Məhkəmə qərarları › İş №2(003)-2446/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2446/2024

17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2446/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 134.5 kv/m, 05 otaqlı olan torpaq sahəsindan ibarət olan xx.xx.2024-cü il tarixli, 2V-14 reyestr nömrəsi ilə qeydiyyatı aparılmış Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırlar ki, o və cavabdeh olan anası Cavabdeh1 Əğdər qızı Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 12 unanında qeydiyyatda olmaqla yaşamışıq. Mərhum atası anası X6 mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 12 fərdi yaşayış evi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsinin xx.xx.1999-ci il tarixli Qeydiyyat Vəsiqəsi əsasında mülkiyyətində olmuşdur. X3 xx.xx.2022-ci il tarixdə vəlat etmişdir. Atası öldükdən sonra vərəsəliyə dair muraciət olunmuş və muvafiq ərizə işə əlavə edilmişdir. Cavabdeh Bakı şəhəri 07 saylı Notariat Ofisinə 03 may 2024-cü il tarixdə yenidən müraciət edildikdə artıq həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 12-yə dair Cavabdeh1 Əidər qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və həmin şəhadətnamə verildiyindən ona vərəsəlik huququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Əlavə edilən sənədlərdən də göründüyu kimi vərəsələrin dairəsinə dair elektron çıxarış işdə olmuş və cavabdehlər digər vərəsələri bildiyi halda gizlətmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı həmin evdə böyüyüb və həmin ünvanda yaşayıb, yəni əmlakı faktiki olaraq qəbul edib. İddiaçı sadəcə özünə düşəsi payı istəyir, cavabdehin payının olmasını qəbul edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin video müraciət vasitəsi ilə məhkəməyə müraciət edərək, yeriyə bilmədiyini və bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirdi. Bundan başqa bildirdi ki, iddiaçı onun oğludur. İddiaçıdan başqa daha iki oğlu var. Mərhum əri Bəhman üçün ayrıca ev almışdır və Bəhman həmin evdə yaşayır. Mübahisəli ünvanda isə o digər oğulları və onların ailələri ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, iddiaçı onun bibisi oğludur, cavabdeh isə bibisidir. Hamısı subay vaxtı bir evdə yaşayıblar. Bəhman 5-6 il əvvəl evlənib və 2 övladı var. Ailəsi ilə birgə Mərdəkanda yaşayır. Bəhman hava limanında işləyirdi, hazırda iş üçün Almaniyaya gedib gəlir. Məmmədağa Nəcəfov 2022-ci ildə rəhmətə gedib, o vaxtdan həmin evdə Cavabdeh1 oğlu Lətif ilə yaşayıb və Lətifin başqa evi yoxdur. Mehman 10 ildən çoxdur orada yaşamır. Bəhmann xaricdə işləyib anasına pul göndərirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirdi ki, iddiaçı onun iş yoldaşı olub. Bəhman 2011-2017-ci illərdə hava limanında işləyirdi, hazırda xaricə gedib gəlir. Həmin evə gedib gəlib və orada Bəhmandan başqa Mehmanı görüb, Lətifinin isə cəzaçəkmə müəsisəsində olduğunu bilirdi. Məhkəmə iştirak edən tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələnin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı X3, anası Cavabdeh1dır. İş materiallarında olan ölüm haqqında arayışın surətindən görünür ki, X10 xx.xx.2022-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsinin xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinin sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mülkiyyətində. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat ofisinin məktubundan görünür ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar arvadı Cavabdeh1 Əldər qızının ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmış və ona yeganə vərəsə kimi pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə ünvan 6 unvanında yerləşən fərdi yaşayış evınə dair Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X5 12.071972-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 240 nömrə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Nəcəfov”, arvada “Nəcəfova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli, 2V-387 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X13 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan arvadı NƏCƏFOVA XİRDAXANİM ƏVDƏR QİZİ (AA*******, xx.xx.2022- Asan 5, FİN:3UASVE3, d/t:xx.xx.1951) və o miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Mommunal Təsərrüfatı Departamentinin Xəzər rayon MənzilKomunal Təsərrüfatı Birliyinin 395 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsaəsn 1812.33 AZN vəsaitdən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-14 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X16 Azərbaycan Respublikası - Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh1 Əhdər qızıdır (AA*******, xx.xx.2022 - Asan 5, FİN:3UASİEV, d/t:xx.xx.1951) və o miras əmlakdan tam hissədə-pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki” İnventarlaşdırmavə Mülkiyyət “Hüquqlarının. qeydiyatı İdarəsi tərəfindən xx.xx.1998 tarixdə X8 verilmiş. 30/21313 qeydəalma nömrəsi ilə 04Şüv nömrəli kitabın 478 -ci səhifəsində qeyd edilmiş “qeydiyyat vəsiqəsinə. əsasən ünvan 5ünvanında yerləşən ümumi-sahəsi 134.5 kv/m, 5 otaqlı olan torpaq sahəsidən ibarətdir. DƏDRX-dən əldə edilmiş 01.05:2024 tarixli qeydiyyat nömrəsi 03A5/487 ölan”arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 6 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil” va özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, vəfat etmiş X6 vərəsəsi olaraq tanınması üçün Cavabdeh1 Əhdər qızı notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan “Elektron notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Bakı şəhəri 7 saylı notariat ofisi, X13 tərəfindən xx.xx.2022-ci il tarixdə çap edilmiş çıxarışdan görünür ki, akı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 Mart küçəsi 12 unvanında yerləşən fərdi yaşayış evındə qeydiyyatda olan X9, X11, İddiaçı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Cavabdeh1 Əidər qızına verilib ondan ötrü ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04Şüv nömrəli reyestr kitabının 478 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 Əhdər qızı 10 il müddətinə oğlu X7 etibarnamə vermişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisində Cavabdeh1 Əhdər qızının 2VV/387 saylı vərəsəlik işi vardır. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, X10 ilə Cavabdeh1 12.071972-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində rəsmi nikah bağlamış, birgə nikahlarından iddiaçı və digər övladları doğulmuşdur. X6 ölümündən sonra ondan qalmış birgə nikah dövründə əldə edilmiş əmlakdan ibarət mirası arvadı Cavabdeh1 qəbul etmişdir və varislərin dairəsi barədə notariusun məlumatı olubdur (xx.xx.2022-ci il tarixdə çap edilmiş çıxarış). Hazırda iddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ünvanı üzrə X3ndan miras qalmış mirasa dair anasına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi, cavabdeh Nəcəfova Xördaxanım miras qoyan Nəcəfov Məmmədağanın qanun üzrə birinci dərəcəli vərəsəsi olaraq mirası qəbul etmiş, mirasın qəbul edilməsi müddətini ötürməmiş, notariat ofisinə məlum olan digər vərəsələr mirası qəbul etməmişlər və Nəcəfov Məmmədağanın hər hansı digər vərəslərinin olması barədə məlumat olmadığından miras bütövlükdə Nəcəfova Xördaxanıma verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin şəxsin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsaslı olmuş və etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bundan başqa iddiaçı tərəfin hüquqi əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən artıq vərəsəlik işləri ilə bağlı müddət tərtib edilməyəcəkdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunması, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının hazırkı mühabisəyə şamil olunması əsaslı deyil. Bundan başqa, İddiaçı mübahisəli fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini faktiki olaraq da qəbul etməmiş, miras qoyanların ölümündən sonra həmin evə köçməklə orada yaşamamış, evə və torpaq sahəsinə sahiblənməklə onların idarə olunmasında hər hansı şəkildə iştirak etməmiş, bu istiqamətdə hər hansı xərclər çəkməmiş, digər hərəkətlər etməmişdir. Əksinə, həmin şəxs hələ miras qoyanların ölümündən əvvəl həmin evdən çıxaraq daimi olaraq başqa bir evdə yaşamağa başlamış, miras qoyanlar öldükdən sonra isə evin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmaq niyyətini bildirməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir. Eyni zamanda məhkəmə tərəflərin və onların nümayəndəsi və şahidlərin izahatında onun mübahisə evdə yaşaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının iddia ərizəsində və izahatında qeyd edilənləri onun yalnız formal mülahizələrə əsaslanmışlar və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya 2013-cü il tarixdə mənzil alınaraq birdəfəlik mübahisəli evdən köçüb getməsi, mübahisəli evdə isə ana və qardaşının birlikdə yaşamaqda davam etdiyini, cavabdehin miras əmlakı faktiki olaraq qəbul etməsi” müəyyən edilmişdir. Buna görə də, məhkəmə iddiaçının iddia ərizəsində və onun nümayəndəsi və vəkilinin izahatında qeyd ediklərini inandırıcı hesab etməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı məcburi payının qəbul edilməsinə yönələn heç bir hərəkət etməmişdir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023 tarixli Plenum Qərarı ilə mirasın qəbulu ilə bağlı mövcud olan müddətlər qüvvədən düşmüş hesab edilsə də, bu qərar yalnız qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Məhkəmə hesab edi ki iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsə də mübahisəli əmlakı faktiki qəbul etmiş olsaydı həmin əmlakdan pay almaq hüququ olardı. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Hazırki işdən görünür ki, iddiaçının atası Nəcəfov Məmmədğanın ölümündən məlumatlı olmuş, lakin mirasın və ya məcburi payın qəbul edilməsi istiqamətində qeyd edilən müddətlərdə heç bir hərəkət etməmişdir və ya mirası faktiki olaraq qəbul etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Dövlət Notariat kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar