Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2257/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 28 dekabr 1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı 28 dekabr 1981-ci il təvəllüdlü X4 psixi pozuntular, kobud davranış pozuntuları ilə və ağır dərəcəli ağıl zəifliyi diaqnozu ilə müddətsiz olaraq birinci qrup əlildir. Bu barədə TSEK-in arayışı vardır. Qardaşı əlil olduğu üçün öz hərəkətlərini idarə edə bilmir və başqasının qulluğuna ehtiyacı vardır. Ona görə də fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən, 28 dekabr 1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X4, səhhəti məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28.12.1981-ci il təvəllüdlü X1 və xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi atası Dadaşov Seydəmir Həmzə oğludur. Qeyd olunan doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 və Ərizəçi qardaşdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xəzər Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, X4 birinci qrup müddətsiz əlildir. İşin ədalətli araşdırılması məqsədilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 19 iyul 2021-ci il tarixli 2231 saylı rəyində ekspert komissiyası X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmaması, buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8. maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, ərizəçinin qardaşı 28 dekabr 1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 dekabr 1981-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə, fəaliyyət qabiliyyəti olmayan hesab edilən X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2257/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2257/2021
26.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver