Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2409/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla "sənədi həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla "sənədi həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Maraqlı şəxs2 başçısının 755 saylı, xx.xx.2001-ci il tarixli sərəncamında və ünvan 1 ünvanında yerləşən mənzilə dair verilmiş orderdə olan siyahıda göstərilmiş şəxslər qismində Ərizəçi olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. Ona məxsus olan doğum haqqında şəhadətnamədə onun atasının adı X2 göstərilmişdir. Oun atasına məxsus olan ölüm haqqında şəhadətnamədə də onun atasının adı X2 qeyd edilmişdir. Onu məxsus olan bütüb hüquqmüəyyənedici sənədlərdə onun adı Ərizəçi kimi qeyd edilmişdir. ünvan 1 ünvanında yerləşən ev 12 yanvar 2002-ci il tarixli, 034023 saylı orderə əsasən onun həyat yoldaşı X8 və onun ailə üzvləri qismində ona verilmişdir. Həmin orderin verilməsinə əsas olmuş Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2001-ci il tarixli, 755 saylı sərəncamında ünvan 1 ünvanında yerləşən mənzilin “Bakqazmaş” zavodunun müdiriyyəti və həmkarlar təşkilatının birgə yığıncağının qərarının təsdiq edilməsi barədə orderdə adları qeyd edilməli şəxslər sırasında onun adı “Ərizəçi” əvəzinə “Ərizəçi Balayar qızı” kimi göstərilmişdir. Onun həyat yoldaşı X15 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşının vəfatından sonra o, ünvan 1 ünvanında yerləşən mənzili vərəsəlik qaydasında etmək üçün ünvan 2ə müraciət etmişdir. Lakin Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən ona xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən mənzilin Ərizəçi məxsus olması barədə arayış alınması zəruridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********87 saylı imtina məktubu ilə bildirilmişdir ki, müraciətə əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs2 başçısının 755 saylı, xx.xx.2001-ci il tarixli sərəncamında onun atasının adı “Balayar” (Ərizəçi Balayar qızı) kimi göstərilmişdir. Bundan sonra o, Bakı şəhəri Maraqlı şəxs2nə müraciət edərək Bakı şəhəri Maraqlı şəxs2 başçısının 755 saylı, xx.xx.2001-ci il tarixli sərəncamında atasının adının “Balayar” əvəzinə “Bəliyar” kimi qeyd edilməsi barədə müraciət etsə də, xx.xx.2024-cü il tarixli, 5-12/2-Ə-21-092/2024 saylı məktubla sərəncamda qeyd edilmiş atasının adının düzəldilməsindən imtina olunaraq onun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin faktın müəyyən edilməsinin ona evin özəlləşdirilməsi üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 755 nömrəli, 27 dekabr 2001-ci il tarixli sərəncamında aşağıdakılar qeyd olunmuşdur: X4 ailə tərkibi 6 nəfərə dəyişməklə onun özü, yoldaşı, 4 uşağı olmaqla onun ailəsinə Buzovna qəsəbəsi, 2143 məhəllə, 14 saylı evin 1-ci mərtəbəsində olan, yaşayış sahəsi 78,4 kv. m. olan 5 otaqlı, 41 saylı mənzilin verilməsi haqqında “Bakqazmaş” zavodunun müdiriyyəti və həmkarlar təşkilatının birgə yığıncağının qərarı, xx.xx.2001-ci il tarixli, 9 saylı protokolu təsdiq edilsin. Orderə daxil edilsin: X15 – özü, Ərizəçi Balayar qızı – yoldaşı, X9 – oğlu, X10 – oğlu, X13 – oğlu, X11 – oğlu. Vətəndaş Ə.A.Əliyev mənzil növbəsindən çıxarılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, məhəllə 2143, 14 saylı ev, 41 saylı mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə baxılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, məhəllə 2143, 14 saylı ev, 41 saylı mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №li forma), razılıq ərizələri və mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) məqsədəuyğundur. Müraciətə əlavə olunmuş Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 755 saylı, xx.xx.2001-ci il tarixli sərəncamında ata adı Balayar (Ərizəçi Balayar qızı) qeyd olunmuşdur. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin məzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. ИЖ seriyalı, 211528 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Zaqatala rayonunun Əliabad kəndində doğulmuşdur. X1r. AZ seriyalı, 123235 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə, 75 yaşında ölmüşdür. AZ-İ seriyalı, 457081 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, məhəllə 2143, 14 nömrəli ev, 41 nömrəli mənzilə aid olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 755 nömrəli, 27 dekabr 2001-ci il tarixli sərəncamının və 034023 nömrəli orderinin Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, məhəllə 2143, 14 nömrəli ev, 41 nömrəli mənzilə aid olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 755 nömrəli, 27 dekabr 2001-ci il tarixli sərəncamının və 034023 nömrəli orderinin Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, məhəllə 2143, 14 nömrəli ev, 41 nömrəli mənzilə aid olan Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 755 nömrəli, 27 dekabr 2001-ci il tarixli sərəncamının və 034023 nömrəli orderinin xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2409/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2409/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver