Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2656/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Əyyub oğluna, Bakı şəhəri 7 saylı Naotariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Əyyub oğluna, Bakı şəhəri 7 s aylı Naotariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, nənədən miras qalan əmlaka məcburi pay hüququnun və vərəsəlik hüququnun tanınması, miras payının həcminin müəyyən olunması, miras payın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2631/2025 nömrəli 12 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı babası X5 xx.xx.1960-cı il tarixdə, nənəsi X28 isə xx.xx.1986-ci il tar ixdə vəfat etmişlər. X3, X12, X13, X14, X23 və X26 onların uşaqları olmuşlar. Mərhum X11 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərindən ibarət 32 nömrəli ev miras qalmışdır.
2. X28 notariat qaydada təsdiq edilmiş xx.xx.1975-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1 ünvanında həyətin cənub hissəsində ayrıca yerləşən sahəsi 60 kv.m 3 otaqdan və sahəsi 35 kv.m mətbəx və dəhlizdən ibarət bir mərtəbəli daş evi oğlu X19 vəsiyyət etmişdir. Sonuncu həmin tikiliyə dair xx.xx.1995-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
3. Daha sonra X28 notariat qaydada təsdiq edilmiş xx.xx.1985-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı əmlakına daxil olan “A” tikilisini oğlu X15, “B” tikilisini oğlu X19, “V” tikilini isə qızı X6 vəsiyyət etmişdir. Sonra xx.xx.1986-cı il tarixli vəsiyyətnamə ilə “B” tikilisini oğlu X19 yox, nəvəsi Cavabdeh2 Əyyub oğluna vəsiyyət etmişdir.
4. İddiaçının anası Əliyeva (nikahdan sonra Əyyubova) Səkinə Məmmədhüseyn qızı xx.xx.1923-cü il tarixdə doğulmuş, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Son yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 73, mənzil 35 olmuşdur.
5. Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 547 nömrəli sərəncamı ilə X19 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı evə bitişik mətbəx, hamam, ayaqyolu, dəhliz, torpaq sahəsində qarajın tikilməsinə icazə verilmişdir. 6. 23.10.2007-ci il tarixdə vəfat etmiş X16 vərəsələri arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 Əyyub oğludur.
7. X1 vərəsələri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dur.
8. Cavabdeh2 Əyyub oğlu, Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh5, Cavabdeh4 və iddiaçı xx.xx.1986-ci il tarixdə vəfat etmiş nənəsi - X11 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri 7 saylı Notariat ofisinə müraciət etmişdir.
9. Mərhum X2 qızı X30 və mərhum X4 qızları Naibə Babayeva, Nailə Babayeva və oğlu Ramiz Axundov miras əmlakdan pay hüquqlarından imtina etmişlər.
10. Bakı şəhəri 7 saylı Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 291 nömrəli məktubda qeyd edilmişdir ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün q anunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim olunmamışdır. Göstərilənlər nəzərə alınaraq, müraciətinin təmin edilməsindən imtina edilmiş və qanunvericiliyin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 Əyyub oğluna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əyyub oğluna və digər cavabdeh fiziki şəxslərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarış, habelə miras əmlakla bağlı digər vərəsələrə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, nənəsi X20 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə - vəsiyyətnamə verilən hissədə onun məcburi pay hüququnun və qalan hissəyə münasibətdə vərəsəlik hüququnun tanınması və həmin daşınmaz əmlaka münasibətdə miras payının həcminin müəyyən olunması, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzə rinə onun miras payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bununla bağlı çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, anası “Əliyeva” (nikaha daxil olduqdan sonra soyadı “Əyyubovaya” dəyişdirilmişdir) Səkinə Məmmədhüseyn qızının adı xx.xx.1985-ci il tarixli vəsiyyətnamədə öz əksini tapmamışdır. Buna səbəb vəsiyyətnamənin məzmunundan mərhum nənənin məlumatının olmaması idi (vəsiyyətnamədə nənəsinin imzası olsa da, nənəsinə vəsiyyətnamənin məzmunu açıqlanmamış, onu dərk etmək vəziyyətində olmamış, ona dərk etməyə sağlamlıq imkanı yol verməmiş, nənəsi vəsiyyətnamədə qeyd olunan əmlakın övladları arasında bərab ər bölünməsini qəbul edərək imzalamışdır). Halbuki, onun anası S.Əyyubova nənəsinin xəstəliyi dövründə (nənəsinin beş qız övladı olsa da) ona baxmış, onun yanında qalmış, nənəsi rəhmətə getdikdən sonra da elə həmin evdə (nənəsinin yaşadığı evdə) yaşamışdır. xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (0193177 saylı) çıxarışdan da görünür ki, pay üzrə hüquq sahiblərinin içərisində nənəsinin adı qeyd olunmuşdur. Qeyd olunduğu kimi nənəsi 38 il əvvəl rəhmətə getmiş və ona aid hissə (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməmişdir. Qohumlarla əlaqə yaratsa da, onlar nənəsinə məxsus sözügedən əmlakın vərəsəsi kimi onu tanınmağından, bu torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestr qeydiyyatında qeyd olunmasına etiraz etmişlər (qohumlar ona vəfat etmiş nənəsinə aid sənədlərin əsillərini, vərəsəlik şəhadətnamələrinin əsillərini göstərməmiş, hətta anasının doğum haqqında şəhadətnaməsinin əslini də özlərində saxlamışlar, onun surətini də o, saxlamamış, onun sözügedən sənədlərdən sonradan məlumatı olmuşdur). xx.xx.2024-cü il tarixdə sözügedən əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim olunmamışdır. Bu səbəbdən də, müraciəti təmin olunmamışdır (müraciət və cavab məktubu iddia ərizəsinə əlavə olu nur). Anasının yeganə övladı kimi miras əmlakda məcburi payı vardır və bunu əsas götürərək onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Sözügedən daşınmaz əmlak üzərində onun ayrıca pay hüququnun olmasını, vərəsəliklə bağlı sənədlər barədə onun hal-hazıradək məlumatının olmamasını, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2ci maddəsinin tələblərini (həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər) nəzərə alaraq ona məxsus hissədə sözügedən daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, pozulmuş hüquqlarının bərpası, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras əm lakda məcburi payının olmasını dəfələrlə cavabdeh şəxslərə bildirsə də, miras qalmış əmlaka onun də payının olması faktını qəbul etməkdən imtina etmişlər (müraciəti nəticəsiz qalmışdır), buna məhəl qoymamışlar. Bunun nəticəsində isə o, ona məxsus olan mənzildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzildən sahiblik və istifadə edə bilmir. Qeyd olunmalıdır ki, sözügedən vəsiyyətnamədə anası göstərilməsə də, o, rəhmətə getdikdən sonra anası sözügedən əmlakda yaşamış, əmlaka sahiblik etmişdir. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməmişdir (işin hallarında bu barədə anası tərəfindən notariat orqanına müraciət mövcud deyildir). Nəzərə alsaq ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. O, vərəsə statusunda olan şəxs kimi bu statusdan imtina etmək qərarına gəlmir (bununla bağlı iradə ifadəsii Mülki Məcəllənin 1256-cı maddəsinə uyğun olaraq ifadə edir). Ona məlum olan məlumata əsasən vəfat edən nənəsinin bütün vərəsələri mirasdan pay almaq üçün ümümiyyətlə müraciətlər etmirlər və bu barədə (imtina) ərizə təqdim edərək öz paylarından imtina etmək niyyətindədirlər. Lakin hal-hazıradək onun tərəfindən paydan imtina barədə ərizə təqdim edilməmişdir (bu da o anlama gəlir ki, miras yalnız digərləri tərəfindən deyil, həm də onun tərəfindən də qəbul edilir). Bu baxımdan hesab edir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdü rülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Hesab edir ki, daşınmaz əmlak üzərində onun payının olmasını nəzərə alınaraq adıçəkilən cavabdeh şəxslər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, nənəsindən miras qalan əmlaka dair məcburi payın müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməlidir. O da qeyd olunmalıdır ki, nənəsi rəhmətə getdikdən sonra da anası elə həmin evdə (nənəsinin yaşadığı evdə) yaşamış, hətta anasının işlədiyi məktəb şəhər evinə uzaq məsafədə yerləşdiyi üçün anası şəhər evinə nadir hallarda getmişdir (anasının iş yerinin Şüvəlanda yerləşməsini təsdiq etmək üçün anasının əmək kitabçası ərizəyə əlavə olunur). Bu da onu göstərir ki, anası sözügedən əmlakda yaşamış, əmlaka sah iblik etmişdir. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməmişdir (işin hallarında bu barədə anası tərəfindən notariat orqanına müraciət mövcud deyildir, həmçinin anasının qardaşları ilə onun münasibəti onu deməyə əsas verir ki, anasının qardaşları ilə əmlak barəsində ixtilafları olmamış, anası nənəsinə məxsus evində yaşayarkən qardaşları buna etiraz etməmişlər, hətta anasının qardaşlarına yazdığı vəsiyyət məktubu və onun qardaşları ilə foto şəkilləri bu halları təsdiq edir). Nəzərə alınsa ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. O, vərəsə statusunda olan şəxs kimi bu statusdan imtina etmək qərarına gəlmir (bununla bağlı iradə ifadəsi Mülki Məcə llənin 1256-cı maddəsinə uyğun olaraq ifadə edir). Yuxanda qeyd olunan qanunvericilik normasına görə eyni hüquq münasibətini tənzimləyən, müxtəlif vaxtlarda qəbul olunmuş normativ hüquqi aktlar arasında ziddiyyət olduğu zaman daha sonra qəbul olunmuş normativ hüquqi aktın tətbiq olunması nəzərdə tutulur. İşin hallarından da görünür ki, əvvəlki qanunvericiliyə əsasən hesab edilsə ki, onun məcburi pay hüququ məhdudlaşdırılarsa, onun mövcud vəziyyəti pisləşmiş olur, digər cavabdehlərin hüquqi vəziyyətinə pisləşməsinə zəmin yaranmır. Daşınmaz əmlak üzərində digər cavabdehlərin əmlak hüquqlarının qeydiyyatı ilə bağlı inzibati akt mövcud deyildir (həmçinin paylar üzrə əmlakın bölgüsü də qanunla nəzərdə tutulmuş qaydada aparılmamışdır). Bu halda o, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin 1-ci cümləsində təsbit olunmuş hüququn həyata keçirilməsini, yəni həmin maddənin birbaşa tətbiq edilməsini və onun hüquqi vəziyyətini yaxşılaşdıran mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını tələb edə bilər.
13. Birinci instansiya məhkəməsində Cavabdeh2 Əyyub oğlunun nümayəndəsi və vəkili iddiaya qarşı yazılı etirazla müraciət edərək qeyd etmişdir ki, işin halları ondan ibarətdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1986-cı il tarixdə vəfat etmiş nənəsi X20 məxsus olmuş,xx.xx.1985-ci ildə mirasqoyan X27 evin “A” tikilisini oğlu X15, “B” tikilini X19, “V” tikilini qızı X9 vəsiyyət etmiş, xx.xx.1985-ci ildə qeyd olunan vəsiyyətnamənin “B” tikilisi hissəsinə dəyişiklik edərək həmin tikilini X19, həm də nəvəsi Cavabdeh2 Əyyub oğluna v əsiyyət etmişdir. Qeyd edilmiş vəsiyyətnamədən göründüyü kimi mirasqoyan X27 özünə məxsus miras evin hər hansı bir hissəsinə dair qızı X7 adına vəsiyyətnamə qoymamış, axırıncı 1960-cı ildə ailə həyatı quraraq miras evdən həyat yoldaşının evinə köçmüş, o vaxtdan da həyat yoldaşının evinə qeydiyyata düşmüş, ailəsi ilə birlikdə yaşamış, 2011-ci ildə də vəfat etmişdir. Nə miras açılanadək, nə də ki, miras açıldıqdan sonra miras evdə bir gün də yaşamamışdır. xx.xx.1986-cı il tarixdə mirasqoyan X27 vəfat etmiş, axırıncının vəfatından sonra miras əmlaka vəsiyyətnamə üzrə vərəsələr X23, X26, X21 və Cavabdeh2 Əyyub oğlu qanunla nəzərdə tutulmuş qaydada miras əmlakı qəbul edib, hər biri özünə vəsiyyət edilmiş hissəyə giriş-çıxış qapısını küçədən ayırmaqla bu günədək idarə edirlər. Miras açılan günə qüvvədə olan Mülki Məcəllənin 538ci maddəsinin tələblərinə görə miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadi, valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. İş materiallarından görünür ki, X27 vəfat edən günə iddiaçının anası X22 həddi-buluğa çatmış, ailəli, əmək qabiliyyətli övladı olmuş və mirasqoyanın himayəsində yaşamamışdır. Belə olduğu halda mirasqoyan vəfat edən və miras açılan günə mirasqoyan tərəfindən sağlığında qoyulmuş vəsiyyətnamə mövcud olduğundan, iddiaçının anasının miras əmlakd a məcburi payın olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Digər tərəfdən, miras evə dair vəsiyyətnamə qoyulan və mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirasın mirasın qəbul etmə müddəti 6 ay olması müəyyən edilmişdir. İddiaçı bununla əlaqədar məhkəməyə miras açılan vaxtdan, yəni 1986-cı ildən bu günədək Səkinə Məmmədhüseyn qızının, axırıncı vəfat etdikdən sonra isə bu günədək özü tərəfindən miras əmlakı qəbul edib idarə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir (vəsiyyətnamə üzrə vərəsə sayılmasa belə). Bu əsasla da hesab edir ki, iddia qanunvericilikdə nəzərdə tutulmuş miras əmlakı qəbul etmə müddəti buraxılması səbəbindən təmin edilməməlidir. Odur ki, iddia miras açılan günə qüvvədə olan maddi hüquq normalarının tələbləri əs as götürməklə rədd edilməlidir. İddianın “nənədən miras qalan əmlaka məcburi payın müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydə alınmasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsinə gəldikdə isə qanunvericilikdə inzibati orqanın üzərinə hər hansı bir öhdəliyin qoyulması ilə bağlı mübahisələrə mülki icraat qaydasında yox, inzibati icraat qaydasında baxılması nəzərdə tutulduğundan, iddia həmin hissədə də təmin edilməməlidir.
14. Eyni zamanda Cavabdeh2 Əyyub oğlunun nümayəndəsi və vəkili iddianın miras əmlakın qəbul etmə müddətinin buraxılması əsası ilə rədd edilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, o vaxtdan vəsiyyətnamə üzrə vərəsələr miras paylarını həm rəsmi, həm də faktiki qəbul edib idarə edib, bugünədək də idar ə edirlər. Miras qoyan X20 məxsus olmuş fərdi yaşayış evinin vəsiyyətnaməyə daxil edilməmiş, lakin evin “B” tikilisinə bitişik “Q” tikilisi də vərəsə X26 tərəfindən qəbul edilərək idarə edilmiş, həmin tikiliyə axırıncı Bakı şəhəri Əzizbəyov RİHB-nın xx.xx.2000-ci il tarixli 547 saylı sərəncamı ilə əlavə tikililər inşa etmiş, onun da vəfatından sonra “Q” tikilisi oğlu Cavabdeh2 Əyyub oğlu tərəfindən qəbul edilərək bu günədək sahiblik edilir. 2024-cü ildə də Cavabdeh2 Əyyub oğlu nənəsi X10 miras qalmış, vəfat edən günədək atası X26 tərəfindən qəbul edilərək sahiblik edilmiş tikiliyə dair qanun üzrə vərəsəli şəhadətnaməsi almaq üçün Bakı şəhəri 7 saylı Notariat ofisinə müraciət edilmişdir. Həmin müraciətdən sonra notariat orqanı tərəfindən “Q” tikiliyə dair vərəsəlik işin açılması ilə bağlı h azırkı iddia üzrə iddiaçı məlumat verilmiş, həmin məlumatı aldıqdan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilmiş notariat işindən göründüyü kimi mirasqoyan X27 özünə məxsus miras evin hər hansı bir hissəsinə dair qızı X7 adına vəsiyyətnamə qoynamış, vəsiyyətnamə qoyulmamış “Q” tikilisindən payına düşən hissəsini qəbul etmək üçün miras açıldığı gündən, yəni xx.xx.1986-cı ildən, bu günədək nə rəsmi və də ki, faktiki qəbul etməmişdir. İddiaçının anası X22 1960-cı ildə ailə həyatı quraraq miras evdən həyat yoldaşının Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evinə köçmüş, o vaxtdan da həyat yoldaşının evinə qeydiyyata düşmüş, ailəsi ilə birlikdə yaşamış, 2011-ci ildə də vəfat etmişdir. Nə miras açınanadək, nə də ki, miras açıldıqdan sonra miras evdə bir gün də yaşamamışdır. İstər xx.xx.2000-ci ilədək qüvvədə olmuş 552-ci,istərsə də xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş AR MM-nin 1243.2-ci maddənin tələblərinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Qeyd edilmiş maddi hüquq normalarının tələblərinə görə vərəsə miras açıldığı gündən 3 ay ərzində qəbul edə bilər. Mirasın açıldığı gündən 6 keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarından görünür ki, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş, rəsmi qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdə müvafiq notariat orqanlarına m üraciət etməmiş, hazırda mirasqoyanın vəfatından 38 il keçdikdən sonra məhkəməyə müraciət etməklə mirasın qəbul etmək müddətini buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 1246 və 1273.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29-cü maddəsinin V11hissəsinə uyğunluğunun yoxlanılmasına” dair xx.xx.2023-cü il tarixli qərarına gəldikdə isə həmin qərarla müəyyən edilmiş müddəalar hazırkı mübahisə ilə bağlı əsas götürülərək tətbiq edilə bilməz.
15. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)- 224/2025 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia tələbi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə xx.xx.2000ci ilədək qüvvədə olan Mülki Məcəlləsi tətb iq edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən miras qoyan, xx.xx.1986-cı ildə ölmüş X18 miras əmlakı Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 saylı mülk olmuşdur. Həmin mülkün “A”, “B”, “V” tikililəri vəsiyyətnamə predmeti olmuş, yəni həmin əmlaklar vəsiyyətnamə əsasında şəxslərə vəsiyyət edilmişdir. Həmin əmlaklara dair iddiaçı irsi transmissiya qaydasında məcburi pay hüququnun tanınmasını tələb etsə də, işin hallarından müəyyən edilir ki, birinci növbə vərəsələr sırasına daxil olan anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı, miras açıldığı vaxtı həddi-buluğa (yetkinlik yaşına) çatmayan şəxs olmamış, eyni zamanda onun əmək qabiliyyəti olmayan şəxs olması, miras qoyanın himayəsində olması, eləcə də mirası qəbul etməsi barəd ə hal müəyyən edilməməklə bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, miras qalmış əmlaka dair iddiaçının məcburi pay hüququnun müəyyən edilməsi üçün qanuni əsaslar mövcud deyil.
17. İş üzrə iddiaçının miras qoyanın birinci növbə vərəsələrinə daxil olan anası, Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı tərəfindən miras qalmış əmlakı faktiki olaraq sahiblənməklə istifadə etməsi, eləcədə yuxarıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə vərəsəliyin qəbul etməsi barədə notariat orqanına müraciət etməsi, ümumiyyətlə Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızının anasından miras qalmış əmlaka dair vərəsəlik hüququnun müəyyən edilməsi barədə niyyətinin (hərəkətinin) olması barədə hər hansı bir sübut təqdim edilməmiş və bu hal lar iş üzrə məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən miras əmlaka daxil olan Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı mülkün “Q” tikilisinə dair də iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi mümkün deyil.
18. Məhkəmə eyni zamanda iddianın Cavabdeh1, Cavabdeh2 Əyyub oğluna və digər cavabdeh fiziki şəxslərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışın, habelə miras əmlakla bağlı digər vərəsələrə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun miras payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bununla bağlı çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də təmin edilə bilməz. Belə ki, iddianın həmin hissələri iddiaçının nənəsi X20 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair onun məcburi pay hüququnun və digər hissədə payının müəyyən edilməsi hissəsindən törəmə tələblərdir.
19. Bundan başqa məhkəmə Cavabdeh2 Əyyub oğlunun nümayəndəsi və vəkilinin “iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsinə” münasibətdə qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Yəni, mirasın qəbulu ilə ba ğlı müddət iddia müddəti deyildir.
20. Məhkəmə gəldiyi nəticəni 1964-cü ildə qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527, 528, 529, 532, 533, 537, 538, 552, 553, 556, 561, 562-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 88, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, miras əmlakın bir hissəsi hazırkı vaxtadək X17 adınadır. xx.xx.2011- ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (0193177 saylı) çıxarışdan da görünür ki, pay üzrə hüquq sahiblərinin içərisində X17 da adı qeyd olunub. İddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızının yeganə övladı kimi iddiaçının miras əmlakda məcburi payı vardır. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməyib. Mülki Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarına istinad olunmuşdur.
23. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2631/2025 nömrəli 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və S.R.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən müəyyən olunmuşdur ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X11 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 nömrəli ev miras qalmışdır. X28 sonuncu xx.xx.1986-cı il tarixdə vəsiyyətnaməsi ilə “A” tikilisini oğlu X15, “B” tikilisini nəvəsi Cavabdeh2 Əyyub oğluna, “V” tikilisini isə qızı X6 vəsiyyət etmişdir.
25. Sözügedən vəsiyyətnamə həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq yazılı formada tərtib edilmiş, vəsiyyət edən tərəfindən imzalanmış və notariatda təsdiq edilmiş, həmin vəsiyyətnamə mübahisələndirilməmiş, əksinə, iddiaçının tələblərindən biri vəsiyyətnamə verilən hissədə miras əmlaka onun məcburi pay hüququnun tanınmasıdır.
26. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Miras açılan vaxt qüvvədə olan mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qab iliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisindən az olmayan hissəsini alırlar.
28. İş materialları ilə müəyyən edilmişdir ki, birinci növbə vərəsələr sırasına daxil olan iddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı miras açıldığı vaxtı həddi-büluğa çatmayan şəxs olmamış, onun əmək qabiliyyəti olmayan şəxs olması, miras qoyanın himayəsində olması barədə isə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Odur ki, iddiaçının anasının miras əmlakın “A”, “B” və “V” tikililərinə münasibətdə hər ha nsı hüququ yaranmamışdır.
29. Miras əmlakın “Q” tikilisinə münasibətdə kollegiya qeyd edib ki, mülki qanunvericiliyin normalarına əsasən miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
30. İşdən müəyyən olunmuşdur ki, iddiaçının anası miras açılan vaxt - xx.xx.1986-cı il tarixdə sağ olmuş, xx.xx.2011-ci il tarixinədək yaşamışdır. Odur ki, iddiaçı həmin tikiliyə münasibətdə qanun üzrə vərəsə ola bilməz.
31. Bundan başqa, iş materiallarından iddiaçının anası tərəfindən “Q” tikilisini idarə etməyə başlaması, ya mirasa yiyələnməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş müdd ətdə mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi, bununla da vərəsəliyin onun tərəfindən qəbul edilməsi iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir.
32. İşdən müəyyən olunmuşdur ki, iddiaçının anasının yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 73, mənzil 35 olmuş, hələ onun sağlığında qardaşı X26 miras əmlakın olduğu ünvanda əlavə tikililər inşa etmiş, buna Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 547 nömrəli sərəncamı ilə icazə verilmişdir.
33. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının vəsiyyətnamə verilən hissədə onun məcburi pay hüququnun və qalan hissəyə münasibətdə vərəsəlik hüququnun tanınması və həmin daşınmaz əmlaka münasibətdə miras payının həcminin müəyyən olunması tələbləri təmin edilə bilməz. Bu tələblər təmin edilmədiyindən iddiaçının digər tələblərinin araşdırılmasına zərurət qalmır. Belə ki, sözügedən tələblər təmin edilmədiyindən iddiaçının digər tələblərinin təmin edilməsi istisna edilir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətində istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarları ilə bağlı qeyd etmişdir ki, həmin qərarlar hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı bəzi müddəalarının şərh edilməsi ilə bağlı olmuş, həmin qərarlarda göstərilən hüquqi mövqelərin əvvəlki Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəalarına da şamil edildiyi göstərilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
36. Məhkəmə gəldiyi nəticəni Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq olunmuş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 527, 528, 529, 532, 53, 537, 538, 545, 552, 553, 561, 562-ci, Mülki Prosessual Məcəlləsinin MPM-in 14.2, 77.1, 88, 217.2, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasın ın 149-cu, Mülki Məcəllənin 1193, 1194, 1195, 1252-ci, MPM-in 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsini düzgün tətbiq etməmiş və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həm vəsiyyətnamə üzrə cavabdehlərin qəbul etdiyi miras əmlakda, həm də hələ də mirasqoyanın adına olan miras əmlakda məcburi payının olmasını təsbit edən Mülki Məcəllənin 1193 və 1252-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İddiaçının anası S.Əyyubova mirasqoyanın nəvəsi olmuş, mirasqoyan Ç.Quliyevadan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 nömrə li əmlak miras qalıb və həmin miras əmlakın bir hissəsi hazırkı vaxtadək mirasqoyanın adına olmaqla açıq qalmışdır. İddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızının yeganə övladı kimi miras əmlakda məcburi payı vardır. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməmişdir. Məhkəmə iddiaçının miras əmlakda məcburi payının olmasına, miras əmlakın bir hissəsinin hələ də açıq – mirasqoyanın adına olmasına əhəmiyyət və hüquqi qiymət verməmiş, bununla da işə tam, hərtərəfli və obyektiv baxmayıb və MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvəd ə olan qüvvədə olmuş Mülki Məcəlləsi
40. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
41. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
42. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
43. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
44. Maddə
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
45. Maddə
537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.
46. Maddə
538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övla dlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Maddə
545. Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir.
47. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanı na mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
48. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
49. Maddə
561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir.
50. Maddə
562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas y oxdur.
63. Belə ki, iddiaçı hazırkı məhkəmə mübahisəsində nənəsi X11 miras qalmış, nənəsi tərəfindən digər vərəsələrə vəsiyyət edilmiş əmlaklardan məcburi payın, vəsiyyətnamədən kənarda qalan əmlakdan isə adi qaydada payın müəyyən olunmasını tələb edir.
64. Məhkəmələr tərəfindən müəyyən olunmuş faktik halları ondan ibarətdir ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X11 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 nömrəli ev miras qalmışdır. X28 “A” tikilisini oğlu X15, “B” tikilisini nəvəsi Cavabdeh2 Əyyub oğluna, “V” tikilisini isə qızı X6 vəsiyyət etmişdir.
65. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üz rə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
66. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
67. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
68. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
69. Baxılan iş üzr ə mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 538-ci maddəsində, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisindən az olmayan hissəsini almaq hüququ olan şəxslərin yəni, məcburi pay almaq hüququ olan şəxslərin dəqiq dairəsi müəyyən edilmişdi. Həmin normada məcburi pay almaq hüququ olan şəxslərin dairəsinə miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar aid edilmişdi.
70. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu norma əsasında təhlil edərək qeyd etmişdir ki, iddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məm mədhüseyn qızı miras açıldığı vaxtı həddi-büluğa çatmayan şəxs olmamış, onun əmək qabiliyyəti olmayan şəxs olması, miras qoyanın himayəsində olması barədə isə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Odur ki, iddiaçının anasının miras əmlakın “A”, “B” və “V” tikililərinə münasibətdə hər hansı hüququ yaranmamışdır.
71. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır.
72. Miras əmlakın “Q” tikilisinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsi vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən etmişdi və mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlə ri etməli idi. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılırdı.
73. Bu baxımdan iddiaçı, tələbinin miras əmlakın “Q” tikilisinə aid hissəsində təmin edilməsi üçün anası tərəfindən “Q” tikilisini idarə etməyə başlaması, mirasa yiyələnməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi, bununla da vərəsəliyin onun tərəfindən qəbul edilməsi barədə məhkəməyə sübutlar təqdim etməli idi. Lakin iddiaçı tərəfindən bu cür sübutlar təqdim olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi bu əsasla iddia tələbini miras əmlakın “Q” tikilisinə münasibətdə də haqlı olaraq təmin etməmişdir.
74. Kollegiya bil dirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2631/2025 nömrəli 12 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.