Məhkəmə qərarları › İş №2(003)-2281/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2281/2025

04.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2281/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Xəzər rayon qeydiyyat şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, *8.06.198*-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı *8.06.198*-ci il təvəllüdlü X8 onun bacısıdır və faktiki olaraq onun himayəsindədir, bacısı 1 qrup anadan gəlmə əlildir, atası 16.05.*006-ci il tarixdə ölmüşdür, anam isə yaşlı və xəstə olduğundan bacısına o baxmaq məcburiyyətindədir. Qeyd etmək istəyir ki, bacısı anadan gəlmə ağıl zəyifliyi vardır, görmə və eşitmə qüsurludur. O, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, hərəkətləri məhduddur, təhsil almamışdır. Daim nəzarətdə olmalıdır. X6 bu günədək anası qullauq etmiş, lakin anası faktiki olaraq yaşlı və xəstə olduğundan onun özünün də qulluğa etiyacı vardır. Bacısı kənar şəxslərin köməyi olmadan heç nə edə bilmir, yerişi, hərəkətləri, davranışı daim onların nəzarəti altındadır, nəzarətimizdən kənar hər hansı fəliyyəti, özünə qulluğu yoxdur. X* Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli X3 qeydiyyatdadır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlardan da görünür ki, X5 Naməlum səbəbli MSS üzvi xəstəlikləri yardır. Bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ila əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, *8.06.198*-ci il təvəllüdlü X8 və xx.xx.1986-cı il təvəllüdlü X1 anası X10 atası isə X9r. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 16.05.*006-cı il tarixdə ölmüşdür. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilən arayışdan görünür ki, *8.06.198*-ci il təvəllüdlü X8 ikinci dərəcəli əlildir. e-Sosial çıxarışdan görünür ki, *8.06.198*-ci il təvəllüdlü X8 ikinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının 0*.07.*0*5-ci il tarixli, *100 nömrəli rəyində qeyd edilmişdir ki, X5 “demensiya (ağıl zəifliyi)” aşkar olunur. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikası Mülki Məcəlləsinin *8.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.*-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 3*1.*-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.*-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, X8 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X8 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-3*1 və *16-**0-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. *8.06.198*-cı il tarixdə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar