Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2461/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü X11 onun oğludur. Ona “Serebral iflic” kobud nitq və davranış pozuntuları kənar şəxslərin himayəsinə ehtiyacı olduğu diaqnozu qoyulmuşdur. Oğlu birinci qrup müddətsiz ələlildir. Onun əmək qabiliyyəti yoxdur. O, onunla birlikdə ünvan 1ünvanında yaşayır. Oğlu özünü idarə də bilmədiyindən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Öna görə də fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır. Göstərilənləri nəzərə alaraq xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş X11 atası X5, anası Ərizəçidır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X2 Gülşən Ədalət qızı ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Əzizbəyovrayonu VVADQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 101 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Dadaşova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin xx.xx.2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, X11 1-ci dərəcəli müddətsiz əlildir. İş materiallarımda olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Bakı baş X12 Nevroloji xəstəxanasının 2793 və 1891 saylı epikrezlərin sürətindən görünür ki, X11 “Serebral iflic” kobud nitq və davranış pozuntuları ilə kənar şəxsin qulluq və himayəsinə ehtiyacı var. İş materiallarımda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı BUYX çıxarışın sürətindən görünür ki, X8 ağır forma kəskin gedişli toksikoz-eksikoz, ikincili anemiya, hipoksik enesefalopatiya, psixofiziki inkişafdan ləngimə diaqnozu qoyulmuşdur. İş materiallarımda olan Azərbaycan Respublikası Bakı şəhəri Səhiyyə Nazirliyi Baş X12 Nevroloji xəstəxanasının xx.xx.2017-ci il tarixli epikrezinin sürətindən görünür ki, X8 uşaq serebral iflici, tetraparetik forma, psixo-fiziki inkişaf geriyi diaqnozu qoyulmuşdur. İş materiallarımda olan Azərbaycan Respublikası Bakı şəhəri Səhiyyə Nazirliyi Baş X12 Nevroloji xəstəxanasının xx.xx.2017-ci il tarixli kranial KT müayinə sürətindən görünür ki, X8 baş beyin hər iki yarımkürələrin periventrikulyar tək kalsinatlar, alın paylarında kiçik periventrikulyar posleykomalyaziya ocaqları müşaidə olunmuşdur. İş materiallarımda olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Bakı baş X12 Ruhi-Əsəb dispanserinin verdiyi arayışların sürətindən görünür ki, X3 Ruhi-Əsəb dispanserində qeydiyyatdadır. İş materiallarımda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstənin ambulator kitabçasından çıxarışın sürətindən görünür ki, X1 spastik serebral iflic, paraplegiya və tetraplegiya, müştərək daxili çəpgözlük diaqnozu qoyulmuşdur. İş materiallarımda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi elmi tədqiqat Pediatriya institutunun ambulator kitabçasından çıxarışın sürətindən görünür ki, X8 ödəm sindromu, Kəskin dövr ağır forma diaqnozu beyin ödəmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli 2367 saylı rəyinin nəticə hissəsindən görünür ki, X7 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X11 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında müəyyən edildi ki, X7 “qızında uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” xəstəliyi müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 2367 saylı rəyinə əsasən X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X11 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X11 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X11 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.2006-cı il təvəllüdlü X11 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. 11 yanvar 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2461/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2461/2024
05.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver