Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2349/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı Regional Qazın Satış Departamentinin rəhbərliyinin qanunsuz əməllərinə son qoyulması, ona məxsus qaz sayğacı oğrulanmış Departament əməkdaşlarının məsuliyyətə cəlb edilməsi, yaşadığı ünvan 1nə qaz sayğacının quraşdırılması və qazın verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə Dövlət proqramına əsasən onların ərazisində hər küçəyə və dalana qaz çəkilməlidir. Həmin vaxta onlar abonent olmuşlar. Lakin hər dalana qaz çəkilmiş, amma onlara çəkilməmişdir. Müvəqqəti onlara qaz xətti qonşu torpaq ərazisindən qoşmuşlar. Həmin ərazidə olan ev qanunsuz tikili olduğu üçün sökülmüşdür. Söküntü zamanı onların evinə gələn qaz xətti də kəsilmişdir. 02 avqust 2021-ci il tarixində həmin qaz sayğacı dibindən kəsilərək oğurlanmışdır. Oğurluq faktı barədə X1 “185”, Daxili İşlər Nazirliyinin “102” qaynar xətt xidmətinə müraciət etmişdir. Müraciəti əsasında Xəzər rayonu Polis İdarəsinin 1-ci Polis şöbəsində araşdırma aparılmış və yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, sayğac oğurlanıb, dibindən kəsilib və onlara bu barədə arayış verilmişdir. Yeni qaz sayğacının quraşdırılması barədə “Asan Kommunal Xidmətinə” müraciət etdikdə məlum olmuşdur ki, qaz sayğacı Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları tərəfindən oğurlanmışdır. Həmin Departamentə rəsmi ərizə ilə müraciət etdikdən sonra, Departament rəhbərliyi əməkdaşlarının qanunsuz əməllərinə don geyindirmək məqsədi ilə üzərindəki güya onun həmin quruma 195.8 AZN borcum yaranmışdır. Lakin qoşulan G-4 markalı 18** AZ ***118063867 nömrəli qaz sayğacı müvəqqəti istifadə etməmişlər, gələn paralel küçədə 500 metr onlardan aralı olaraq qonşu həyətindən kəsilmiş və oğurlanmışdır. Dəfələrlə etdiyi rəsmi müraciətlərə baxmayaraq Cavabdeh Bakı X3 Departamentinin rəhbərliyi yaranmış məsələnin həll edilməsi üçün heç br tədbir görməmişdir. Əksinə əməkdaşlarının qanunsuz hərəkətlərinə göz yumaraq ondan 195 manat pul ödəməyi tələb edirlər. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəyişdirərək, Cavabdeh tərəfindən **********01476 nömrəli abonent koduna hesablanmış 195,80 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, ona məxsus ünvan 1 ünvanında yaşayış olmamışdır. Belə ki, həmin ünvanda hazırda da tikinti işləri gedir. Həmin ünvana isə qaz xətti çəkilməli olmasına baxmayaraq qaz borusu ona məxsus ünvana kimi çəkilməmişdir. Ona görə də qonşu sahəyə gələn qaz borusundan öz vəsaitləri hesabına ünvanına kimi qaz xətti çəkilmiş, sayğacda 500 metr aralı məsafədə yerləşdirilmişdir. Birinci yerləşdirilmiş sayğacı avtomobil zədələdiyinə görə yenisi ilə əvəzlənmişdir. Lakin onlar ümumiyyətlə qazdan istifadə etməmişlər. Belə ki, həmin ünvanda yaşayış olmamış və buna görə də qaza ehtiyac olmamışdır. 2021-ci ildə qaz xəttinin yerində olmaması müəyyən etmişlər və oğurlandığı hesab edərək polis orqanına şikayət etmişdir. Daha sonra isə yeni qaz sayğacı quraşdırılması ilə bağlı Cavabdehnə müraciət edəndə bilmişdir ki, həmin sayğac oğurlanmamış, cavabdehin əməkdaşları onların xəbəri olmadan söküb aparmışlar və sayğac zədələnməsi səbəbindən onun abonent hesabına 195,80 manat borcun yazılmışdır. Ondan isə həmin borcun ödəniləcəyi təqdirdə yeni sayğacın quraşdırılacağı bildirilmişdir. Onlar azdan istifadə etməmişlə və sayğaca da müdaxilə etməmişlər. Bu hallar cavabdehin qanunsuz əməllərindən yaranmışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı adına olan **********01476 nömrəli abonent hesabına 2021-ci ilin oktyabr ayında 195,80 manat borc hesablanmışdır. Cavabdeh Bakı X3 Departamenti tərəfindən iddiaçıya nvanlanmış məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilmişdir, G-4 markalı 1802AZ**********67 nömrəli qaz sayğacı dəyəri ödənilməmiş 1958 kub metr qaz həcminə görə və qaz xəttinin qaynaq vasitəsi ilə kəsili olması səbəbindən Bakı X3 Departamenti tərəfindən müvafiq qaydada (xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib etməklə) çıxarılmışdır. İstismar müddəti ərzində onun tərəfindən G-4 markalı 1802AZ**********67 nömrəli qaz sayğacının kartına ödəniş edilməmişdir. **********01476 nömrəli abonent kodu üzrə dəyəri ödənilməmiş 1958 kub metr qaz həcminə görə yaranmış 195.8 AZN debitor borc onun tərəfindən ödənilməlidir. İş materiallarında olan yoxlama nəticəsinə dair çıxarışın surətindən görünür ki, iddiaçın ünvanında quraşdırılmış sayğacın gövdəsi üst hissəsindən deformasiya uğramış, yivli birləşmə gövdədən aralanmışdır. Nəticədə sayğacın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəindən verilmiş xx.xx.2021-ci il tarixli *** **** nömrəli arayışdan görünür ki, İddiaçı Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə ona məxsus Şimal Dres qəsəbəsində yerləşən nağ evinin çöl hissəsində olan qaz sayğacının oğurlandığını bildirmişdir. Hal-hazırda təhqiqat araşdırılması davam edir. Arayış müvafiq orqana təqdim olunması üçün tərtib edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, istehlakçının təqsiri nəticəsində zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) onun vəsaiti hesabına həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ünvanına quraşdırılmış sayğacın zədələnməsi onun təqsiri nəticəsində baş verməsi sübuta yetirilmədən həmin sayğacın dəyərinin ondan tələb edilməsi əsassızdır. Belə ki, işin araşdırılmış halları ilə iddiaçının ünvanına quraşdırılmış sayğacın onun məlumatı olmadan aparılması müəyyən edilməklə, iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada Cavabdehnə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakı təmin edilməməklə həmin sayğacın iddiaçının təqsiri nəticəsində baş verməsi ilə bağlı sübutlar da məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının abonent hesabına hesablanmış 195,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci bəndində əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər rayonu Məhkəməsinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına olan **********01476 nömrəli abonent koduna hesablanmış 195,80 manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər rayonu Məhkəməsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2349/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2349/2022
18.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver