Məhkəmə qərarları › İş №2(003)-240/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-240/2025

04.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-240/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş anası X3 miras qalmış ünvan 1 ünvanından mirasın 1/5 hissəsinin birinci dərəcə vərəsə kimi qanun üzrə tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək anası X1 miras qalmış ünvan 1 ünvanındam mirasın 1/3 hissəsinin birinci dərəcə vərəsə kimi qanun üzrə tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, anası X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Anasının vəfatından sonra miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etsə də, notariat ofisi ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. DƏDRX-nin 1 saylı ərazi idarəsi bildirmişdir ki, qeyd olunan əmlaka onun vərəsəlik hüququnun tanınacağı halda mülkiyyət sənədləri verilə bilər. Bacısı və qardaşları X23, X32 və X33 mirasın onun tərəfindən qəbul edilməsinə və anasından qalmış miras əmlakın adına keçirilməsinə etiraz etmirlər. X42 1968-ci ildə vəfat etmişdir. O hesab edir ki, sözügedən torpaq sahəsinin X42 oğluna məxsus 1/3 hissəsi anası Məmmədova Balacaxanıma vərəsəliklə keçib. Anası babasının vəfatından əvvəl, 1950-ci ildən həmin evdən gəlin köçmüş və orada yaşamamışdır. O özü isə bu evdə heç vaxt yaşamamışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə AR-nın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan İddiaçı doğum haqqında şəhadətnaməsindən görünür ki, atası X16,anası X4r. İş materiallarında olan X2 doğum haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.1930-cu ildə anadan olmuşdur.X7r. İş materiallarına əlavə olunmuş Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 87,17 kv.m sahəsində əmlakın 1/27 hissəsi X12, 5/27 hissəsi X8, 1/3 hissəsi X24,1/3 hissəsi X15,1/27 hissəsi X6, 1/27 hissəsi X9, 1/27 hissəsi X10 məxsusdur. İş materiallarında olan 888958 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən İddiaçı verilmiş cavab məktubundan görünür ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ötürüldüyünə görə mirasın qəbul edilməsi üçün müddətin bərpası və ya mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış xx.xx.2025-ci tarixli məktubdan görünür ki, X13, X18,X28, X25, X19, X20, X11, X34, X35 və X36 adlı şəxslər ünvan 1 ünvanında faktiki olaraq yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, “...əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən, “vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir”. Məhkəmədə müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən evin 1/3 payı X8 məxsusdur və o xx.xx.1968-ci il tarixində vəfat etmişdir.Mayılov İsmayıl əmlakdaki 1/3 pay hüququ ilə bağlı çıxarış almamışdır.X5 1950-ci ildə ailə quraraq həmin evdən köçmüşdür. Yəni, atasından qalan miras payına faktiki olaraq sahiblik etməmişdir. Eyni zamanda İddiaçı tərəfindən əmlaka sahiblik edilməmiş, əmlak idarə olunmamışdır. Mərdəkan ərazi nümayəndəliyindən alınan cavabdan da görünür ki, sözügedən ünvanda İddiaçı faktiki olaraq yaşamır. Belə çıxır ki, iddiaçı tərəfindən miras əmlakı faktiki olaraq qəbul edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi əsassız olunduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar