Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2312/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və pulun abonent hesabına geri qaytarılması barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yazılmış borcun silinməsi və 200 manat miqdarında maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatla xx xxx 2020-ci il tarixli, 03- 2059 saylı qaz paylayıcısı ilə məişət qaz borucu istifadəçisi arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh təşkilatdan qaz almaqla istifadə edib dəyərini ödəyir. Cavabdeh təşkilatı təmsil edən şəxəslər tərəfindən qaz sayğaçının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında ******* saylı akt tərtib edilmiş və bu aktda göstərilmişdir ki, çıxarılan sayğacda onun 26 manat 70 qəpik, yəni 26700 kub.metr ehtiyatda işlədə biləcəyi qaz miqdarı mövcuddur. Eyni zamanda tərtib edilmiş digər sənədlərdə onun cavabdeh təşkilata heç bir borcunun olmaması göstərilmişdir. Lakin yeni qaz sayğacı quraşdırıldıqdan təxminən ay yarım iki ay sonra cavabdeh təşkilat ona bildirişlər göndərərək əvvəlcə 2 manat 20 qəpik, daha sonra isə 50 manat 70 qəpik borcun olduğunu göstərmiş, əvvəlki 26 manat 70 qəpik borcdan isə danışmağı belə özünə rəva bilməmişdir. Hesab edir ki, ona bu borclar əsassız yazılmış, ehtiyatdakı vəsaiti isə əsassız olaraq silinmişdir. Bununla əlaqədar hüquqlarının bərpası ilə bağlı hüquqşünasa müraciət etmiş, sənədlər toplamış və vaxt itirmişdir. Hesab edir ki, stres keçirmiş, əsəbləşdiyi üçün ona maddi və mənəvi ziyan dəymişdir. Hmin ziyanın məbləğini 200manat miqdarında dəyərləndirmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 44.8 manat məbləğində borcun silinməsi və əvvəlki smart tipli sayğac çıxarılan zaman üzərində olan 26.7 manat (istifadə olunmayan) pul məbləğinin onun obanent hesabına köçürülməsi (geri qaytarılması) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun yaşadığı ünvana qurlaşdırılmış elektron sayğac xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında çıxarılmış və yerinə mexaniki sayğac quraşdırılmışdır. Həmin zaman çıxarılmış sayğacın üzərində 26700 m3 həcmində, yəni 26.7 manat məbləğində istifadə olunmayan sərfiyyat mövcud olmuş və cavabdehin əməkdaşları ona bundan sonra təbii qazdan istifadə etdiyi zaman istifadə olunmuş qaz həcminə uyğun həmin məbləğdən çıxılacağı bildirilmişdir. O da buna etiraz etməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin istifadə olunmayan qazın həcminə uyğun pul məbləği onun obanent hesabına köçürülməmiş, hətta buna baxmayaraq ona 44.8 manat məbləğində borc hesablanmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun rədd edilməsini xahiş etdi və izahatında bildirdirmişdir ki, iddiaçının ünvanında olan elektron sayğac, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında çıxarılmış və yerinə mexanikii sayğac qoyulmuşdur. Həmin zaman Cavabdeh əməkdaşları tərəfindən sayğacın bütün göstəriciləri aktda qeyd edilmişdir. Həmin göstəricilərdən görünür ki, sayğac üzərində 26700 m3, yəni 26.7 manat məbləğində həcmində istifadə olunmayan təbii qazın dəyəri mövcud olmuşdur. Həmin göstərici aktın qeydlər hissəsində M1=26700 m3 kimi qeyd edilmişdir. Həmin qeydlər hissəsində M2=24043 m3 kimi göstərilmiş hissə isə iddiaçı tərəfindən istifadə olunmuş və ödənilməmiş qazın dəyərinin göstəricisidir. Sayğacın üzərində olan göstəricilərə və abonentin hesabına əsasən iddiaçı tərəfindən istifadə olunan qazın həcmi ilə ödədiyi pul məbləği arasında yaranmış fərq 44.8 manatdır. Yəni, çıxarılmış sayğac üzərində olan 26.7 manat, xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən istifadə olunmuş qazın həcminin dəyərinə görə yaranmış borc puldan çıxıldıqdan sonra iddiaçının hazırda Cavabdehnə 44.8 manat borcu qalmışdır və həmin borc ondan tələb olunur. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Həmçinin bildirimişdir ki, tərtib edilmiş aktın qeyd hissəsində olan “sayğac off rejiminə keçirildi” qeydi –sayğacın hər hansısa bir səbəbdən qaz sərfiyyatının düzgün qeyd etməməsinin göstəricisidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli 03-2059 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının ünvanına quraşdırılmış “İtron” tipli G-4 markalı elektron sayğac “Natek” tipli G-4 markalı mexaniki sayğacla əvəz edilmişdir. Çıxarılmış sayğacın elektron və mexaniki göstəriciləri 24827.4 m3 olmuş, sayğacın çıxarılma səbəbi növbəti dövlət yoxlaması üçün olmuş, yeni qoyulmuş sayğacın göstəriciləri 0000 m3 olmuşdur. İş materiallarına əlavə edilmiş bildiriş-xəbərdarlıq qəbzlərindən görünür ki, iddiaçıdan təbii qazdan istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 2.2 manat, xx.xx.2020-ci il tarixə isə 50.70 manat (xx.xx.2020-ci il tarixə yaranmış -44.80 manat daxil olmaqla) məbləğində pul tələb olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin “Gasrep” hesabdan çıxarışdan (abonent kodu **********00280) görünür ki, 2020-ci ilin iyun ayında həmin çıxarışın “Written Off” bölməsində iddiaçının hesabına 44.8 manat borc hesablanmışdır. İşin araşdırılmış hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçının ünvanına quraşdırılmış elektron tipli sayğac çıxarılmış və yerinə mexaniki tipli sayğac quraşdırılmışdır. Çıxarılmış sayğacın üzərində istifadə olunmamış təbii qazın həcminin dəyəri qismində 26.7 manat pul mövcud olmuş və 2020-ci ilin iyun ayında iddiaçının abonent hesabına 44.8 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, işin araşdırılmış hallarına, tərəflərin izahatlarına qiymət verərək qeyd edir ki, iddiaçının ünvanında olan əvvəlki (çıxarılmış) elektron sayğacın üzərində istifadə olunmamış təbii qazın həcminin dəyəri qismində 26.7 manat məbləğində pulun mövcüd olması işin mübahisə edilməyən halı olmaqla yanaşı, həmin pul məbləğinin xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən istifadə olunmuş qazın həcminin dəyərinə görə yaranmış borc puldan çıxıldıqdan sonra iddiaçının 44.8 manat məbləğində borcunun qalmasını qeyd etməklə cavabdehin nümayəndəsi tərəfindən bu hal barədə heç bir subut məhkəməyə təqdim olunmamışdır. Əksinə xx.xx.2020-ci il tarixli abonentin “Gasrep” hesabdan çıxarışın “borc, ödəniş və sərfiyyat” bölmələrinə nəzər yetirdikdə, iddiaçı tərəfindən hər ay təbii qazdan istifadə etdiyi sərfiyyat üzrə tam həcmdə ödənişlərin aparıldığı və 2020-ci ilin iyun ayınadək borcunun olmadığı görsənir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına hesablanmış 44.80 manat məbləğində borc silinməli və çıxarılmış sayğac üzərində istifadə olunmamış təbii qazın həcminin dəyəri qismində mövcüd olmuş 26.7 manat pul iddiaçının abonent hesabına geri qaytarılmalıdır (abonent kodu **********00280). Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına hesablanmış 44.80 manat məbləğində borc silinsin və çıxarılmış sayğac üzərində istifadə olunmamış təbii qazın həcminin dəyəri qismində mövcüd olmuş 26.7 manat pul iddiaçının abonent hesabına geri qaytarılsın (abonent kodu **********00280). Cavabdehndən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2312/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2312/2020
15.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver