Məhkəmə qərarları › İş №2(003)-233/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-233/2021

16.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-233/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi döngə 4 ev 15- 15A saylı fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində inşa edilmiş texniki pasportda göstərilməyən tikililərin, hasarın və evin cavabdehin hesabına sökülməsi, evin və torpaq sahəsinin əvvəlik vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 4, ev 15-15A saylı fərdi yaşayış evi 137,2 kv.m sahədən ibarətdir. Həmin fərdi yaşayış evinin 2 otaq - 26,3 kv.m hissəsi üzərində Cavabdeh, qalan hissədə İddiaçı və X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh birgə mülkiyyətlərində olan fərdi yaşayış evində qanunsuz tikinti işləri aparmış, texniki pasportda göstərilməyən tikililər inşa olunmuşdur. Əlavə otaqlar, mətbəx və eyvan sahələri inşa edilmişdir. Ancaq, özbaşına tikililər istisna olmaqla mübahisəli evin 04.02.2016-cı ildə tərtib edilmiş texniki pasportunda qeyd olunan yalnız 26,3 kv.metrdən ibarət olan 2 otaq sahəsi dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Mübahisəli evdən iddiaçı ilə onun payları müəyyən edilsə də, paylar üzrə aralarında real bölgü (naturada) aparılmamışdır. Mübahisəli evin iddiaçı ilə onun paylı mülkiyyətlərində olan sahənin və istifadələrində olan torpaq sahəsinin çox hissəsi, cavabdehin istifadəsində qalıb. Texniki pasportda göstərilməyən tikililərin inşa olunduğunun və həmin tikililərin qanunsuz olub-olmadığının müəyyən edilməsindən ötrü məhkəmə tikinti-texniki ekspertizası keçirilməlidir. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi lazımi icazələr alınmadan və layihə sənədləri müvafiq orqanlarla razılaşdırılmadan cavabdeh tərəfindən əlavə tikililər və hasar inşa edilmişdir. Həmin tikililər bunun üçün lazımi icazələr alınmadan inşa edildiyi, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün özbaşına tikili hesab olunur. Cavabdeh tərəfindən tikilmiş həmin özbaşına tikililər iddiaçıya ev və torpaq sahəsindən istifadə etməyə imkan vermir. Evin iddiaçıya məxsus hissəsində müəyyən edilmiş qüsurların yaranmasına səbəb ola bilər. Hesab edir ki, aparılmış həmin özbaşına tikililər təhlükə mənbəyinə çevrilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə ərizə təqdim edərək, texniki pasportda qeyd olunan İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5,4 metr uzunluğunda, 1,7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasar, həmin darvazadan daxil olduqdan sonra 11 metr 5.9 x 5.9 metr ölçüdə, 3.3 metr hündürlükdə mişar daşından inşa olunmuş yarımçıq tikili (fərdi yaşayış evi) Cavabdeh tərəfindən sökülməsi və onun hesabına əvvəlki vəziyyətə gətirilməsi, “A” litreli fərdi yaşayış evinin 1 nömrəli otağıın 2 hissəyə bölünərək 3.8 x 2.4 metr və 3.62 x 2.4 metr ölçüdə yaradılmış otaqları Cavabdeh tərəfindən ləğv edilərək otaq əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, cavabdehlə aralarındakı hasar 1998-ci ildə birlikdə tikilmişdir, əalvə tikili isə bu yaxılarda cavabdehin özü tərəfindən tikilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X5 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli əraziyə onun mülkiyyət hüququ vərəsəlik qaydasında ona keçmişdir. Məhkəmə iclasında Cavabdeh iddanın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən verilmiş 05.02.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi döngə 4 ev 15-15A ümumi sahəsi 137,2 m2 olan daşınmaz əmlakın 2 otaq 26.3 m2 Cavabdeh, qalan hissədə isə İddiaçı və X1 mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən verilmiş 05.02.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi döngə 4 ev 15-15A-nın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12.01.2002-ci il tarixdə vəfat etmişdir. Bu barədə Xəzər rayon Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 70 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/315 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, texniki pasportda qeyd olunan İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5,4 metr uzunluğunda, 1,7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasar, həmin darvazadan daxil olduqdan sonra 11 metr 5.9 x 5.9 metr ölçüdə, 3.3 metr hündürlükdə mişar daşından inşa olunmuş yarımçıq tikili (fərdi yaşayış evi), İİİ nömrəli darvazadan daxil olduqda, piləkənləri qalxan kimi sağ tərəfdə mişar daşdan inşa olunmuş 2.5 x 3.11 m ölçüdə yaşayış otağı “texniki pasport”da öz əksini tapmamışdır. Həmçinin qeyd olunur ki, “A” litreli fərdi yaşayış evinin 1 nömrəli otağı 2 hissəyə bölünərək 3.8 x 2.4 m və 3.65 x 2.4 m ölçülərdə otaqlar yaradılmışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, işin halları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi döngə 4 ev 15-15A ümumi sahəsi 137,2 m2 olan daşınmaz əmlakın 2 otaq 26.3 m2 Cavabdeh, qalan hissədə isə İddiaçı və X1 mülkiyyət hüquqları qeydə alınmışdır. Həmçinin dövlət reyestrdən verilmiş çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi döngə 4 ev 15-15A-nın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. Hazırkı halda isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Yuxarıda qeyd oluduğu kimi məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal olaraq mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu aşkar edilmişdir. Belə olan olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə müraciət etmək hüquq İddiaçı yox, dövlətin müstəsna səlahiyyətindədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi torpaq sahəs üzərində mövcud olan tikililərin sökülməsi ilə bağlı olsa da, mülki için materiallarından da göründüyü kimi mübahisəli tikililərin mövcud olduğu torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və həmin tikililərin sökülməsi ilə bağlı iddia hüququ dövlətin (müvafiq hüquq verilmiş orqanın) müstəsna səlahiyyətinə aiddir. Bu səbəbdən də, iddiaçının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Məcəllləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı texniki pasportda qeyd olunan İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5,4 metr uzunluğunda, 1,7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasar, həmin darvazadan daxil olduqdan sonra 11 metr 5.9 x 5.9 metr ölçüdə, 3.3 metr hündürlükdə mişar daşından inşa olunmuş yarımçıq tikili (fərdi yaşayış evi) Cavabdeh tərəfindən sökülməsi və onun hesabına əvvəlki vəziyyətə gətirilməsi, “A” litreli fərdi yaşayış evinin 1 nömrəli otağıın 2 hissəyə bölünərək 3.8 x 2.4 metr və 3.62 x 2.4 metr ölçüdə yaradılmış otaqları Cavabdeh tərəfindən ləğv edilərək otaq əvvəlki vəziyyətinə qaytarılması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı texniki pasportda qeyd olunan İV nömrəli darvazadan daxil olduqda sol tərəfdə 5,4 metr uzunluğunda, 1,7 metr hündürlüyündə mişar daşından inşa olunmuş hasar, həmin darvazadan daxil olduqdan sonra 11 metr 5.9 x 5.9 metr ölçüdə, 3.3 metr hündürlükdə mişar daşından inşa olunmuş yarımçıq tikili (fərdi yaşayış evi) Cavabdeh tərəfindən sökülməsi və onun hesabına əvvəlki vəziyyətə gətirilməsi, “A” litreli fərdi yaşayış evinin 1 nömrəli otağıın 2 hissəyə bölünərək 3.8 x 2.4 metr və 3.62 x 2.4 metr ölçüdə yaradılmış otaqları Cavabdeh tərəfindən ləğv edilərək otaq əvvəlki vəziyyətinə qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar