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlak üzərində mənim payımın olmasını nəzərə alaraq adıçəkilən cavabdeh şəxslərin tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, nənəsindən miras qalan əmlaka dair onun məcburi payının müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işin hallarına görə miras qoyan nənəsi X40 1986-cı ildə 31 may tarixində vəfat etmişdir. O, 19 oktyabr 1985-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan A tikilini oğlu X18, fərdi yaşayış evində olan B tikilini X30, fərdi yaşayış evində olan V tikilini isə qızı X8 vəsiyyət etmişdir. Sonra yenidən xx.xx.1986-cı ildə yuxarıda qeyd olunan vəsiyyətnaməyə “B” tikili hissəsində dəyişiklik edilmiş, “B” tikilini həm X30 həm də nəvə Cavabdeh2 vəsiyyət etmişdir. Lakin, onun anası “Əliyeva” (nikaha daxil olduqdan sonra soyadı “Əyyubovaya” dəyişdirilmişdir) Səkinə Məmmədhüseyn qızının adı sözügedən vəsiyyətnamədə öz əksini tapmamışdır. Buna səbəb vəsiyyətnamənin məzmunundan mərhum nənənin məlumatının olmaması idi (vəsiyyətnamədə nənəsinin imzası olsa da, nənəsinə vəsiyyətnamənin məzmunu açıqlanmamış, onu dərk etmək vəziyyətində olmamış, ona dərk etməyə sağlamlıq imkanı yol verməmiş, nənəsi vəsiyyətnamədə qeyd olunan əmlakın övladları arasında bərabər bölünməsini qəbul edərək imzalamışdır). Halbuki, onun anası S.Əyyubova nənəsinin xəstəliyi dövründə (nənəsinin beş qız övladı olsa da) ona baxmış, onun yanında qalmış, nənəsi rəhmətə getdikdən sonra da elə həmin evdə (nənəsinin yaşadığı evdə) yaşamışdır. xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (0193177 saylı) çıxarışdan da görünür ki, pay üzrə hüquq sahiblərinin içərisində nənəsinin adı qeyd olunmuşdur. Qeyd olunduğu kimi nənəsi 38 il əvvəl rəhmətə getmiş və ona aid hissə (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməmişdir. Qohumlarla əlaqə yaratsa da, onlar nənəsinə məxsus sözügedən əmlakın vərəsəsi kimi onu tanınmağından, bu torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestr qeydiyyatında qeyd olunmasına etiraz etmişlər (qohumlar ona vəfat etmiş nənəsinə aid sənədlərin əsillərini, vərəsəlik şəhadətnamələrinin əsillərini göstərməmiş, hətta anasının doğum haqqında şəhadətnaməsinin əslini də özlərində saxlamışlar, onun surətini də o, saxlamamış, onun sözügedən sənədlərdən sonradan məlumatı olmuşdur). 23 avqust 2024-cü il tarixdə sözügedən əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı ünvan 9 müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim olunmamışdır. Bu səbəbdən də, müraciəti təmin olunmamışdır (müraciət və cavab məktubu iddia ərizəsinə əlavə olunur). Anasının yeganə övladı kimi miras əmlakda məcburi payı vardır və bunu əsas götürərək onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Sözügedən daşınmaz əmlak üzərində onun ayrıca pay hüququnun olmasını, vərəsəliklə bağlı sənədlər barədə onun hal-hazıradək məlumatının olmamasını, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2ci maddəsinin tələblərini (həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər) nəzərə alaraq ona məxsus hissədə sözügedən daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, pozulmuş hüquqlarının bərpası, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras əmlakda məcburi payının olmasını dəfələrlə cavabdeh şəxslərə bildirsə də, miras qalmış əmlaka onun də payının olması faktını qəbul etməkdən imtina etmişlər (müraciəti nəticəsiz qalmışdır), buna məhəl qoymamışlar. Bunun nəticəsində isə o, ona məxsus olan mənzildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzildən sahiblik və istifadə edə bilmir. Qeyd olunmalıdır ki, sözügedən vəsiyyətnamədə anası göstərilməsə də, o, rəhmətə getdikdən sonra anası sözügedən əmlakda yaşamış, əmlaka sahiblik etmişdir. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməmişdir (işin hallarında bu barədə anası tərəfindən notariat orqanına müraciət mövcud deyildir). Nəzərə alsaq ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. O, vərəsə statusunda olan şəxs kimi bu statusdan imtina etmək qərarına gəlmir. (bununla bağlı iradə ifadəsii Mülki Məcəllənin 1256-cı maddəsinə uyğun olaraq ifadə edir). Ona məlum olan məlumata əsasən vəfat edən nənəsinin bütün vərəsələri mirasdan pay almaq üçün ümümiyyətlə müraciətlər etmirlər və bu barədə (imtina) ərizə təqdim edərək öz paylarından imtina etmək niyyətindədirlər. Lakin hal-hazıradək onun tərəfindən paydan imtina barədə ərizə təqdim edilməmişdir (bu da o anlama gəlir ki, miras yalnız digərləri tərəfindən deyil, həm də onun tərəfindən də qəbul edilir). Bu baxımdan hesab edir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Hesab edir ki, daşınmaz əmlak üzərində onun payının olmasını nəzərə alınaraq adıçəkilən cavabdeh şəxslər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, nənəsindən miras qalan əmlaka dair məcburi payın müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməlidir. Daha sona iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, daşınmaz əmlak üzərində onun payını nəzərə alaraq cavabdehlər Cavabdeh1, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh3, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh4, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh5 və https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh2 tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, nənəsindən miras qalan əmlaka dair məcburi payın müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Dəqiqləşdirmə onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak üzərində onun payının olmasını nəzərə alaraq cavabdeh şəxslərin tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, nənəsindən miras qalan əmlaka dair onun məcburi payının müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsində adıçəkilən cavabdeh şəxslərin əhatə dairəsini tam göstərməmişdir. Cavabdeh şəxslərin sırasına Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 daxil edilməsi xahiş etmişdir. Həmçinin iddia ərizəsinin nəticə (“xahiş edirəm”) hissəsində onun məcburi payının dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi texniki səhv olaraq əlavə qeyd edilmişdir. İddia ərizəsinin cavabdeh şəxslər hissəsində və nəticə (“xahiş edirəm”) hissəsinə olan düzəlişin nəzərə alınmasını xahiş edir. Eyni zamanda, iddia ərizəsinə təqdim edilmiş etiraz ərizəsində göstərilənlərlə razılaşmır. Belə ki, o da qeyd olunmalıdır ki, nənəsi rəhmətə getdikdən sonra da anası elə həmin evdə (nənəsinin yaşadığı evdə) yaşamış, hətta anasının işlədiyi məktəb şəhər evinə uzaq məsafədə yerləşdiyi üçün anası şəhər evinə nadir hallarda getmişdir (anasının iş yerinin Şüvəlanda yerləşməsini təsdiq etmək üçün anasının əmək kitabçası ərizəyə əlavə olunur). Bu da onu göstərir ki, anası sözügedən əmlakda yaşamış, əmlaka sahiblik etmişdir. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktik başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməmişdir (işin hallarında bu barədə anası tərəfindən notariat orqanına müraciət mövcud deyildir, həmçinin anasının qardaşları ilə onun münasibəti onu deməyə əsas verir ki, anasının qardaşları ilə əmlak barəsində ixtilafları olmamış, anası nənəsinə məxsus evində yaşayarkən qardaşları buna etiraz etməmişlər, hətta anasının qardaşlarına yazdığı vəsiyyət məktubu və onun qardaşları ilə foto şəkilləri bu halları təsdiq edir). Nəzərə alınsa ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. O, vərəsə statusunda olan şəxs kimi bu statusdan imtina etmək qərarına gəlmir, (bununla bağlı iradə ifadəsii Mülki Məcəllənin 1256-cı maddəsinə uyğun olaraq ifadə edir). Yuxanda qeyd olunan qanunvericilik normasına görə eyni hüquq münasibətini tənzimləyən, müxtəlif vaxtlarda qəbul olunmuş normativ hüquqi aktlar arasında ziddiyyət olduğu zaman daha sonra qəbul olunmuş normativ hüquqi aktın tətbiq olunması nəzərdə tutulur. İşin hallarından da görünür ki, əvvəlki qanunvericiliyə əsasən hesab edilsə ki, onun məcburi pay hüququ məhdudlaşdırılarsa, onun mövcud vəziyyəti pisləşmiş olur, digər cavabdehlərin hüquqi vəziyyətinə pisləşməsinə zəmin yaranmır. Daşınmaz əmlak üzərində digər cavabdehlərin əmlak hüquqlarının qeydiyyatı ilə bağlı inzibati akt mövcud deyildir (həmçinin paylar üzrə əmlakın bölgüsü də qanunla nəzərdə tutulmuş qaydada aparılmamışdır). Bu halda o, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin 1-ci cümləsində təsbit olunmuş hüququn həyata keçirilməsini, yəni həmin maddənin birbaşa tətbiq edilməsini və onun hüquqi vəziyyətini yaxşılaşdıran mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını tələb edə bilər. Hesab edir ki, daşınmaz əmlak üzərində onun payının olmasını nəzərə alınaraq adıçəkilən cavabdeh şəxslər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, nənəsindən miras qalan əmlaka dair məcburi payın müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməlidir. İddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər qismində işə cəlb edilmişdirlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digər cavabdeh fiziki şəxslərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarış, habelə miras əmlakla bağlı digər vərəsələrə verilmiş daşımaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, nənəsi X31 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə - vəsiyyətnamə verilən hissədə onun məcburi pay hüququnun və qalan hissəyə münasibətdə vərəsəlik hüququnun tanınması və həmin daşınmaz əmlaka münasibətdə miras payının həcminin müəyyən olunması, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun miras payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bununla bağlı çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən 7 saylı Notariat ofisi və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdehlər qismində işə cəlb edilmişdirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X79 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, nənəsi Səkinə ölənədək anası İradə miras qalmış evə gedib-gəlmişdir. Lakin nənəsi Səkinə öləndən sonra onlara həmin evə gedib-gəlmələrinə imkan verməmişlər. Lakin 2011-ci ilədək daimi gəlibgetmişlər. Nənəsinin anasında miras qalmış əmlakda 4 tikili vardır: A, B Q və V tikililər. Həmin tikililərdən : A, B və V tikililərində məcburi payın, V tikilisində isə vərəsəlik hüququnun tanınması və payılarının müəyyən olunmasın xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Mübahisəli əmlak onun nənəsinə məxsusdur. O, anasının sağlığında daima mübahisəli əmlaka gedib gəlmişdir. Həmin əmlakda onun anasınında payı vardır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Vəkil iddiaya qarşı yazılı etirazla müraciət edərək göstərmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı X80 cavabdehlər Cavabdeh1 Məmməd qızına və Cavabdeh2 qarşı”manəelərin aradan qaldırılması, nənədən miras qalan əmlaka məcburi payın müəyyən edilməsi,həmin payın dövlət reyestrində qeydə alınmasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsinə dair”iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki,ünvan 3 ünvanda yerləşən ferdi yaşayış evi xx.xx.1986-cı il tarixdə vəfat etmiş nənəsi X31 məxsus olmuş,xx.xx.1985-ci ildə mirasqoyan X40 evin A tikilisini oğlu X18 ,B tikilini X30,V tikilini qızı X12 vəsiyyət etmiş,xx.xx.1985-ci ildə qeyd olunan vəsiyyətnamənin B tikilisi hissəsinə dəyişiklik edərək B tikilini həmin X32,həm də nəvəsi Cavabdeh2 vəsiyyət etmiş,lakin həmin vəsiyyətnamədə anası X9 adı öz əksini tapmamış,baxcmayaraq ki,onun anası mirasqoyan nənəsinin xəstəliyi dövründə anasının yanında qalıb ona baxmış rəhmətə qətdikdən sonra da elə həmin evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə o,nənədən miras qalmış əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməni almaq üçün Bakı şəhəri 7 saylı dövlət notariat ofisinə müraciət etdikdə notariat ofisində ona bildirilmişdir ki,onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışvə mirasın qəbulu faktın həmçini mirasqoyanla qohumluq münasibətlərini təstiq edən sənəd təqdim edilməmişdir. Bununla belə iddiaçı hesab edir ki,mirasqoyan nənəsi Çimnaz Quliyeva miras evə dair qoyduğu vəsiyyətnamədə anası Səkinə Məmmədhüseyn qızının adını göstərməsə də,mirasqoyan rəhmətə gətdikdən sonra anası miras əmlakı qəbul edib həmin evdə yaşamış,əmlaka sahiblik etmiş,miras əmlakdan imtina etməmişdir.İddiaçı iddia ərizəsində hüquqi əsası olaraq AR MM-nin 1243.2,1246,1248.1,1256 və 1301-ci maddələrinə istinad etmişdir. İddianı qəbul etmirəm və hesab edirəm ki,iddia aşağıda istinad edilmiş əsaslara və maddi hüquq normalarının tələblərinə əsasən rədd edilməlidir. İlk növbədə ona görə ki, iddiaçı iddia ərizəsində işin həqiqi hallarına və mübahisə ilə tətbiq edilməli maddi hüquq normalarına düzgün istinad etməmişdir. 1. İşin halları ondan ibarətdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1986-cı il tarixdə vəfat etmiş nənəsi X40 məxsus olmuş,xx.xx.1985-ci ildə mirasqoyan X40 evin A tikilisini oğlu X18, B tikilini X30, V tikilini qızı X12 vəsiyyət etmiş, xx.xx.1985-ci ildə qeyd olunan vəsiyyətnamənin B tikilisi hissəsinə dəyişiklik edərək B tikilini X32, həm də nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir.Qeyd edilmiş vəsiyyətnamədən göründüyü kimi mirasqoyan X40 özünə məxsus miras evin hər hansı bir hissəsinə dair qızı X9 adına vəsiyyətnamə qoynamış, axırıncı 1960-cı ildə ailə həyatı quraraq miras evdən həyat yoldaşının evinə köçmüş, o vaxtdan da həyat yoldaşının evinə qeydiyyata düşmüş,ailəsi ilə birlikdə yaşamış, 2011-ci ildə də vəfat etmişdir. Nə miras açılanadək, nə də ki, miras açıldıqdan sonra miras evdə bir gün də yaşamamışdır. xx.xx.1986-cı il tarixdə mirasqoyan X40 vəfat etmiş, axırıncının vəfatından sonra miras əmlaka vəsiyyətnamə üzrə vərəsələr X36,X41,X33 və Cavabdeh2 qanunla nəzərdə tutulmuş qaydada miras əmlakı qəbul edib, hər biri özünə vəsiyyət edilmiş hissəyə girişçıxış qapısını küçədən ayırmaqla bu günədək idarə edirlər. İddiaçının iddia ərizəsinə istinad etdiyi maddi hüquq normalarına məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki,hazırki mübahisə ilə bağlı miras evə dair vəsiyyətnamə qoyulan və mirasın açıldığı dövrdə qüvvədə olan maddi huquq normaları tətbiq edilməlidir. Miras açılan günə qüvvədə olan AR Mülki Məcəllənin 538-ci maddəsinin tələblərinə görə miras qoyanın həddi-buluğa çatmanış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlətən övladlığa götürülənlər),habələ əmək qabiliyyəti olmayan əri(arvadi,valideynləri(övladlığa götürənlər) və ölənin himayəsində olanlar,vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın)üçdə iki hissədən az olmayan hissəsini alırlar. İş materiallarından görünür ki, nənəm X40 vəfat edən günə iddiaçının anası X34 həddi-buluğa çatmış,ailəli,əmək qabiliyyətli övladı olmuş və mirasquyanın himayəsində yaşamamışdır.Belə olduğu halda hesab edirəm ki,mirasqoyan vəfat edən və miras açılan günə mirasqoyan tərəfindən sağlığında qoyulmuş vəsiyyətnamə mövcud olduğundan,iddiaçının anasının miras əmlakda məcburi payın olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Digər tərəfdən miras evə dair vəsiyyətnamə qoyulan və mirasın açıldığı dövrdə qüvvədə olan AR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirasın mirasın qəbul etmə müddəti 6 ay olması müəyyən edilmişdir.İddiaçı bununla əlaqədar məhkəməyə miras açılan vaxtdan, yəni 1986-cı ildən,bu günədək Səkinə Məmmədhüseyn qızının,axırıncı vəfat etdikdən sonra isə bu günədək özü tərəfindən miras əmlakı qəbul edib idarə etməsini təstiq edən subutları məhkəməyə təqdim etməmişdir(vəsiyyətnamə üzrə vərəsə sayılmasa belə).Bu əsasla da hesab edirəm ki,iddia qanunvericilikdə nəzərdə tutulmuş miras əmlakı qəbul etmə müddəti buraxılması səbəbindən təmin edilməməlidir. Odur ki,iddia miras açılan günə qüvvədə olan maddi hüquq normalarınən AR MM-nin 538,552-ci maddələri)tələbləri əsas götürməklə,rədd edilməlidir. İddianın“nənədən miras qalan əmlaka məcburi payın müəyyən edilməsi,həmin payın dövlət reyestrində qeydə alınmasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsinə gəldikdə isə qanunvericilikdə inzibati otqanın üzərinə hər hansı bir öhdəliyin qoyulması ilə bağlı mübahisələrə mülki icraat qaydasında yox,inzibati icraat qaydasında baxılması nəzərdə tutulduğundan,iddia həmin hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı X80 cavabdehlər Cavabdeh1 Məmməd qızına və Cavabdeh2 qarşı qaldırdığı ”manəelərin aradan qaldırılması, nənədən miras qalan əmlaka məcburi payın müəyyən edilməsi,həmin payın dövlət reyestrində qeydə alınmasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsinə dair tələbin təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianın miras əmlakın qəbul etmə müddətinin buraxılması əsası ilə rədd edilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırda iddiaçı X57 cavabdehlər X64 və Cavabdeh2 qarşı”manəelərin aradan qaldırılması, nənədən miras qalan əmlaka məcburi payın müəyyən edilməsi,həmin payın dövlət reyestrində qeydə alınmasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsinə dair”iddia ərizəsi ilə müraciət etmişdir. Həmin mübahisə ilə bağlı iddiaya qarşı təqdim edilmiş etiraz ərizəsi məhkəmə elektron sistəminə yüklənilmişdir.Etiraz ərizəsində istinad edilmiş işin həqiqi halları və aşağıda qeyd edilmiş qanunvericiliyin tələbləri əsas götürülməklə hesab edir ki, mübahisə ilə bağlı iddia miras əmlakın qəbul etmə müddətinin buraxılması əsası ilə rədd edilməlidir. Belə ki, miras evə dair vəkil sorğusuna cavab olaraq Bakı şəhəri 7 saylı Notariat ofisin notartiusu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 386 saylı məktuba əlavə edilmiş vərəsəlik işindən görünür ki, ünvan 3 ünvanda yerləşən ferdi yaşayış evi xx.xx.1986-cı il tarixdə vəfat etmiş Cavabdeh2 ata nənəsi X40 məxsus olmuş, həmin ev A,B,V, və Q tikililərdən ibarət olmuş, mirasqoyan qeyd edilmiş tikililərdən A tikilisini oğlu X18, B tikilini X30, V tikilini qızı X12 vəsiyyət etmiş, xx.xx.1985-ci ildə qeyd olunan vəsiyyətnamənin B tikilisi hissəsinə dəyişiklik edərək B tikilini X32, həm də nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. O vaxtdan da vəsiyyətnamə üzrə vərəsələr miras paylarını həm rəsmi,həm də faktiki qəbul edib idarə edib bu günədək idarə edirlər. X1 məxsus olmuş ünvan 3 ünvanda yerləşən ferdi yaşayış evinin vəsiyyətnaməyə daxil edilməmiş,lakin evin B tikilisinə bitişik Q tikilisi də vərəsə X41 tərəfindən qəbul edilərək idarə edilmiş,həmin tikiliyə axırıncı Bakı şəhəri Əzizbəyov RİHB-nın xx.xx.2000-ci il tarixli 547 saylı sərəncamı ilə əlavə tikililər inşa etmiş,onun da vəfatından sonra Q tikilisi oğlu Cavabdeh2 Əyyub oğlu tərəfindən qəbul edilərək bu günədək sahiblik edilir.2024-cü ildə də Cavabdeh2 Əyyub oğlu nənəsi X13 miras qalmış,vəfat edən günədək atası X41 tərəfindən qəbul edilərək sahiblik edilmiş tikiliyə dair qanun üzrə vərəsəli şəhadətnaməsi almaq üçün ünvan 9 müraciət edilmişdir.Həmin müraciətdən sonra notariat orqanı tərəfindən Q tikiliyə dair vərəsəlik işin açılması ilə bağlı hazırki iddia üzrə iddiaçı məlumat verilmiş,həmin məlumatı aldıqdan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə muraciət etmişdir. Qeyd edilmiş notariat işindən göründüyü kimi mirasqoyan X40 özünə məxsus miras evin hər hansı bir hissəsinə dair qızı X9 adına vəsiyyətnamə qoynamış,vəsiyyətnamə qoyulmamış Q tikilisindən payına düşən hissəsini qəbul etmək üçün miras açıldığı gündən,yəni xx.xx.1986-cı ildən, bu günədək nə rəsmi və də ki,faktiki qəbul etməmişdir. İddiaçının anası X34 1960-cı ildə ailə həyatı quraraq miras evdən həyat yoldaşının Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evinə köçmüş,o vaxtdan da həyat yoldaşının evinə qeydiyyata düşmüş,ailəsi ilə birlikdə yaşamış,2011-ci ildə də vəfat etmişdir. Nə miras açınanadək, nə də ki, miras açıldıqdan sonra miras evdə bir gün də yaşamamışdır. İstər xx.xx.2000-ci ilədək qüvvədə olmuş 552-ci,istərsə də xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş AR MM-nin 1243.2-ci maddənin tələblərinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Qeyd edilmiş maddi hüquq normalarının tələblərinə görə vərəsə miras açıldığı gündən 3 ay ərzində qəbul edə bilər.Mirasın açıldığı gündən 6 keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarından görünür ki,iddiaçı miras əmlakı faktiki qəbul etməmiş,rəsmi qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdə müvafiq notariat orqanlarına müraciət etməmiş,hazırda mirasqoyanın vəfatından 38 il keçdikdən sonra məhkəməyə müraciət etməklə mirasın qəbul etmək müddətini buraxmışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 1246 və 1273.1-ci maddələrinin AR Konstitusiya Məhkəməsinin 29-cü maddəsinin V11hissəsinə uyğunluğunun yoxlanıəlmasına”dair xx.xx.2023-cü il tarixli qərarına gəldikdə isə həmin qərarla müəyyən edilmiş müddəalar hazırki mübahisə ilə bağlı əsas götürülərək tətbiq edilə bilməz.Belə ki,həmin qərarla müəyyən edilmişdir ki,” Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır”. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.2000-ci ilədək qüvvədə olmuş 552ci,xx.xx.2000-ci ildən xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş AR MM-nin 1243.2-ci maddələrinin tələbləri əsas götürülərək məhkəmədən iddiaçı X80 cavabdehlər Cavabdeh1 Məmməd qızına və Cavabdeh2 qarşı qaldırdığı ”manəelərin aradan qaldırılması, nənədən miras qalan əmlaka məcburi payın müəyyən edilməsi,həmin payın dövlət reyestrində qeydə alınmasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsinə dair tələbin miras əmlakın qəbul etmə müddətin buraxılması əsası ilə rədd edilməsi haqda qətnamə qəbul etməyinizi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında göstərdi ki, nənəsi X40 tərəfindən ünvan 5 ünvanda olan A, B və V tikililərinə dair vəsiyyətnamə verilmişdir. Q tikilisi isə atası Cavabdeh2 tərəfindən tikilmiş, bu barədə sərəncamda vardır. Q və B tikililəri onun sahibliyindədir. V tikilisi əmisi oğlunun, A tikilisi isə bibisi X51 Əliyevanın sahibliyindədir və əri ilə orada yaşayır. Münahisəli əmlaklardan yalnız B tikilisinə daur vərəsəlik şəhadətnaməsi alınmışdır. Digər vərəsələr hal-hazıradək vərəsəlik şəhadətnaməsi almamışdır. Q tikilini atası sərəncam əsasında hələ nənəsinin sağlığında tikməyə başlamış, öləndən sonra isə yekunlaşmışdır. Həmin tikilini atası onun üçün tikmişdir. Həmin Q tikili, B tikilinin yanında inşa etmişdir. Miras qalmış tikililərdə əmisi uşaqları, bibisinin qızı və o, ailəsi ilə yaşayır. Hazırda miras qalmış əmlakın A və V tikililərlə bağlı vərəsəlik hüququ haqqında çıxarış verilməsi üçün əmisi qızı Arzu və əmisi uşaqları notarisua müraciət etmişlər. Lakin məhkəmədən iddia qaldırıldığından notariat işi dayandırılmışdır. İddiaçı, miras qalmış əmlaka gəlib-getməmişdir. İddiaçı İradənin anası 1986-cı ilədək gəlib-getmiş, sonra isə gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh3, Cavabdeh5 https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh4 nüməyənəsəi və Cavabdeh4 iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında göstərdi ki, onun istifadəsində A tikilisidir. Həmin miras əmlakla bağlı notariusa müracət etmişlər. Lakin məhkəmədən iddia qaldırıldığından notariat işi dayandırılmışdır. İddiaçı mübahisəli əmlaka 1986-cı il tarixdən sonra gəlməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Naotariat ofisinin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndləri və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543X71 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş notariat işindən: -Bakı şəhəri 7 saylı Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 291 nömrəli məktubundan görünür ki, sonuncunun xx.xx.1986-ci il tarixdə vəfat etmiş nənəsi – X16 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizənizə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-ci maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim olunmamışdır. Göstərilənlər nəzərə alınaraq, müraciətinin təmin edilməsindən imtina edilmiş və qanunvericiliyin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. -Bakı şəhəri 7 saylı Notariat ofisinin Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlamış xx.xx.1986-cı ildə vəfat etmiş X16 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik işinin təsdiq edilmiş surətlərlərindən görünür ki: Cavabdeh2 və Cavabdeh1 notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1986-cı ildə vəfat etmiş X16 miras qalmış (mirasın tərkibinə daxil olan) ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin “A” hissəsin və yerdə qalan “Q” hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1986-cı ildə vəfat etmiş X16 miras qalmış (mirasın tərkibinə daxil olan) ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin “A” hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ərizələrində həmçinin onlardan başqa vərəsələrin dairələrinə miras qoyanın qızı X2 qızı - X46; miras qoyanın qızı X4 qızı - X4 oğlu, X82, qızları X72, X58; miras qoyanın qızı X5 qızı - X73; miras qoyanın oğlu - X14 oğulları, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4; miras qoyanın qızı - X10 qızı, İddiaçı; miras qoyanın oğlu - X19 oğlu, Cavabdeh2, qızları, X47, X83 və X65 daxil olmaları göstərilmişdir. X46, X82, X72, X58 notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1986-cı ildə vəfat etmiş X16 onlara çatan miras paylarını rəsmi və faktiki olaraq etməmələrini, qəbul etmədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ərizə ilə notariat ofisinə müraciət edərək X25 qızı, X48 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1986-cı ildə vəfat etmiş X16 miras qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evin dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. -İİİ-JQ seriyalı, 329826 nömrəli, xx.xx.1986-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.1986-cı il ölmüş, onun ölümü Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində xx.xx.1986-cı il tarixdə, 113 saylı ölüm akt qeydi üzrə qeydə alınmışdır -Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair Pasportun surətindən görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sultanova küçəsində yerləşən 32 nömrəli əmlakın sahibi X26r. Əmlaka A, B, V və Q yaşayış evləri daxildir. -Dövlət Notariat Arxivi tərəfindən ünvan 9 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş notariat işinin materiallarının surətlərində olan: X27 xx.xx.1975-ci il tarixli vəsiyyətnaməsinin surətindən görünür ki, X44, ona məxsus olan Şüvəlan qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən 32 saylı ünvanda olan 1 mərtəbəli, 3 otaqdan, 60 kv.m sahəsi olan və mətbəx, dəhliz 35 kv.m olan tikilini oğlu, X30 vəsiyyət etmişdir. xx.xx.1995-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı ildə ölmüş X25 xx.xx.1975-ci il tarixli vəsiyyətnaməsi üzrə vərəsəsi X30 Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən 32 nömrəli mülkdən 60 kv.m sahəsi olan 3 otağı və 35 kv.m sahəsi olan mətbəx və dəhliz, BTİ-nnin 30/652 nömrəli arayışına əsasən “B” tikiliyə dair qanun vəziyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X25 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə (reyestr kitabının 26 səhifəsində 3995 nömrə) xx.xx.1994-cü ildə 30/3995 nömrə qeydə alınmışdır - Dövlət Notariat Arxivi tərəfindən ünvan 9 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş notariat işinin materiallarının surətlərində olan: xx.xx.1986-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X50, xx.xx.1985ci il tarxli vəsiyyətnaməsinə dəyişiklik edərək həmin vəsiyyətnaməsində olan Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi, 32 nömrəli mülkündə olan “A” və “V” tikililər barəsində olan vəsiyyətini dəyişdirilmədən saxlamış, lakin həmin mülkdə olan “B” tikilini oğlu X30 deyil, nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. - Dövlət Notariat Arxivi tərəfindən ünvan 9 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 2V/1-33 və 2V/1-43 nömrəli notariat işinin materiallarının surətlərində olan: xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə ölmüş X19 vərəsələri arvadı, Cavabdeh1 və oğlu, Cavabdeh2dur. Miras əmlak - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi, ev 32 ünvanda yerləşən B tikilidir (68 kv.m yaşayış sahəsi, 58.8 kv.m köməkçi sahə, 126.8 kv.m olan 3 otaq). Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi “B” hissəsinə X19 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə (reyestr kitabının 26 səhifəsində 3995 nömrə) xx.xx.1995-ci ildə 14497 nömrə qeydə alınmışdır. xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə ölmüş X19 vərəsələri arvadı, Cavabdeh1 və oğlu, Cavabdeh2dur. Miras əmlak - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi, ev 32 ünvanda yerləşən 0.00479 ha torpaq sahəsində ümumi sahə 27.8 kv.m, 20 kv.m köməkçi sahə, 7.8 kv.m olan qeyri-yaşayış sahəsidir. MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda, istifadədə olan 0.00479 ha torpaq sahəsində yerləşən 27.8 kv.m ümumi, 20.0 kv.m əsas, 7.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 457 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-1 seriyalı, 266171 nömrəli, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.2007-ci il ölmüş, onun ölümü Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində xx.xx.2007-ci il tarixdə, 931 saylı ölüm akt qeydi üzrə qeydə alınmışdır. - MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında 0,04968 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 “B” tikilisindən 1/2 hissə, Cavabdeh2 “B” tikilisindən 1/2 hissə, X35 qalan hissədə payları xx.xx.2011-ci il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 15013 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyət başçısının xx.xx.2000-ci il tarixli, 547 saylı sərəncamın surətindən görünür ki, vətəndaş X30 məxsus Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən 32 saylı evinə bitişik mətbəx-31,8 kv., hamam-2,1 kv.m, ayaq yolu-1,8 kv.m, dəhliz-15.6 kv.metr, torpaq sahəsində yerləşən köməkçi sahə tikməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş: - arayışın surətindən görünür ki, X11 xx.xx.1960-cı il ölmüş, onun ölümü xx.xx.1960cı il tarixdə, 138 saylı ölüm akt qeydi üzrə qeydə alınmışdır. -arayışın surətindən görünür ki, atası X11, anası X49 olan X41 xx.xx.1933-cu ildə anadan olmuşdur. -xx.xx.2009-cu il tarixli, 52 saylı arayışın surətindən görünür ki, atası X17, anası X28 olan Əliyev X74 1926-cı ildə Bakı şəhərində anadan olmuş, onun doğumu xx.xx.1936-cı il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində 400 bərpa saylı akt qeydi üzrə qeydə alınmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X36, anası X67 olan Cavabdeh5 3.10.1965-ci ildə Bakı şəhərində anadan olmuş, onun doğumu xx.xx.1966-cı il tarixdə, 8 saylı akt qeydi üzrə qeydə alınmışdır. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Hüseynov X60, anası X49 olan Cavabdeh2 xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, onun doğumu xx.xx.1970-ci il tarixdə Bakı şəhəri Oktyabr rayon Qeydiyyat şöbəsində 2065 saylı akt qeydi üzrə qeydə alınmışdır. - evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X41 ilə X20 arasındakı nikah Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində xx.xx.1969-cu il tarixdə, 272 saylı nikah akt qeydi üzrə qeydə alınmışdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki: -X43 xx.xx.1986-cı ildə ölmüş, ondan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 nömrəli əmlak miras qalmışdır. X6, X21, X22, X23, X36 və X41 onun uşaqları olmuşlar. - Quliyeva X29 vəsiyyətnamə tərtib edərək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən 32 saylı əmlakına daxil olan “A” tikilini oğlu, X18, “B” tikilini oğlu, X30, sonrada vəsiyyətnamədə dəyişiklik edərək nəvəsi Cavabdeh2, “V” tikilini isə qızı, X8 vəsiyyət etmişdir. -İddiaçı tərəfindən vəsiyyətnamələr saxta olduğu iddia edilsə də vəsiyyətnamə mübahisələndirilməmişdir. İddia tələbinin mahiyyəti vəsiyyətnamə verilən hissədə miras əmlaka dair məcburi payın tanınmasından, vəsiyyətnaməyə daxil olmayan miras əmlaka dair hissədə vərəsəlik hüququnun tanınmasından ibarət olmaqla ümumiyyətlə iddiaçı tərəfindən vəsiyyatnamənin olması və ya olmaması halı da mübahisələndirilməmişdir. -xx.xx.1975-ci il tarixli vəsiyyətnamə üzrə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən 32 saylı əmlakına daxil olan “B” tikilisinə dair X30 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -miras qoyan X25 vərəsələri (uşaqları) X6, X21, X22, X23, X36 və X41 ölmüşlər. -miras qoyanın (X25) vərəsəsi hesab edilən (irsi transmissiya qaydasında) qızı, X2 qızı miras əmlakdan pay hüququndan imtina etmişdir. - miras qoyanın (X25) vərəsəsi hesab edilən (irsi transmissiya qaydasında) qızı, X7 qızları Naibə Babayeva, Nailə Babayeva və oğlu, Ramiz Axundov miras əmlakdan pay hüquqlarından imtina etmişdir. - miras qoyanın (X25) vərəsəsi hesab edilən (irsi transmissiya qaydasında) qızı, Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızına (iddiaçının anasına) hər hansı bir əmlak vəsiyyət edilməmişdir. -iddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızının mirasqoyan X25 birinci növbə vərəsələr sırasına aid şəxslərdən olmaması halı cavabdehlər tərəfindən mübahisələndirilmir. - miras qoyan, X25 oğlu, X41 öldükdən sonra ölümü ilə bağlı vərəsəlik işi açılmış, vərəsələri: arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və həmin şəhadətnamələr əsasında hərəsinin ½ hissədə payı olmaqla Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsi, ev 32-də olan “B” tikilisinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -Cavabdeh1 və Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak kimi əvvəl miras qoyan X25 mülkiyyətində olan, sonradan vəsiyyətnamə əsasında vərəsə olmuş və ölmüş X19 mülkiyyətinə keçmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı əmlakın “B” tikilisi olsa da belə, iddiaçı, X30 münasibətdə birinci növbə vərəsə deyildir. Yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X19 ölümündən sonra birinci növbə vərəsələri olduqlarından onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (X15 miras qalmış əmlaka vərəsəlik hüquqları tanınmışdır.). - hal-hazırki dövrdə iş üzrə digər cavabdehlər X16 miras qalmış əmlaka dair vərəsəlik hüquqlarının tanınması barədə yalnız notariat ofisinə müraciət etmişlər. Lakin onlara hazırda vəsiyyət və ya qanun üzrə vərəsəlik haqqında notariat orqanı tərəfindən şəhadətnamə verilməmişdir. İddia tələbinin mahiyyəti isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digər cavabdehlərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamlərin ləğv edilməsindən, irsi transmissiya qaydasında vərəsə hesab edilən İddiaçı nənəsi olmuş xx.xx.1986-cı ildə ölmüş X16 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı əmlaka vəsiyyətnamə verilən hissədə məcburi payının hüququnun tanınması, qalan hissəyə münasibətdə vərəsəlik hüququnun tanınması və həcminin müəyyən edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti, 1986-cı ildə, yəni miras qoyan X25 xx.xx.1986-cı il tarixdə ölməsindən sonra yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də, hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 1964-cü ildə qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin: - 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. -528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. -532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. -537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. -538-ci maddəsinə əsasən miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. -552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. -556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. -561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. -562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Yuxarıda sadalanan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur. Həmçinin miras əmlakda məcburi pay hüququ bütün vərəsələr üçün deyil, həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlar (o cümlədən övladlığa götürülənlər), əmək qabiliyyəti olmayan ər (arvad), valideynlər (övladlığa götürənlər), ölənin himayəsində olanlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X3 xx.xx.1986-cı ildə ölümü ilə onların övladlarından biri olan Əliyeva (Eyyubova) Səkinə Məmmədhüseyn qızı (iddiaçının anası) mirasın qəbul edilməsi barədə notariusa müraciət etməmiş, mirası faktiki qəbul etməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. İşin müəyyən edilmiş hallarına əsasən miras qoyan, xx.xx.1986-cı ildə ölmüş X25 miras əmlakı Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 saylı mülk olmuşdur. Həmin mülkün “A”, “B”, “V” tikililəri vəsiyyətnamə predmeti olmuş, yəni həmin əmlaklar vəsiyyətnamə əsasında şəxslərə vəsiyyət edilmişdir. Həmin əmlaklara dair iddiaçı irsi transmissiya qaydasında məcburi pay hüququnun tanınmasını tələb etsə də, işin hallarından müəyyən edilir ki, birinci növbə vərəsələr sırasına daxil olan anası Əliyeva (Eyyubova) Səkinə Məmmədhüseyn qızı, miras açıldığı vaxtı həddi-buluğa (yetkinlik yaşına) çatmayan şəxs olmamış, eyni zamanda onun əmək qabiliyyəti olmayan şəxs olması, miras qoyanın himayəsində olması, eləcə də mirası qəbul etməsi barədə hal müəyyən edilməməklə bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, miras qalmış əmlaka dair iddiaçının məcburi pay hüququnun müəyyən edilməsi üçün qanuni əsaslar mövcud deyil. 1964-cü ildə qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən, vərəsənin mirası o cümlədən məcburi payı əldə edə bilməsi üçün mirasın açıldığı vaxt həddi-buluğa çatmaması və ya əmək qabiliyyətinin olmaması, ölənin himayəsində olması, eləcə də mirası qəbul etməsi zəruridir. İş üzrə iddiaçının miras qoyanın birinci növbə vərəsələrinə daxil olan anası, Əliyeva (Eyyubova) Səkinə Məmmədhüseyn qızı tərəfindən miras qalmış əmlakı faktiki olaraq sahiblənməklə istifadə etməsi, eləcədə yuxarıda qeyd olunan qanunvericlikdə nəzərdə tutulmuş müddətdə vərəsəliyin qəbul etməsi barədə notariat orqanına müraciət etməsi, ümumiyyətlə Əliyeva (Eyyubova) Səkinə Məmmədhüseyn qızının anasından miras qalmış əmlaka dair vərəsəlik hüququnun müəyyən edilməsi barədə niyyətinin (hərəkətinin) olması barədə hər hansı bir sübut təqdim edilməmiş və bu hallar iş üzrə məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən miras əmlaka daxil olan Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı mülkün “Q” tikilisinə dair də iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi mümkün deyil. Məhkəmə eyni zamanda iddianın Cavabdeh1 və Cavabdeh2 və digər cavabdeh fiziki şəxslərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarış, habelə miras əmlakla bağlı digər vərəsələrə verilmiş daşımaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun miras payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bununla bağlı çıxarışın verilməsi öhdəliyinin qoyulması dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsidə təmin edilə bilməz. Belə ki, iddianın həmin hissələri iddiaçının nənəsi X31 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair onun məcburi pay hüququnun və digər hissədə payının müəyyən edilməsi hissəsindən törəmə tələblərdir. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh3, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh4, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh5, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh2, Bakı şəhəri 7 saylı Naotariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543X71) qarşı Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digər cavabdeh fiziki şəxslərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarış, habelə miras əmlakla bağlı digər vərəsələrə verilmiş daşımaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, nənəsi X31 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə - vəsiyyətnamə verilən hissədə onun məcburi pay hüququnun və qalan hissəyə münasibətdə vərəsəlik hüququnun tanınması və həmin daşınmaz əmlaka münasibətdə miras payının həcminin müəyyən olunması, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun miras payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bununla bağlı çıxarışın verilməsi öhdəliyinin qoyulması iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Vəkil “iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsinə” münasibətdə qeyd edir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Yəni mirasın qəbulu ilə bağlı müddət iddia müddəti deyildir. Yəni məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə mirasın qəbulu ilə bağlı müddətin ötürülüb-ötürülməməsi müddətin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq olaraq məhkəmə tərəfindən həll edilən məsələdən ibarətdir. Məhkəmə qeyd olunana əsasən hesab etmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı müraciət əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirirək məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh3, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh4, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh5, https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543Cavabdeh2, Bakı şəhəri 7 saylı Naotariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3023543X71) qarşı "vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, nənədən miras qalan əmlaka məcburi pay hüququnun və vərəsəlik hüququnun tanınması, miras payınının həcminin müəyyən olunması, miras payın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-224/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-224/2025
21.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver