Məhkəmə qərarları › İş №2(003)-240/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-240/2023

12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-240/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1997ci il tarixli 80* saylı qərarına əsasən 223 saylı BTK nəzdində Zirə qəsəbəsi ərazisində yerləşən 0.09 ha ibarət 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı orderin xx.xx.1998-ci il tarixdə vəfat etmiş X14 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.19*4-cü ildə Bakı şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X2*, ana qrafasında isə X9 qeyd edilmişdir. X* xx.xx.1998-ci ildə vəfat etmişdir. Atasına məxsus ölüm haqqında şəhadətnamədə də adı X8 göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1997-ci il tarixli 80* saylı qərarına əsasən 223 saylı BTK nəzdində 0.09 ha ibarət 223 saylı bağ sahəsi X7nun istifadəsinə verilmişdir. Lakin orderdə atasının adı düzgün qeyd edilsə də, atasını adı texniki səhv olaraq X1 göstərilmişdir. Hal-hazırda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman, bildirilmişdir ki, təqdim edilən sənədlərdə ata adında uyğunsuzluq mövcuddur. Belə ki, ölüm haqqında şəhadətnamədə hüquq sahibinin adı “X20” qeyd edilsə də, orderdə “X1*” kimi göstərilmişdir. Ona sənədin şəxsə məxsus olması barədə Mülki Prosessual qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin ediməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizənin təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X2 onun atasıdır. X* xx.xx.1998-ci ildə vəfat etmişdir. Atasına məxsus ölüm haqqında şəhadətnamədə yanlışlığa yol verilmiş və adı X4 göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1997-ci il tarixli 80* saylı qərarına əsasən 223 saylı BTK nəzdində Zirə qəsəbəsi ərazisində yerləşən 0.09 ha ibarət 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı orderin X14 məxsus olmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 eyni məzmunlu ifadə verərək şahid X12 göstərdiklərini təsdiq etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 223020*28*20 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlərdə ata adında uyğunsuzluq mövcuddur. Belə ki, ölüm haqqında şəhadətnamədə hüquq sahibinin adı “X20” qeyd edilsə də, orderdə “X1*” kimi göstərilmişdir. Bundan əlavə, vərəsəlik işi üzrə vərəsələrin dairəsinin müəyyən olunması barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən “411B”saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmamış, həmçinin, tərəfinizdən göstərilən torpaq sahəsinin yarı hissəsi Abşeron rayonunun inzibati ərazisi daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin *8-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 04 may 1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan 18 saylı orderin surətindən görünür ki, 223 saylı BTK nəzdində Zirə qəsəbəsi ərazisində yerləşən 0.09 ha ibarət 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı order xx.xx.1998-ci il tarixdə vəfat etmiş X13 məxsusdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 19.05.19*1-ci ildə doğulmuşdur. X3, anası X5r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.19*4-cü ildə doğulmuşdur. X7, anası X5r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 2*.03.19*7-ci ildə doğulmuşdur. X7, anası X5r. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 80* nömrəli sərəncamın surətindən görünür ki, X10 Zirə qəsəbəsi 223 saylı BTK nəzdində 411B saylı bağ sahəsi ayrılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 80* nömrəli sərəncamına əsasən X10 Zirə qəsəbəsi 223 saylı BTK nəzdində 411B saylı bağ sahəsi ayrılmışdır. Lakin həmin sənəddə “Əlipaşa” əvəzinə “Əli Pənah qeyd edilmişdir. Ərizəçi həmin nöqsanın düzəldilməsi ilə bağlı aidiyyəti üzrə inzibati oraqna müraciət etmiş, lakin düzəliş edilməsindən imtian edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1997-ci il tarixli 80* saylı qərarına əsasən 223 saylı BTK nəzdində Zirə qəsəbəsi ərazisində yerləşən 0.09 ha ibarət 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı orderin– X14 məxsus olması faktı edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 21*-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi 223 saylı bağ sahəsinə dair verilmiş 18 saylı orderin – X14 məxsus olması faktı edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar