Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2425/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə 09.03.2020-ci il və 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV, PlayStation 4 almış və nəticədə 3620.6 (üç min altı yüz iyirmi, altmış qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1904.4 (min doqquz yüz dörd, qırx qəp) manat (78 ay x 105.8 manat £ Ü manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 2176.4 (iki min yüz yetmiş altı, qırx qəp) manat olmaqla ondan, 1798.4 (min yeddi yüz doxsan səkkiz, qırx qəp) manat ödənilməmiş hissə, 378 ziç yüz yetmiş səkkiz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7734 (min yüz otuz dörd) manat, PlayStation 4 üçün ümumilikdə, 1444.2 (min dörd yüz qırx dörd, iyirmi qəp) manat olmaqla ondan, 1134 (miz yüz otuz dörd) manat ödənilməmiş hissə, 310,20 manat dəbbə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 106 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.03.2020-ci il tarixli, 20161361 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 1904,40 manat olan Samung LED TV markalı televizor satmışdır. 29.05.2020-ci il tarixli, 20316598 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh ümumi dəyəri 1134 manat olan Playstation satmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09.03.2020-ci il tarixli müqavilə üzrə 1798,40 manat ödənilməmiş əsas, 378 manat cərimə ödəməlidir. 29.05.2020-ci il tarixli müqavilə üzrə 1134 manat ödənilməmiş əsas, 310,20 manat cərimə ödəməlidir. Hər iki müqavilə üzrə ümumilikdə 2932,40 manat ödənilməmiş əsas, 688,20 manat cərimə borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 16.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 12.08.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09.03.2020-ci və 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən o, Samung LED TV markalı televizor Playstation almışdır. Cavabdeh hər iki müqavilə üzrə borcundan cəmi 106 manat ödəniş etmişdir. O, hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilələrin şərtlərini pozmuş, nəticədə cavabdehin hər iki müqavilələr üzrə ümumilikdə 3620,60 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, Cavabdeh 09.03.2020-ci il tarixli müqaviləyə əsasən Samung LED TV markalı televizor üçün 1798,40 manat manat ödənilməmiş hissə, 378 manat dəbbə pulu borcu və 29.05.2020-ci il tarixli müqaviləyə əsasən Playstation üçün 1134 manat ödənilməmiş hissə, 310,20 manat dəbbə pulu borcu ümumilikdə hər iki müqavilə üzrə ümumilikdə 3620,60 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3650,60 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 21.04.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia təmin edilsin. Cavabdeh 09.03.2020-ci il tarixli müqaviləyə əsasən Samung LED TV markalı televizor üçün 1798,40 manat manat ödənilməmiş hissə, 378 manat dəbbə pulu borcu və 29.05.2020-ci il tarixli müqaviləyə əsasən Playstation üçün 1134 manat ödənilməmiş hissə, 310,20 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3620,60 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3650,60 (üç min altı yüz əlli manat 60 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağiyev
Məhkəmə qərarları › İş №2(003)-2425/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2425/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver