Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2270/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı“lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunlaəsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X4nun sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220284 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə “Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 14 iyul 2020-ci il tarixdə X4, X2 və İddiaçı MMC arasında MAS-2104 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17 iyul 2020-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-2104 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30 mart 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2104 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 mart 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1539 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 fevral 2022-ci il tarixdə 250 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və Bakı şəhəri istifadə edilməsinə görə 16 mart 2022-ci il tarixə 719.34 manat gecikdirilmiş əsas, 109.96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 309.83 manat dəbbə pulu, ümumilikdə 1139.13 manat gecikmə borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 mart 2022-ci il tarixə 719.34 manat gecikdirilmiş əsas, 109.96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 309.83 manat dəbbə pulu, 1539 manat dəymiş zərər, ümumilikdə 2678.13 manat borc və ödənilmiş 47.19 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: İddiaçı MMC ilə X4 arasında bağlanmış 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X4nun sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220284 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə “Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 14 iyul 2020-ci il tarixdə X4, X2 və İddiaçı MMC arasında MAS-2104 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17 iyul 2020-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-2104 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30 mart 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2104 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 fevral 2020-ci il tarixli MAS-2104 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 mart 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1539 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 fevral 2022-ci il tarixdə 250 manat məbləğində olmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-cİ il tarixli MAS-2104 saylı “Daxili Lizinq“ müqaviləsi üzrə 16 mart 2022ci il tarixə 719.34 manat gecikdirilmiş əsas, 109.96 manat gecikdirilmiş mükafat və 309.83 manat dəbbə pulu, 1139.13 manat borcu vardır. İş materiallarında olan AD 761791 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılışı ili 2019-cu il, ağ rəngli olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220284 ban nömrəli avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan İddiaçı MMC servis tərəfindən tərtib olunmuş qüsur aktının surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1539 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9\6181 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli qüsur aktındakı məlumatlara əsasənavtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” markalı, 99 PF-729 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1524,0 manat müəyyən olunur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9\6173 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqat ilə iş materiallarında olan (lizinq müqaviləsinin şərtləri, İddiaçı MMC tərəfindən tərtib olunmuş ödənişləri və borcu əks etdirən cədvəl məlumatları) sənədlərə əsasən 06 fevral 2020-ci il tarixli, MAS-2104 saylı Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə (arayış tarixinə) İddiaçı MMC-yə 719,34 (3042,60-2323,26) manat əsas borc; 62,90 (1562,64-1499,74) manat lizinq şirkətinin gəliri üzrə (faiz) borcu vardır. Qeyd edilir ki, bank tərəfindən 06 fevral 2020-ci il tarixli, MAS-2104 saylı Daxili Lizinq üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan Daxili Lizinq üzrə cərimə borcu hesablanmamışdır. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı MMC hazırkı iddia üzrə 47,19 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundansonra MM-in) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1-cimaddəsinəəsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-in 748-10.2-cimaddəsinəəsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borcluonun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyini icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, buna görə də iddia ərizəsində tələb olunan 719,34 manat əsas borcu cavabdehdən tutulmalıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də aydın olur ki, Məhkəmə iddia tələbinin 109.96 manat gecikdirilmiş mükafat borcunun cavabdehdən tutulması ilə bağlı iddia tələbi üzrə qeyd edir ki, məhkəmə, ekspertin bu sahədə xüsusi biliyə malik olduğunu nəzərə alaraq, ekspert rəyində qeyd olunan məbləğlər ilə razılaşır və cavabdehdən iddia ərizəsində tələb olunan məbləğdə deyil, ekspert rəyində müəyyən olunmuş məbləğdə, yəni 62,90 manat gecikdirilmiş mükafat borcunun iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa məbləği 1524,0 manat müəyyən olunmuşdur. Məhkəmə, bu hissədə də həmin rəylə razılaşır, avtomobilin təmir-bərpa xərclərinin 1524,0 manat olduğunu işin hallarına uyğun sayır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Məhkəmə öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmiş cavabdehə hesablanmış 309,83 manat dəbbə pulunu yüksək hesab edir və işin halları nəzərə alınmaqla cərimənin 30,0 manata qədər azaldılmalı olduğu qənaətinə gəlir. Məhkəmə həmçinin iddianın 47,19 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və xidmət haqqıda cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarından grünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9\6181 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının 9\6173 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 150,0 manat məbləğində pulun 64,2 manat hissəsi iddiaçıdan, 85,80 manat hissəsi isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, ekspertiza xərcinə görə iddiaçıdan 64,2 manat və cavabdehdən 185,80 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlirki, xx.xx.2020-ci il tarixli MAS- 2104saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, iddiaçıya lizinq ödənişləri üzrə iddia edilən miqdarda borcunun yaranması, cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması tam təsdiq olunduğundan, bununla da iddiaçının pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yarandığından, Cavabdeh 719,34 manat əsas borc, 62,90 manat mükafat, 30,0 manat cərimə (dəbbə borcu) və 1524,0 manat dəymiş zərər olmaqla, ümumilikdə 2336,24, ödənilmiş dövlət rüsumuna görə 47,19 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 185,80 manat məbləğində pul vəsaiti Cavabdeh və 64,2 manat İddiaçı MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 719,34 manat əsas borc, 62,90 manat mükafat, 30,0 manat cərimə (dəbbə borcu) və 1524,0 manat dəymiş zərər olmaqla, ümumilikdə 2336,24 (iki min üç yüz otuz altı manat, iyirmi dörd qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 47,19 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 185,80 manat məbləğində pul vəsaiti Cavabdeh və 64,2 manat İddiaçı MMC-dən alınaraq alınaraq dövlət büdcəsinə ödənilsin. (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2270/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2270/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver