Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2424/2021 14.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən 1944 manat ödənilməmiş hissə, 583,2 manat dəbbə pulunun, 17.04.2019-cu il tarixli müqaviləyə əsasən 202,0 manat ödənilməmiş hissə və 63,0 manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən 239,0 manat ödənilməmiş hissə, 74,4 manat dəbbə pulunun, ümumilikdə 3105,6 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 24.10.2019-cu, 17.04.2019-cu və 02.09.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh, X5 komputer, Microsoft Windows 10 komputer, Antivirus Kaspersky KİS Renewall Card, İMEİ kod **********55452 Xiaomi 8 Lite və İMEİ kod **********38958 Samsung galaxy A10 markalı telefonlar almış, həmin müqavilələr üzrə cəmi 1774 manat ödəniş etmiş və nəticədə 3105,6 manat borcu yaranmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçı tərəfindən hesablanmış dəbbə pulunun azaldılmasını xahiş etdi. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2019-cu il tarixli, 01001778 saylı müqavilədən aydın olur ki, “X5 komputer, Microsoft Windows 10 komputer, Antivirus Kaspersky KİS Renewall Card üçün 355,0 manat ilkin ödəniş edilməklə, hər ay nağd qaydada 216 manat ödəməklə, 12 ay müddətinə, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 24.10.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh X5 komputer, Microsoft Windows 10 komputer, Antivirus Kaspersky KİS Renewall Card tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.10.2019-cu il tarixli müqavilə üzrə 30.11.2019-cu il tarixdən 31.10.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 216,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.04.2019-cu il tarixli, 00617771 saylı müqavilədən aydın olur ki, Xiaomi 8 Lite markalı telefon üçün hər ay nağd qaydada 70,0 manat ödəməklə, 12 ay müddətinə Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 17.04.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh Xiaomi 8 Lite markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17.04.2019-cu il tarixli müqavilə üzrə 15.05.2019-cu il tarixdən 15.04.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 70,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 02.09.2019-cu il tarixli, 00884603 saylı müqavilədən aydın olur ki, “Samsung Galaxy A10” markalı telefon üçün hər ay nağd qaydada 31,0 manat ödəməklə, 12 ay müddətinə, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 02.09.2019-cu il tarixli təhvil-təslim aktndan görünür ki, Cavabdeh “Samsung Galaxy A10” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.09.2019-cu il tarixli müqavilə üzrə 05.10.2019-cu il tarixdən 05.09.2020-ci il tarixədək İddiaçı MMC–yə hər ay 31,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 24.10.2019-cu il tarixli müqavilə üzrə 1944 manat ödənilməmiş hissə, 583,2 manat dəbbə pulu olmaqla, cəmi 2527,2 manat, 17.04.2019-cu il tarixli müqavilə üzrə 202 manat ödənilməmiş hissə və 63 manat dəbbə pulu olmaqla, cəmi 265 manat, 02.09.2019-cu il tarixli müqavilə üzrə 239 manat ödənilməmiş hissə, 74,4 manat dəbbə pulu olmaqla, cəmi 313,4 manat, ümumilikdə 3105,6 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış məktubdan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən sonuncu müxtəlif əşyalar almış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun həmin müqavilələr üzrə əsas və dəbbə pulu qismində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin müqavilələr üzrə yaranmış əsas borca görə ödənilməmiş 24.10.2019-cu il tarixli müqavilə üzrə 1944 manat, 17.04.2019-cu il tarixli müqavilə üzrə 202 manat və 02.09.2019-cu il tarixli müqavilə üzrə 239 manat məbləğlərində borcun tutulmasında dair iddia tələbi əsaslıdır və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 24.10.2019-cu il tarixli müqavilə üzrə 1944 manat məbləğində əsas borca münasibətdə 583,2 manat dəbbə pulu, 17.04.2019-cu il tarixli müqavilə üzrə 202 manat məbləğində əsas borca münasibətdə 63 manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqavilə üzrə 239 manat məbləğində borca münasibətdə 74,4 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 24.10.2019-cu il tarixli müqavilə üzrə 20,0 manat, 17.04.2019-cu il tarixli müqavilə üzrə 5,0 manat və 02.09.2019-cu il tarixli müqavilə üzrə 10,0 manat məbləğlərində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 5 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.10.2019-cu il tarixli, 01001778 saylı müqavilə üzrə 1944,0 manat əsas borc və 20,0 manat dəbbə, 17.04.2019cu il tarixli, 00617771 saylı müqavilə üzrə 202,0 manat əsas borc və 5,0 manat dəbbə pulu, 02.09.2019-cu il tarixli 00884603 saylı müqavilə üzrə 239,0 manat əsas borc və 10,0 manat dəbbə, cəmi 2420,0 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 25,0 manat, ümumilikdə 2445 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 5 (beş) manatı iddiaçı «xxxx» MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 5583, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.10.2019-cu il tarixli, 01001778 saylı müqavilə üzrə 1944,0 manat əsas borc və 20,0 manat dəbbə pulu, 17.04.2019-cu il tarixli, 00617771 saylı müqavilə üzrə 202,0 manat əsas borc və 5,0 manat dəbbə pulu və 02.09.2019-cu il tarixli,0 00884603 saylı müqavilə üzrə 239,0 manat əsas borc və 10 manat dəbbə, cəmi 2420 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 25 manat, ümumilikdə 2445,0 (iki min dörd yüz qırx beş) manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 5 (beş) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2424/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2424/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver