Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-225/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi, maneələrin qarşısının alınması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmiş X1 qalmış ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsindən ibarət miras əmlakdan oğlu İddiaçı1 1/3 hissədə, oğlu Cavabdeh 1/3 hissədə və qızı İddiaçı2 1/3 hissədə payların müəyyən edilməsi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin üzərində plan-ölçü və sair lazımi işlərin aparılmasına mane olmamaq və mütəxəssislər tərəfindən həmin işlərin aparılması üçün müvafiq şərait yaratmaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə mürciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin üzərində plan-ölçü və sair lazımi işlərin aparılmasına mane olmamaq və mütəxəssislər tərəfindən həmin işlərin aparılması üçün müvafiq şərait yaratmaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum akt qeydi barədə arayışın notarial qaydada təsdiq olunmuş surətindən və Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 132254 saylı “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, X5 iddiaçıların atası, X4 anasıdır. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 108897 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, iddiaçıların anası X4 xx.xx.2017-ci il tarixdə dünyasını dəyişmişdir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 108896 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, iddiaçıların atası X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçıların atası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Notariat Ofisinə xx.xx.2020-ci il tarixdə etdikləri müraciət əsasında vərəsəlik işi açılmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmati yanında Əmlak Xidmətləri Məkanına ünvanlanan Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli məktubunun surətindən göründüyü kimi, X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədi ilə ünvan 3 ünvanında yerləşən evə və torpaq sahəsinə dair Daşınmaz əmlakların Dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Daşınmaz əmlakların Dövlət reyestrindən çıxarışın verilməsi məqsədi ilə həmin təşkilatın əməkdaşları tərəfindən yoxlama-ölçü işlərinin aparılmasına cavabdeh mane olduğu üçün iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. Surəti iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmati Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********73 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan da göründüyü kimi, yuxarıda qeyd olunanlar həmin məktubda öz əksini tapmışdır. Göründüyü kimi, məsələnin məhkəmədən kənar həlli üçün vasitələr qalmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahtında bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına onun tərəfindən heç vaxt mane yaradılmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin üzərində plan-ölçü və sair lazımi işlərin aparılmasına mane olmamaq və mütəxəssislər tərəfindən həmin işlərin aparılması üçün müvafiq şərait yaratmaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. İş materiallarına əlavə edilmiş Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası X5, anası X4 olan İddiaçı1 xx.xx.1976-cı ildə və İddiaçı2 isə xx.xx.1982-ci ildə doğulmuşlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Xəzər rayon Qeydiyyat şöbəsinin AZ-İİ №108896 saylı 519 nömrə ilə qeyd edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Xəzər rayon Qeydiyyat şöbəsinin AZ-İİ №108897 saylı 747 nömrə ilə qeyd edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26.10. 2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə ölmüş X2 vərəsəsi əri X5 miras əmlak olan ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsindən ¼ hissədə, oğlu Cavabdeh ¼ hissədə, oğlu İddiaçı1 ¼ hissədə və İddiaçı2 ¼ hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 78 saylı məktubundan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin oğlu İddiaçı1 və İddiaçı2 olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda deyilir: “Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, A.Gəray küçəsi, döngə 1 ünvanında yerləşən 24 saylı fərdi yaşayış evi ilə bağlı ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqnda” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev və torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “ləyaqətsiz vərəsə hesab edilmələri” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların anası X4 2017-ci ildə ölmüş, ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən paylar müəyyən olunmuşdur. İddiaçıların atası isə X5 2020-ci il tarixdə ölmüşdür. İddiaçıların ərizəsinə əsasən mübahisəli evə və torpaq sahəsinə dair çıxarışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş olunsa da, həmin təşkilatın əməkdaşları tərəfindən yoxlama-ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən mane yaradıldığından iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. Mübahisənin həlli ilə bağlı cavabdehə müraciət olunsa da, bu nəticəsiz qalmış və iddiaçılar məhkəməyə müraciət etmişlər. Beləliklə, bütün yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin üzərində plan-ölçü və sair lazımi işlərin aparılmasına mane olmamaq və mütəxəssislər tərəfindən həmin işlərin aparılması üçün müvafiq şərait yaratmaq vəzifəsi Cavabdeh üzərinə qoyulması qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsinin üzərində plan-ölçü və sair lazımi işlərin aparılmasına mane olmamaq və mütəxəssislər tərəfindən həmin işlərin aparılması üçün müvafiq şərait yaratmaq vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-225/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-225/2022
14.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver