Məhkəmə qərarları › İş №2(003)-2426/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2426/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2426/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********09028 iPhone 11 markalı telefon üçün , 1744 manat ödənilməmiş hissə, 522 manat dəbbə, 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, CASİO MTP saat üçün 38.6 manat ödənilməmiş hissə, 11.7 manat dəbbə; 14.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********78361 Sony Xperia L3 markalı telefon üçün 244 manat ödənilməmiş hissə, 73.5 manat dəbbə; 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HP kompüter, Bag 2E çanta, Mouse 2E aksesuar üçün 513 manat ödənilməmiş hissə, 153.9 manat dəbbə; 23.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 517.2 manat ödənilməmiş hissə, 89.1 manat dəbbə; ümumilikdə 3907 manat borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə və müqavilənin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatını onunla əsaslandırmışdır ki, 23.01.2020ci il, 20.06.2019-cu il, 14.09.2019-cu il, 13.12.2019-cu il və 23.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********09028 iPhone 11 markalı telefon, CASİO MTP saat, İMEİ kod **********78361 Sony Xperia L3 markalı telefon, HP kompüter, Bag 2E çanta, Mouse 2E aksesuar, LG LED TV almış və nəticədə 3907 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2320.8 manat (12 ay x 174.4 manat + 228 manat ilkin ödəniş) İMEİ kod **********09028 iPhone 11 markalı telefon üçün ümumilikdə, 2266 manat olmaqla ondan, 1744 manat ödənilməmiş hissə, 522 manat dəbbə; 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 156 manat (12 ay x 13 manat + 0 manat ilkin ödəniş) CASİO MTP saat üçün ümumilikdə, 50.3 manat olmaqla ondan, 38.6 manat ödənilməmiş hissə, 11.7 manat dəbbə; 14.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 590 manat (12 ay x 49 manat + 2 manat ilkin ödəniş) İMEİ kod **********78361 Sony Xperia L3 markalı telefon üçün ümumilikdə, 317.5 manat olmaqla ondan, 244 (ikiyüz qırx dörd) manat ödənilməmiş hissə, 73.5 (yetmiş üç, əlli qəp) manat dəbbə; 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 686 manat (12 ay x 57 manat + 2 manat ilkin ödəniş) HP kompüter, Bag 2E çanta, Mouse 2E aksesuar üçün ümumilikdə, 666.9 manat olmaqla ondan, 513 manat ödənilməmiş hissə, 153.9 manat dəbbə; 23.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 631.2 manat (18 ay x 33.4 manat + 30 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 606.3 manat olmaqla ondan, 517.2 manat ödənilməmiş hissə, 89.1 manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 1327.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlambsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Göstərilənləri nəzərə alaraq, 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********09028 iPhone 11 markalı telefon üçün, 1744 manat ödənilməmiş hissə, 522 manat dəbbə, 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, CASİO MTP saat üçün 38.6 manat ödənilməmiş hissə, 11.7 manat dəbbə; 14.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********78361 Sony Xperia L3 markalı telefon üçün 244 manat ödənilməmiş hissə, 73.5 manat dəbbə; 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HP kompüter , Bag 2E çanta , Mouse 2E aksesuar üçün 513 manat ödənilməmiş hissə, 153.9 manat dəbbə; 23.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 517.2 manat ödənilməmiş hissə, 89.1 manat dəbbə; ümumilikdə 3907 manat manat borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə və müqavilənin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 23.01.2020ci il, 20.06.2019-cu il, 14.09.2019-cu il, 13.12.2019-cu il və 23.04.2020-ci il müqavilələrdən görünür ki, Cavabdeh «xxxx» MMC-dən İMEİ kod **********09028 iPhone 11 markalı telefon, CASİO MTP saat, İMEİ kod **********78361 Sony Xperia L3 markalı telefon, HP kompüter, Bag 2E çanta, Mouse 2E aksesuar, LG LED TV götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh 09.12.2020-ci il tarixli xəbərdarlıq göndərilmiş, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş 05 may 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 3056.8 manat ödənilməmiş hissə, 850.2 manat dəbbə pulu, ümumilikdə 3907 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı «xxxx» MMC-yə 3056.8 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İddia tələbindən, görünür ki, Cavabdeh gün üçün gecikdirilmiş məbləğin 1 %-i miqdarında hesablanmış 850.2 manat dəbbə pulu tələb olunur. Məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun cəmi 3056.8 manat olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən müqavilələrə əsasən 90 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 25 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, Cavabdeh 3056.8 manat ödənilməmiş borc, 90 manat dəbbə pulu olmaqla, cəmi 3146.8 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 25 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3056.8 (üç min əlli altı manat səksən qəpik) manat ödənilməmiş borc, 90 (doxsan) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti alınıb «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar