Məhkəmə qərarları › İş №2(003)-2436/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2436/2024

29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2436/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərqaz İB nin Bakı Regional Qazın Satışı Departamentinin Qərarının ləğv edilməsi, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Zığ qəsəbəsi Maqomayev küçəsi 5 saylı evə qaz istehlakı ilə əlaqədar olaraq onun adına yazılmış 2073,0 (iki min yetmiş üç ) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış və həmin daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2021-ci il tarixində **********58 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmin ünvanda fərdi yaşayış evi tikmişdir . xx.xx.2021-ci ildə yeni tikilmiş evinə qaz sayğacı quraşdırılmış və o zaman evdə təmir işləri aparıldığından qaz sərfiyyatı az olmuşdur. 2023-cü ilin yay ayından o, ailəsi ilə birlikdə yeni tikdiyi evə köçmüşdür. Onunla Cavabdeh1 İstehsalta Birliyi arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Maqomayev küçəsi 5 saylı evə “Mexaniki ” tipli Qaz sayğacı quraşdırılmışdır. Həmin sayğacdan 3 ildən çoxdur ki, heç bir problem olmadan istifadə etmiş və qaz sayğacı üzrə təqdim olunmuş bildirişə əsasən ödəniş etməklə istifadə etmişdir. xx.xx.2023-cü ildə gecə saat 23:40 radələrində həyətə giriş darvazasının qarşısında səs gəldiyi üçün , darvazaya yaxınlaşmış və həmin vaxtı Azərqaz İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşlarının olduğunu görmüş və nə üçün gəldiklərini soruşduqda , güya onun sayğacına müdaxilə olduğunu bildirmişlər. Həmin vaxtı iddiaçı araşdırmanın gecə yox, gündüz vaxtı aprılmasını bildirməklə, onların qanunsuz və ona məlumat vermədən araşdırma aparılmasına etiraz etmişdir. Departamentin əməkdaşları ,qaz sayğacında hər hansı bir nöqsan aşakr etməmişlər. xx.xx.2023-cü ildə səhər saatlarında Bakı şəhəri Xəzrə rayon Qaz İstismarı idarəsindin bir neçə əməkdaşı onun evinə quraşdırılmış qaz sayğacına təkrar baxış keçirmişlər və heç bir nöqsan aşkar etməmişlər. Lakin , 2024-cü ilin yanvar ayının əvvəllərində onun qaz sərfiyyatı barədə ödəniş bildirişi gəlmiş və həmin vaxtı ona məlum olmuşdur ki , 2073 (iki min yetmiş üç ) manat borc ( cərimə) yazılıb. Ona görə də o, xx.xx.2024-cü il tarixində ərizə yazaraq onun sayğacına yazılmış əsasız borcun silinməsini xahiş etmiş və Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Natiq Qəmbərovun imzası ilə daixil olmuş 14-2-4/2-M-6xx-xx/2024 saylı 19.-2.2024-cü il tarixli cavab məktubu göndərmişdir. Həmin məktubda göstərilmişdir ki, müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsiind yerləşən istehlakçı kodu İddiaçı adına olan mənzildə sayğacda kənar təbii qazdan istifadə olunması aşkar olunaraq bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib edilərək 2073,60 manat dəymiş ziyan hesablanmışdır. Onun evinə quraşdırılmış Qaz Sayğacı həyətinə giriş darvazasında quraşdırılıb. Darvaza ilə evin arasında xeyli məsafə vardır və ona görə idiaçının qaz xəttinə və qaz sayğacına müdaxilə etməyi mümkün deyildir. Həmin vaxtı o aylar üzrə sayğac sərfiyyatı barədə Arayışa baxmağı təklif etmiş və məlum olmuşdur ki, onun evinə qaz sərfiyyatı aylar üzrə stabildir və hər hansı müdaxilədən söhbət gedə bilməz. Ona görə hesab edir ki, ona yazılmış cərimə əsasızdır və o, heç vaxt və hər hansı bir formada qaz sayğacıa müdaxilə etməmişdir. Ona qaz sayğacına görə yazılmış cərimə əsasızdır və silinməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İB tərəfindən ona hesablanmış 2073,6 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, heç vaxt sayğacdan kənar qaz xətdindən istifdə etməmişdir. İstifadə etdiyi təbii qaza görə hər ay borcunu ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X3 iddianı qəbul etməmiş və iddiaya qarşı yazılı etirazla müraciət edərək, göstərmişdir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiasının tam əsassız olduğunu bildirdi və bu səbəbdən də iddia təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan qanunsuz istifadə etməklə Cavabdeh1 İsatehsalat Birliyinə 2073,60 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən 2023-cü ilin oktyabr ayında iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni olaraq istifadə edərək Cavabdeh1nə 2073,60 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Akta əsasən istehlakçıya 2073 manat 60 qəpik borc hesablanmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı sayğacdan kənar əlavə xətt vasitəsilə təbil qazdan istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 2073,60 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2073,6 (17280 m3 x 0,12 manat = 2073,6 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh1 İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı aid **********03665 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 17280 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********03665 sayla qeydiyyata alınmış abonent koduna 2023-cü ilin oktyabr ayında 2073,6 manat məbləğində akt üzrə borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2021-ci il tarixində **********58 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-trassoloji ekspertizasının 3-16-16/2-3/1094 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı məxsus Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz(qaynaq izi) və əlavə xətt aşkar edilmədi. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110,0 manat məbləğində təşkil edir. Məhkəmə aşağıda qeyd ediləcək maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1ndə **********03665 saylı abonə kodu olan təbii qazdan istifadə edir. Cavabdehin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə sayğacdan kənar qeyri-qanuni istifadə etməsi ilə bağlı ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2073,6 (17280 m3 x 0,12 manat = 2073,6 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçı saldo üzrə 2073,6 manat borcun silinməsini xahiş edir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür və qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bundan başqa iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-trassoloji ekspertizasının 3-16-16/2-3/1094 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz(qaynaq izi) və əlavə xətt aşkar edilməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya əsassız olaraq hesablanmış 2073,6 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddiaçıdan etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçıdan tələb edilən 2073,6 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Cavabdeh tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, cavabdeh tərəfindən iddiada qeyd edilən və iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçıdan tələb edilməsi ağlabatan deyildir. Məhkəmə həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt lar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir. Bundan başqa iş materiallarında olan Saldodan görünür ki, abonent 2021-ci ildən halhazıradək istifadə etdiyi təbii qaza görə aralıqsız ödənişlər etmişdir. Göründüyü kimi, 2021-ci ildən hal-hazıradək qeyd olunan ünvanda təbi qazın sərfiyyatına görə təqribən bir-birinə yaxın ödənişlər edilmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 2073,6 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 40,74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 110,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 110,0 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh1 tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus Bakı şəhəri Xəzər rayonu Zığ qəsəbəsi Maqomayev küçəsi 5 saylı evə məxsus abonent kodu **********03665 (İddiaçı) olan sayğaca hesablanmış 2073,6 manat məbləğində borc silinməli, 40,74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********03665 olan sayğac) hesablanmış 2073,6 manat məbləğində borc silinsin. Cavabdeh1ndən 40,74 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 110,0 manat Cavabdeh1ndən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar