Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-242/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı İddiaçı, onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 4551.98 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu, Qala kəndində Sülh küçəsində yaşayır. Həmin ünvanda yerləşən ev onun adınadır. 28 sentyabr 2017-ci il tarixdə ******* saylı akt tərtib olunmuşdur. Cavabdeh əməkdaşları yaşadığı fərdi yaşayış evinin qaz xəttinin giriş xəttindən kəsiləcəyi üçün və “sayğıcın guya qeyri qanuni istifadə edildiyini, akt üzrə guya onun 4551 manat 98 qəpik qaz sərfiyyatına görə borcu vardır və onlar həmin sayğacı çıxarıb aparıblar. Həmin borcun hardan yaranmasını araşdırmaq üçün rayon yerli qaz idarəsinə 30 mart 2020-ci ildə dəfə müraciət etmişdir. Daha sonra o onlardan saldonu tələb etmiş, lakin ona saldonu verməmişlər. Onun faktiki olaraq borcu yoxdur. Belə ki, 2017-ci ildə uşağı xəstəxanaya aparıb qayıdanda görmüşdür ki, ona məxsus qaz sayğacı yoxdur. Sonra qaza baxan Əliyev Şahinə bu barədə məlumat vermiş və o isə ona bildirmişdir ki, satış yerindən sayğacı açılıb aparılmışdır. Səbəbini deməmişlər. Sonra o satış yerinə getmiş və ona ərizə ilə göstərildi ki, ev söküldüyünə görə sayğac onlar tətəfindən açılmışdır. O isə bildirmişdir ki, ev sökülməmiş və yerindədir. 3 gün keçdikdən sonra nümayəndə gəlmiş və ev baxmışdır. Həmin nümayəndə bildirmişdir ki, sayğaca müdaxilə etmiş olsaydı o lobaratoriyaya göndərməli olardı. Əliyev Şahin ona bildirdi ki, sayğac gələnə qədər qazı qoşub işlədə bilər. Onu aldadıb, özləri icazə verdikləri halda ondan gizli olaraq fotoşəkillər çəkib qeydiyyat aparıblar ki, guya o qazdan istifadə etmişdir. Nəhayət 2020-ci ilin mart ayında o ərizələrlə müraciət etmiş və onun evinə qaz sayğacı quraşdırılmış, üzərinə plob vurulmuş və həmin vaxtıdan da o qaz işlədə bilmir. X8 bildirmişdir ki, 4551 manat 98 qəpik ödəmə qaz verilməyəcəkdir. Daha sonra iddiaçı İddiaçı iddia tələbini artıraraq əsassız hesablanmış 6747,98 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, onun yaşadığı evə quraşdırılmış sayğac 2017-ci ildə cavabdeh Birliyin əməkdaşları tərəfindən sökülərək aparılmış, yeni sayğac isə 30.03.2020-ci il tarixdə yerləşdirilmişdir. Bundan sonra onun evinə təbii qaz verilməmişdir. Səbəbini öyrənəndə isə ona aktlar əsasında borcun yazıldığı və həmin borcun ödəniləcəyi təqdirdə qazın verilməsinin mümkün olacağı bildirilmişdir. O, 2017-ci ildə sayğac sökülüb aparıldıqdan sonra təbii qazdan istifadə etməmiş, yalnız odundan istifadə etmişdir. Təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməmiş və bu barədə tərtib edilmiş aktlarla bağlı heç vaxt məlumatı olmamış, həmin aktlar əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirmişdir ki, iddiaçı tərəfindən dəfələrlə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə olunmuş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçının abonent hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçının abonent hesabında göstərilmiş borc həmin aktlar əsasında hesablanmış borcdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 28.09.2017-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı olan İddiaçı ünvanına yerləşdirilmiş sayğac, sayğacın giriş xəttindən kəsildiyi səbəbindən çıxarılmışdır. Aktda istehlakçının imzası yoxdur. İş materiallarında olan 30.03.2020--ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı olan İddiaçı ünvanına G4 markalı ******* nömrəli sayğac yerləşdirilmişdir. Aktda istehlakçının imzası var. İş materiallarında olan 06.12.2017-ci il tarixli AKT ******* saylı, 02.01.2018-ci il tarixli AKT ******* saylı, 16.03.2018-ci il tarixli AKT ******* saylı, 20.04.2018-ci il tarixli AKT ******* saylı, 31.05.2018-ci il tarixli AKT ******* saylı, 29.06.2018-ci il tarixli AKT ******* saylı, 24.08.2018-ci il tarixli AKT ******* saylı, 24.09.2018-ci il tarixli AKT ******* saylı, 31.10.2018-ci il tarixli AKT ******* saylı, 18.02.2019-cu il tarixli AKT ******* saylı, 29.03.2019-cu il tarixli AKT ******* saylı, 30.05.2019-cu il tarixli AKT ******* saylı, 28.06.2019-cu il tarixli AKT ******* saylı, 31.07.2019-cu il tarixli AKT ******* saylı, 29.11.2019-cu il tarixli AKT ******* saylı, 30.12.2019-cu il tarixli AKT ******* saylı, 30.01.2020-ci il tarixli AKT ******* saylı, 28.02.2020-ci il tarixli AKT ******* saylı, 30.03.2020-ci il tarixli AKT ******* saylı aktların surətlərindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi halı aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən və iş üzrə İddiaçı adına olan **********00400 kodlu abonentin saldosundan görünür ki, yuxarıda qeyd olunan aktlar əsasında həmin abonent hesabına ümumilikdə 6747,98 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, sayğacdan kənar xətt vasitəsi təbii qazdan istifadə edilməsi barədə X4 adına tərtib edilmiş aktlar əsasında əsasında iddiaçının abonent hesabına ümumilikdə 4212 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halların mövcüdluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərərlər də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli onun abonent hesabına cavabdeh tərəfindən hesablanmış 6747,98 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı İddiaçının abonent hesabına (abonent kodu **********00400) hesablanmış 6747,98 manat məbləğində borc silinməli, cavabdehdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına 87,47 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00400) hesablanmış 6747,98 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 87,47 manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-242/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-242/2022
27.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver