Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2310/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09.08.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı televizor üçün 266 manat ödənilməmiş hissə, 26 manat cərimə pulu, 09.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27857 olan Huawei P Smart Z markalı telefon üçün 121 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu, 15.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87264 olan Samsung Galaxy A10 markalı telefon və Samsung Led markalı televizor üçün 706 manat ödənilməmiş hissə, 70 manat cərimə pulu, cəmi 1201 manat və 20 manat dövlət rüsumu alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxx» MMC arasında bağlanmış 09.08.2019-cu il tarixli, 09.08.2019-cu il tarixli və 15.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh Hoffmann markalı televizor, İMEİ kodu **********27857 olan Huawei P Smart Z markalı telefon və İMEİ kodu **********87264 olan Samsung Galaxy A10 markalı telefon və Samsung Led markalı televizor almış və nəticədə 1201 manat borc yaranmışdır. Cavabdeh 09.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 504 manat olan Hoffmann markalı televizor almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 238 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 292 manat olmaqla ondan 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 09.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756 manat olan İMEİ kodu **********27857 olan Huawei P Smart Z markalı telefon və aksesuar almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 635 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 133 manat olmaqla ondan 121 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu, 15.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1713.6 manat olan İMEİ kodu **********87264 olan Samsung Galaxy A10 markalı telefon və Samsung Led markalı televizor almış və həmin müqavilə şərtlərinə uyğun olaraq 1007.6 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə ümumilikdə 776 manat olmaqla ondan 706 manat ödənilməmiş hissə, 70 manat cərimə borcu hesablanmışdır. Cavabdeh cəmi 1880.6 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 09.08.2019-cu il tarixdə 00834537 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 504 manat olan Hoffmann markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 21 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 09.08.2019-cu il tarixdə 00834438 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 756 manat olan İMEİ kodu **********27857 olan Huawei P Smart Z markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 63 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 15.01.2020-ci il tarixdə 20038550 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1713.6 manat olan İMEİ kodu **********87264 olan Samsung Galaxy A10 markalı telefon və Samsung Led markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 122.3 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 09.08.2019-cu il tarixli müqavilə üzrə 266 manat ödənilməmiş hissə və 26 manat dəbbə borcu, 09.08.2019-cu il tarixli müqavilə üzrə 121 manat ödənilməmiş hissə, 12 manat dəbbə borcu, 15.01.2020-ci il tarixli müqavilə üzrə 706 manat ödənilməmiş hissə, 70 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə hər üç müqavilə üzrə 1093 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 108 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 1093 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 108 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09.08.2019-cu il tarixdə 00834537 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 09.08.2019-cu il tarixdə 00834438 saylı alqı-satqı müqaviləsinə əsasən 121 manat ödənilməmiş hissə, 12 manat cərimə, 15.01.2020-ci il tarixdə 20038550 saylı alqı-satqı müqaviləsinə əsasən 706 manat ödənilməmiş hissə, 70 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 09.08.2019-cu il tarixdə 00834537 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 266 manat ödənilməmiş hissə, 26 manat cərimə, 09.08.2019-cu il tarixdə 00834438 saylı alqı-satqı müqaviləsinə əsasən 121 manat ödənilməmiş hissə, 12 manat cərimə, 15.01.2020-ci il tarixdə 20038550 saylı alqı-satqı müqaviləsinə əsasən 706 manat ödənilməmiş hissə, 70 manat cərimə ümumilikdə 1021 (bir min iyirmi bir manat) manat və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2310/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2310/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver