Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2395/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı və onun ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən və bu torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə iddia tələbi üzrə 2(003)-1817/2022 nömrəli mülki iş vardır. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı və onun ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən və bu torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası əsasında olan mülki işin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(003)-2395/2022 nömrə mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı və onun ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən və bu torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair 2(003)-1817/2022 mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2395/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2395/2022
04.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver