Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2394/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evinə dair texniki pasportun X3 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, atası X7 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ailəsi ilə birlikdə qeydiyyatda olduğu və yaşadığı atası X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evinə dair texniki pasportun idarənin arxivində saxlanılan surətinin verilməsi barədə müraciət etmişdir. DƏDRX-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sənədlərdə uyğunsuzluq var. Həmin texniki pasport X4 adına verilmiş, mərhumun adının ölüm haqqında şəhadətnaməsində və digər sənədlərdə isə X7 olduğu göstərilmişdir. Babasının adı İsaq olmuşdur və o, 1979-cu ildə vəfat etmişdir. Bu faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evi X4 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş sözügedən evdə yaşayan vətəndaşların qeydiyyatı ilə bağlı ev dəftərinin surətindən görünür ki, X7, X2 və uşaqları sözügedən mənzildə birgə yaşayıblar. İş materiallarına əlavə olunan AZ seriyalı 085396 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan ИЕ seriyalı 096687 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 xx.xx.1951-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilən 1 ədəd baş daşı fotoşəkilindən görünür ki, X7 1921-ci ildə anadan olmuş, xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı ərazi idarəsindən alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə torpaq sahəsinin hüquqi sahibinin ata adında uyğunsuzluq aşkar edillmişdir. İdarənin arxivində olan texniki pasportda hüquqi sahibin ata adı “İsa”, təqdim olunmuş vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda isə “İsaq” kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun sinif yoldaşı və qonşusdur. Ərizəçinin babasının adı İsaq olmuşdur. O, vəfat etmişdir, lakin nə vaxt vəfat etdiyi yadından çıxıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, ərizəçi onun sinif yoldaşı, uşaqlıq dostu və uzaq qohumudur. Ərizəçinin babasının adının İsaq olmuşdur. O, təxminən 1978-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmədə müəyyən olundu ki, X7 xx.xx.2001-ci il tarixində vəfat etmişdir və Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evinə dair texniki pasportunda texniki səhvə yol verilmişdir. Belə ki, həmin sənəddə mərhumun adı X7 əvəzinə X9 yazılmışdır. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evinə dair texniki pasportun xx.xx.2001-ci tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evinə dair texniki pasportun xx.xx.2001-ci tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2394/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2394/2025
15.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver