Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-243/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının vəkili X5 Cavabdeh, Üçüncü şəxs X12 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh (üçüncü şəxslər X20, X18, X16 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı müqavilələrin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxslər X21, X18, X16 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 139.1.1.7-ci, “X19” Azərbaycan Resublikasının Qanununun 9 və 10-cu maddələrinə əsasən fəaliyyəti dayandırılmış Bağlar təsərrüfatı və İctimai Biriyinin 34720, 29661 və 38858 saylı müqavilələrinin, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Reyestr Xidməti tərəfindən qanunsuz verilmiş 0053664, ******* və ******* saylı çıxarışların və bu müqaviləyə əsasən Cavabdeh verilmiş ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyə Komitəsinin 10/580 saylı, 25 oktyabr 1988-ci il tarixli sərancamı ilə onlara X1 üzvlərinə 3.6 hektar torpaq sahəsi ayrılmışdır. AR Prezidentinin 1997-ci il tarixli, 543 saylı fərmanından və “X19” qanunun qüvvəyə minməsindən sonra ona məxsus olan torpaq sahəsini DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qeydiyyata alınması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, Reyestr Xidməti qanuni əsasla onlara məxsus olan 0.36 ha torpaq sahəsinin hər biri 0.12 ha olmaqla X12, X9 və X7 adına qanuniləşdirmiş, sonra həmin şəxslər torpaq sahəsini bir nəfərə, Cavabdeh satmışdır. Bu halda Reyestr Xidməti artıq ona verilmiş torpaq sahəsinə aid digər fiziki şəxslərin adına çıxarış vermiş, artıq mülkiyyətdə olan torpaq sahəsini özgəninkiləşdirmişdir. Qanun pozuntuları, özbaşınalıq göz qabağındadır və Reyestr Xidməti əlindəki təkzib olunmaz sənədlərə əsasən bu torpaq sahəsinin digər şəxslərə mənsub bildiyi halda, yenə bu pozuntuya yol vermişdir. Belə ki, 2003-cü ildə Prezidentin verdiyi fərman əsasında Bakı şəhəri İcra hakimiyyətinin Bağlar İdarəsi ləğv edilmiş və buradakı arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə köçürülmüşdür. Yəni DƏDRX bunları yaxşı bilmiş və qanun pozuntusuna bilərəkdən yol verilmişdir. Sonra artıq mövcud olmayan qurumun saxta və əsassız (ona görə ki, bu torpaq sahəsi artıq Bakı şəhər İcrayə Komitəsinin sərancamı ilə onların kollektivi üçün ayrılmışdır) müqaviləyə əsasən digər şəxslər çıxarış almağa nail olmuşlar. Beləliklə faktiki olaraq onlara, eyni zamanda ona məxsus olan torpaq sahəsini qanunsuz ələ keçirmişlər. Məhkəmə iclasında iddiaçının vəkili X13 izahatında bildirdi ki, iş üzrə üçüncü şəxslərə verilmiş bağ sahəsi əvvəllər iddiaçıya ayrılmışdır. Sonradan isə həmin bağ sahəsi qanunsuz olaraq üçüncü şəxslər X20, X18, X7 adına rəsmiləşdirilmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək bildirdi ki, o, bağ sahəsini X10, X8 və X6 almışdır. Bağ sahəsinə dair onların müvafiq sənədləri olmuşdur. Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə iclasında üçüncü şəxs X12 nümayəndəsi və vəkili Vəkil iddia tələbini əsassız hesab edərək izahatında bildirdi ki, iddiaçıya hansı ölçüdə torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinin harada yerləşməsi barədə hər hansı bir sənəd mövcüd deyil. İddiaçıya torpaq sahəsi verildiyi təqdirdə həmin torpaq sahəsinin üçüncü şəxslərə verilmiş torpaq sahəsi ilə əlaqəli olması barədə də hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Odur ki, hesab edir ki, iş üzrə üçüncü şəxslərə verilmiş torpaq sahəsilə bağlı iddia irəli sürməyə iddiaçının subyektiv hüququ da yoxdur. Həmçinin qeyd etdi ki, müqavilələrin etibarsız hesab edilməsi barədə iddia irəli sürülməsi üçün iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddətdə ötürülmüşdür. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər X18, X16 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş Bakı şəhər X15 İcraiyyə Komitəsinin 10/580 saylı xx.xx.1988-ci il tarixli qərarının surətindən görünür ki, bağçılıq birliyinin yaradılması məqsədilə dövlət fondunda olan Əzizbəyov rayonu ərazisində torpaq sahələrindən “Bakı TEÇ-İ (Bakı İEM-1) “Qırmızı Ulduz””un 61 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan “Bakı İEM-1 “Qırmızı Ulduz” X1 ümumi yığıncağının xx.xx.1988-ci il tarixli protokolunun surətindən görünür ki, həmin yığıncaqda 61 nəfər üzvü olan X1, 10 nəfər şəxsin Birliyin rəyasət heyətinə üzv seçilməsi və digər şəxslərin Birlikdə müxtəlif vəzifələrə təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan bağ-bostan sahəsinin əldə etmələrinin istəmələrinə dair xx.xx.1988-ci il tarixli Bakı İEM-1 “Qırmızı Ulduz” X1 işçilərinin siyahısının surətindən görünür ki, həmin siyahıda İddiaçı Abülfəz oğlu da mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 inkişafı və istismarı Birliyinin Şüvəlan ərazisindəki 4107d nömrəli bağın istifadəyə verilməsi haqqında 38858 saylı xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi ərazisində 0,12 hektar torpaq sahəsi olan 4107d nömrəli bağ X7 istifadəsinə verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 (0.12 ha torpaq sahəsi) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 inkişafı və istismarı Birliyinin Şüvəlan ərazisindəki 4107b nömrəli bağın istifadəyə verilməsi haqqında 34720 saylı xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi ərazisində 0,12 hektar torpaq sahəsi olan 4107b nömrəli bağ X9 istifadəsinə verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 (0.12 ha torpaq sahəsi) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 inkişafı və istismarı Birliyinin Şüvəlan ərazisindəki 4137 nömrəli bağın istifadəyə verilməsi haqqında 29661 saylı xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi ərazisində 0,12 hektar torpaq sahəsi olan 4137 nömrəli bağ X12 istiadəsinə verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 (0.12 ha torpaq sahəsi) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə X12 adına qeydiyyata alınmışdır. İş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********17 nömrəli məktubundan görünür ki, X11 verilmiş xx.xx.2010-cu il tarixli ******* nömrəli, X14 verilmiş xx.xx.2010-cu il tarixli ******* nömrəli, X17 verilmiş xx.xx.2010-cu il tarixli ******* nömrəli çıxarışların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 inkişafı və istismarı Birliyinin Şüvəlan ərazisindəki 4107d nömrəli bağın istifadəyə verilməsi haqqında 38858 saylı xx.xx.2006-cı il tarixli müqavilə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 inkişafı və istismarı Birliyinin Şüvəlan ərazisindəki 4107b nömrəli bağın istifadəyə verilməsi haqqında 34720 saylı xx.xx.2006-cı il tarixli müqavilə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 inkişafı və istismarı Birliyinin Şüvəlan ərazisindəki 4137 nömrəli bağın istifadəyə verilməsi haqqında 29661 saylı xx.xx.2006-cı il tarixli müqavilə, torpaq sahələrinin yerləşmə yerinə dair sxemlər və müvafiq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüləri olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********91 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X3 İnkişafı və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli protokola əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli 233 N-li sərəncamına əsasən rəsmi-notariat qaydada verilmiş ərizələr əsasında Şüvəlandakı 4107b N-li bağ X9, 4107d N-li bağ X7 və 4137 N-li bağ X12 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubundan görünür ki, Bakı İEM-1 “Qırmızı Ulduz” bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı adına Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası) İdarənin arxivində aşkar edilməmişdir. Birliyin üzvlərinin arxiv qovluğunda mövcud olan siyahıda İddiaçıA sex rəisi (siyahıda olduğu kimi) adı göstərilmişdir. Həmin siyahıda qeyd edilən vətəndaşların adı, ata adı, təvəllüdü, bağ sahəsinin nömrəsi və ölüçüsü göstərilməmişdir. İş materiallarında olan satıcılar X20, X18 və X16 ilə alıcı Cavabdeh arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Rauf Hüseynova verilmiş 11/11366 nömrəli arayışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsini 10000 manata, xx.xx.2010-cu il tarixdə Yaqub Hüseynova verilmiş 11/11365 nömrəli arayışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsini 10000 manata və xx.xx.2010-cu il tarixdə Ülviyyə Həsənovaya verilmiş 11/11369 nömrəli arayışa əsasən ona məxsus olan ünvan 3 ünvanda yerləşən 0,12 hektar torpaq sahəsini 10000 manata alıcının mülkiyyətinə vermişlər. İş materiallarında olan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 4107B saylı bağ sahəsi Cavabdeh məxsusdur. Torpaq sahəsinin ölçüsü 0.36 hektardır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-991/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) “hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə məhkəmə tikinti-ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı Abülfəz oğlunun iddia etdiyi bağ sahəsinin Bakı Şəhər XDS İKnın 10/580 saylı 15 oktyabr 1988-ci il tarixli qərarı ilə Bakı İEM-ə bağçılıq-bostançılıq üçün ayrılmış ərazi hüdudlarında yerləşməsi, eləcə də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh və ya dagər şəxsin mülkiyyəti kimi qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, vahid elektron kadastr bazasına əsasən sözügedən torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********99). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən, “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış”. Həmin Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “X19” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçı, X4 və istismarı Birliyi ilə iş üzrə üçüncü şəxslər arasında bağlanmış 34720, 29661 və 38858 saylı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilələr əsasında üçüncü şəxslərin istifadəsinə verilmiş Əzizbəyov (hazırda Xəzər) rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən və hər biri 0,12 hektar olan 4107d nömrəli, 4107b və 4137 nömrəli bağ sahələrinin ona verilməsi barədə müvafiq hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyindən və işin araşdırılmış halları ilə də müəyyən edilmədiyindən hesab edir ki, həmin bağ sahələrinə dair müqavilələrin, həmçinin iş üzrə cavabehlə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, bağ-bostan sahəsinin əldə etmələrinin istəmələrinə dair xx.xx.1988-ci il tarixli Bakı İEM-1 “Qırmızı Ulduz” X1 işçilərinin siyahısında iddiaçının adı olsa da, ona məhz iş üzrə üçüncü şəxslərə verilmiş, sonradan isə onlar tərəfindən cavabdehə satılmış bağ sahələrinin verilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının X4 və istismarı Birliyi ilə iş üzrə üçüncü şəxslər arasında bağlanmış 34720, 29661 və 38858 saylı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə iddia tələbinin digər, yəni AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Reyestr Xidməti tərəfindən qanunsuz verilmiş 0053664, ******* və ******* saylı çıxarışların və bu müqaviləyə əsasən Cavabdeh verilmiş ******* saylı çıxarışın ləğv edilməsi barədə hissələrinin əsasını X4 və istismarı Birliyi ilə iş üzrə üçüncü şəxslər arasında bağlanmış 34720, 29661 və 38858 saylı müqavilələr təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh (üçüncü şəxslər X20, X18, X16 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 139.1.1.7-ci, “X19” Azərbaycan Resublikasının Qanununun 9 və 10-cu maddələrinə əsasən fəaliyyəti dayandırılmış Bağlar təsərrüfatı və İctimai Biriyinin 34720, 29661 və 38858 saylı müqavilələrinin, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Reyestr Xidməti tərəfindən qanunsuz verilmiş 0053664, ******* və ******* saylı çıxarışların və bu müqaviləyə əsasən Cavabdeh verilmiş ******* saylı çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-243/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-243/2023
06.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver