Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-238/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlanları – X3 və X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda olmuşdur. 01 mart 1983-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından dörd uşaqları olmuşdur. Onların birgə nikahlarından olan xx.xx.1984-ci il təvəllüdlü X8 və xx.xx.1990-cı il təvəllüdlü X6 adlı uşaqları anadan gəlmə ruhi əsəsb xəstəliyi ilə dünyaya gəlmişlər. Hər iki uşağı anadan gəlmə serebral iflic xəstəliyi diaqnozu ilə X10 qeydiyyatdadır. Uşaqlarının xəstəlikləri sağalan xəstəlik olmadığından onlara müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. Hazırda uşaqlar onun himayəsindədir və onların bütün ehtiyacları onun tərəfindən ödənilir. Qeyd olunanlara əsasən hesab edir ki, uşaqları məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onların üzərində qəyyum təyin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında xx.xx.1983cü il tarixdə 16 nömrə ilə qeydiyyat aparılmış, nikahdan sonra arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan MR-nın İliç rayonu Sədərək kənd sovetliyi tərəfindən verilmiş X-JQ 258804 nömrəli xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə doğulmuşudr. X2, anası Ərizəçidır. İş materiallarında olan Naxçıvan MR-nın İliç rayonu Sədərək kənd sovetliyi tərəfindən verilmiş XV-JQ 410454 nömrəli xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə doğulmuşudr. X2, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, X5 müddətsiz olaraq İ qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, X4 müddətsiz olaraq İ qrup əlillik dərəcəsi verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2855 nömrəli rəyində qeyd edilmişdir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxs ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2856 nömrəli rəyində qeyd edilmişdir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X8 və X6 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyləri və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X8 və X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiklərindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadıqlarından, onların fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 və X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində doğulmuş X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. xx.xx.1990-cı il tarixdə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində doğulmuş X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Bu qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən X3 və X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(003)-238/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-238/2022
21.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver