Məhkəmə qərarları › İş №2(003)-2372/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2372/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2372/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi M.Müşfiq küçəsi döngə 2 13B saylı evə dair tərtib olunmuş texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.2004-cü il tarixdə ölmüş X1na məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi M.Müşfiq küçəsi döngə 2 13B saylı ev onun mərhum X1nın adınadır. X1 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, həmin evə dair müvafiq sənədlərin verilməsi üçün maraqlı şəxsə müraciət etmişdir. Ona verilən cavabdan məlum olmuşdur ki, X2 (Sənəddə olduğu kimi) adı ilə bağlı Bakı şəhəri Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi Dəmirçi küçəsi dalan 2 ev 13 (sənəddə olduğu kimi) ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda 1963-cü il tarixli texniki pasport mövcuddur. Həmçinin, təqdim olunmuş sənədlərdə mərhum X1nın idarənin arxivində olan texniki pasportun üz qabığında göstərilən X7 ilə eyni şəxs olmasına dair müvafiq məhkəmə qərarı təqdim edilməklə müraciət edildiyi təqdirdə sözügedən sənədlərin təsdiq edilmiş surətinin verilməsi mümkündür. Qeyd edilən sənədlər keçmiş SSRİ dövründə yazıldığından səhv qeyd edilmişdir. Ona görə də, ona verilmiş sənədlərdə düzəlişin edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, mərhum onun əmisinin arvadı olmuşdur. Onu Turrəxanım kimi tanımışlar. Əmisinin arvadı təxminən 10 ildən çox olar ki, ölmüşdür. Onunla eyni məhəllədə yaşamışlar. Eyni həyətin içində altı əmi yaşamışlar. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, mərhum onun ərinin əmisi arvadıdır. Ərizəçinin atası onun ərinin əmisi oğludur. Onlarla eyni həyətdə yaşamışlar. Onu Turrəxanım kimi tanımışlar. Adı Turrəxanım olmuşdur. Çox yaxın münasibətləri olmuşdur. İş üzrə maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əzizbəyov rayon VVAQ bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı 294488 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X12, anası isə X5r. - Əzizbəyov rayon VVAQ bürosu tərəfindən verilmiş ИЕ seriyalı 250276 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1955-ci il tarixdə 173 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər Novruzov, arvad Novruzova soyadında qalmışdır. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş AZ-İ seriyalı 078230 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 59 nömrə ilə qeyd edilmişdir. -"Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə” aid Pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Dəmirçi küçəsi, dalan 2, 13 saylı evə dair həmin sənəd X2 adına verilmişdir. - Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X6 və X3 adlarına qeydiyyata alınmasına, habelə həmin əmlaka dair onların adı ilə bağlı ilkin texniki pasportun, torpaq sənədləri və cizginin tərtib edilməsi ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, X2 (sənəddə olduğu kimi) — ——”, adı ilə bağlı Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Dəmirçi küçəsi, dalan 2, ev 13 (sənəddə olduğu kimi) ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda 1963-cu il tarixli texniki pasport mövcuddur. X8 ilə bağlı vrərəsəliyin dairəsinin müəyyən edilməsi ilə əlaqədar notariat orqanı tərəfindən təqdim olunmuş sənəd, həmçinin mərhum X3 idarənin arxivində olan texniki pasportun üz qabığında göstərilən X7 ilə eyni şəxs olmasına dair müvafiq məhkəmə qərarı təqdim edilməklə müraciət edildiyi təqdirdə sözügedən sənədlərin təsdiq edilmiş surətinin verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun anasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Dəmirçi küçəsi, dalan 2, 13 saylı evə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 (AZ-İ seriyalı 078230 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Dəmirçi küçəsi, dalan 2, 13 saylı evə dair 1963-cü ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar