Məhkəmə qərarları › İş №2(003)-2465/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2465/2024

04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2465/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən miras evin qəbul edilməsi müddətinin bərpa edilərək uzadılması, ünvan 2 ünvanda yerləşən evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh adına ünvan 1 ünvanda yerləşən evə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvandakı evdə ataları X13 yaşayırdı. İş materiallarına əlavə edilmiş Bakı şəhər icra hakimiyyətinin Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin kartoçkasından görünür ki, Şüvəlan qəsəbəsində S.Vurğun küçəsi 28 ünvandakı ev 1963-cü ilin iyun ayında X21 adına verilmişdir. X36 X3nun anası, onların isə nənələri olubdur. X4 xx.xx.1981-ci ildə vəfat etmişdir. Onun ölüm şəhadətnaməsi iş materiallarına əlavə edilir. X36 vəfat edəndən sonra həmin evdə onun oğlu, yəni ataları X13 öz ailəsi ilə yaşamaqda davam etmiş və evin faktik sahibi olmuşdur. 2002-ci ildə ataları X13 itkin düşmüşdür. Atasının ikinci həyat yoldaşı Lətifə Əzimova xx.xx.2020-ci ilə qədər, yəni vəfat edənə qədər həmin evdə yaşamışdır. Lətifə Əzimova sonsuz olub, uşaqları olmayıb. Lətifə Əzimova sağ ikən ona bacısı qızı X22 baxırdı və qulluq edirdi. Ona görə də evin telefon nömrəsi də (454 14 99 nömrəli telefonu) atasının 2ci həyat yoldaşının bacısı qızı X7 adındadır və Rəsulova Səbiyə həmin evdə qeydiyyatdadır. Bundan başqa, evin sənədindən də görünür ki, X6 qızları olaraq onların mayaları da həmin evdə bağlanmışdır və iddiaçılardan İddiaçı2 Sabir qızının həmin evdə qeydiyyatda olduğu və həmin evə aid olması aydın olur. Onlar ailəliklə o evdə yaşamışlar. Cavabdeh nə atalarının sağlığında, nə də Lətifə Əzimova vəfat edəndən sonra miras əmlakla heç bir bağlılığı və əlaqəsi olmayıb. Miras əmlakın idarə olunmasında qətiyyən iştirak etməyib. Lətifə Əzimova vəfat edəndən sonra onlar planlaşdırırdılar ki, vərəsəlik işinin açılması üçün həmin ərazidə yerləşən yerli notariat ofisinə müraciət edələr və qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə edələr. Sadəcə Mülki Məcəllədə 6 aylıq müddəti ötürdüklərindən fikirləşirdilər ki, vərəsəlik işinin açılması üçün onlara uyğun vaxtda Xəzər rayon Məhkəməsinə müraciət edələr. Çünki işləri ilə əlaqədar məzuniyyət götürüb məhkəməyə cari ilin yayında, yəni iyun ayında müraciət etməyi planlaşdırırdılar. Lakin bu yaxınlarda rəhmətlik atalarının yaşadığı evə gedəndə evin həyət qapısının sökülərək daşla hörüldüyünün şahidi olmuşlar. Dərhal qonşuluqda yaşayan əmisi oğlu Cavabdeh Azad oğlu ilə əlaqə saxlamış və nə baş verdiyini dəqiqləşdirmək istəmişdir. Cavabdeh dedi ki, ünvan 4 ünvandakı evi artıq öz adına sənədləşdirmiş, evə mülkiyyət hüquqlarını əldə etmişdir. Buna görə də onlar dərhal Bakı şəhərində 7 saylı notariat ofisinə ərizə ilə müraciət etdilər ki, X4ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alalar. Lakin 7 saylı Notariat Ofisinin ünvanladığı 21 nömrəli 23 aprel 2024-cü il tarixli məktubu ilə onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Sözügedən notarius imtinanı onunla əsaslandırmışdır ki, ünvan 3 ünvandakı X4ndan miras qalmış əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X4nın nəvəsi deyil, nəticəsidir. Eyni zamanda Cavabdeh Əzimov Sabirin oğlu deyildir, o, sadəcə X23 nəticəsidir. Hesab edirlər ki, 7 saylı Notariat ofisi də Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərini pozmaqla 14 il keçdikdən sonra məhkəmənin qərarı olmadan mirasın qəbulu ilə bağlı vərəsəlik işini açmış və Cavabdeh vərəsəlik şəhadətnaməsi vermişdir. Buna görə də o, Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Çünki Əzimov X34 Pikənin nəticəsi olduğundan və onlara bildirmədən qanun üzrə digər vərəsələrin dairəsini 7 saylı Notariat ofisindən gizlətməklə evi ələ keçirtmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Onlar cavabdehdən fərqli olaraq nəvələrdirlər və həmin ev və həyətyanı torpaq sahəsi X4 tərəfdən pay olaraq ataları Əzimov Sabirə verilmişdir. Tarixi fakt və həqiqət belədir ki, iddiaçının ulu nənəsi olmuş X36 öz sağlığında həyətini bölüb, yarısını öz kiçik oğlu, yəni ataları X10, digər yarısını isə cavabdehin babası Cavabdeh Abdülmanaf oğluna, yəni ataları Sabirin qardaşına vermişdir. Buradan bəlli olur ki, cavabdeh Əzimov X2 nəticəsi olaraq öz babası Cavabdeh (adları eynidir) ÖZ payını əldə edib və bu gün də orada yaşıyır. ünvan 4 ünvandakı evin ayrıca darvazası, ayrıca giriş qapısı var idi, Cavabdeh yaşadığı ev isə iddiaçıların atasının evi ilə eyni həyətdə olmayıb, aralarında hasar olub. Özlərinin də ayrıca darvazası və giriş qapısı olub. Cavabdeh nənələrindən atasına qalmış evi öz adına onlardan xəbərsiz sənədləşdirmiş, ondan sonra atalarının darvazasını və giriş qapısını daşla hörmüş və ayrıca olan giriş qapısını bağlamışdır. Bununla da onların o evə sərbəst girişlərinə maneə yaratmışdır. Yuxarıda qeyd etdiyi kimi, indiyə qədər o evin *** ** ** nömrəli telefonu atasının 2-ci həyat yoldaşının bacısı qızı X7 adındadır. Son ödəniş qəbzləri əlavə edilir. Yəni o evin cavabdehə heç bir aidiyyatı və bağlılığı olmayıb. Cavabdehin yaşadığı və qeydiyyatda olduğu ünvan Şüvəlan qəsəbəsi Ayna Sultanova 4 ünvanda qeydiyyatdadır və yaşayır. Bu gün mübahisə olunan evin faktik sahibi olmuş X15 2002-ci ildə itkin düşəndən sonra evin faktik sahibi 2-ci arvadı Lətifə Əzimova olubdur. Sonsuz olmuş Lətifə Əzimova vəfat edəndən sonra onlar Sabirin qızları, yəni X21 nəvələri olaraq evin qanun üzrə vərəsələridirlər. İş üçün əhəmiyyətli olan tarixi faktlar: Bakı şəhər icra hakimiyyətinin Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin kartoçkasından görünür ki, Şüvəlan qəsəbəsində S.Vurğun küçəsi 28 ünvandakı ev 1963cü ilin iyun ayında X21 adına verilmişdir. Bundan başqa, evin sənədindən də görünür ki, X6 qızlarından İddiaçı2 də həmin evdə qeydiyyatda olubdur və onlar orada yaşamışlar. Bundan başqa, 1 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli 1814 nömrəli arayışdan görünür ki, İddiaçı1 və Mirzəyeva X1 qızlarıdır, yəni X21 nəvələridirlər. Qanunvericilik təmsil etmə hüququ üzrə vərəsə olan şəxslərin dairəsini çox ciddi şəkildə məhdudlaşdırır. Onlar miras qoyanın yalnız nəvələri və nəticələri ola bilər. Nəvələr bir neçə nəfər olduqda, onlar vəfat etmiş valideyinininə çatmalı olan payı bərabər bölüşdürür və birinci növbəli digər vərəsələrlə bərabər vərəsə olurlar. Cavabdeh cavan adamdır və 1992-ci ilə anadan olub. Cavabdeh Fərruxun babası Fərrux kişinin (adları eynidir) ayrıca evi olubdur və cavabdehin atası da orada yaşayıb, cavabdeh də orada dünyaya gəlib. Cavabdehin babası Fərrux kişi Sabir Əzimovun ölümündən 7-8 il qabaq rəhmətə gedib. Demək, cavabdehin babasının ölümü atalarının yaşadığı ev üçün vərəsəlik işinin açılması üçün əsas ola bilməzdi. Həm də axı onların o evə heç bir aidiyyatı olmayıbdır. Bundan başqa, cavabdehin babası öləndən sonra cavabdehin atası Azad Əzimov atasının miras əmlakına sahib olmuşdur. Cavabdehin atası Azad Əzimov isə Sabir Əzimovun itkin düşməsindən bir neçə il sonra rəhmətə getmişdir. Cavabdehin atası Azad Əzimov öləndən sonra cavabdeh atasının miras əmlakına sahib olmaq hüququnu qazanmışdır. X56 rəhmətə gedəndə cavabdeh Fərruxun atası sağ olub və cavabdeh nəvə olaraq vərəsəliyə iddia edə bilməzdi. X56 dünyasını dəyişəndə onlar övladları olaraq və eyni zamanda Pikə Babayevanın nəvələri olaraq vərəsələr sayılırlar. Səməd Vurğun küçəsi 28 ünvandakı ev miras əmlak olaraq onlara aid olmalıdır və həmin ev üzərində onlar məhkəmənin qətnaməsi ilə mülkiyyət hüquqlarını bərpa etməlidirlər. Evin ilkin sənədlərindən də görünür ki, cavabdehin nə babasının, nə atasının adı həmin sənədlərdə olmayıb və hətta bu baxımdan da cavabdeh bu evə iddia edə bilməz. Belə olan halda Cavabdeh onlara çatası evə qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh Sabirin oğlu deyildir, X21 nəticəsidir, onlar isə Babayeva Pikənin nəvələridirlər. Buna baxmayaraq Cavabdeh vərəsəlik açaraq onlardan xəbərsiz evi öz adına keçirtmişdir. Belə ki, Cavabdeh Azad oğlu nənəsinin və atasının ölüm şəhadətnamələrinin surətlərini, habelə digər sənədləri, o cümlədən evin texniki pasportunu ələ keçirərək onları mülkiyyətlərindən məhrum etmişdir. Buna görə də onlar Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər ki, mülkiyyət hüquqlarını bərpa edələr. Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, 28 ünvandakı evin bütün kommunal xərclərinin ödənilməsində Cavabdeh heç vaxt iştirak etməyib. Belə ki, telefon pulu, işıq pulu və digər kommunal xərclərin ödənilməsində iştirak etməyib. Onlar iddiaçı olaraq evin bütün xərclərinin ödənilməsində iştirak etmişlər. Bütün bu faktiki mülahizələr onu deməyə əsas verir ki, onlar evə faktiki sahibliyi həyata keçirmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, anası atasından boşandıqdan sonra o, bacısı və anası başqa evə köçərək orda yaşamışlar. Daha sonra 1985-ci ildə rəsmi nikaha daxil olaraq ərinin evinə köçmüş və hal-hazırda da orada yaşayır. Atasının 2-ci həyat yoldaşı ilə münasibətləri yaxşı olmadığından atasının evinə çox az getmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, anası atasından boşandıqdan sonra o, bacısı və anası başqa evə köçərək orda yaşamışlar. Daha sonra 1989-cu ildə rəsmi nikaha daxil olaraq ərinin evinə köçmüş və hal-hazırda da orada yaşayır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq orada bildirmişdir ki, xx.xx.2024cü il tarixə təyin olunmuş mülkü iş üzrə cavabdeh kimi onu dəvət etdiklərinə görə iddia ərizəsi ilə tanış olmuş, bütün iddia ərizəsi yalan və böhtan xarakterli olduğu üçün iddiaçıların təqdim etdiyi iddia ərizəsi rədd edilməlidir. Onun o adda qohumları bugünə kimi tanımamışdır. Sözügedən ünvanda onun adına olan fərdi yaşayış evindən pay istəmələri əsassızdır. Çünki, atasının əmisi Əzimov Sabir xx.xx.1980-cı ildən rəsmi nikahı olan həyat yoldaşı X30 xx.xx.1934-cü ildə Bakı şəhərində doğulmuş və Sabunçu rayonu Balaxanı qəsəbəsində vəfatı 2019-cu ildə olmuşdur. Hal-hazırda məzarı da Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşir. 1992-ci ildə özü dünyaya gəlmişdir. Həmin mübahisəli evdə onun ata nəsli doğulub dünyaya gəlib, rəhmətə gedənlər gedib qalanları isə o və qardaşıdır. İddia ərizəsində iddiaçılar bildirir ki, guya sözügedən həyətdə son zamanlara kimi gəlib getmişlər və Sabir əmiyə, Lətifə xanıma qulluq edib baxmışlar. X11 baxmışdılarsa ataları 1999-cu ildən itkin düşmüş heç bir dövlət orqanına müraciət etməmişlər və onlara yəni Əzimov Sabirə qarşı heç bir isti münasibət olunmayıb. O, ağlı kəsəndən bu xanımların üzlərini tanımamış, hansı ki, həmin ünvanda yaşamışdır. Sadəcə, həmin ünvanda qeydiyyatda olmuş X24 qeydiyyatdan çıxardılandan sonra iddiaçıları taparaq onları öz maraqları üçün ondan fərdi yaşayış evindən, torpağından pul qoparmaq niyyətilə qanunsuz iddia ərizəsində böhtan və şantaj xaraketrli yalanlarla nə isə öz məqsədlərinə çatmaq niyyətilə ona qarşı oyunlar qururlar. X24 fərdi yaşayış evinə qanunsuz qeydiyyata düşmə halı araşdırılıb, Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında qeydiyyatdan çıxarılmışdır. Qonşu yaşlılardan maraqlananda ona ağsaqqallar bildirdi ki, X8 1964-cü illərdə bir qadından 2 qız uşağı olub, biri 1965, ikinci uşaq 1967-ci ildə doğulub həmin qadınla 1967-ci ildən münasibətləri qırılıb. Həmin xanımın adını Həqiqət Əflaz qızı kimi tanıyıblar. Onların isti münasibətləri heç bir vaxt olmadığı üçün təxminən 3 il davam etmişdir. Təxminən 13 il subaylıq həyatı keçirdən əmisi Əzimov Sabiri babası Cavabdeh evləndirmək niyyətilə Lətifəni alırlar və onun normal həyat tərzi düzəlir. Hətta onların uzun illər bir yerdə yaşasalar da övladları olmadığı üçün qonşuların iştirakı ilə şahid qismində imzası olan X31 xx.xx.1997-ci ildə bayram günü X32 övladlarına vəsiyyətnamə yazır, vəsiyyət edir. Bu sənədin əsli həyat yoldaşı Lətifə xanımın topladığı fərdi yaşayış evi haqqında sənədlərin arasından götürülmüşdür. İddiaçılar Əzimov Sabir guya atalarına baxmışlarsa niyə ata 1980-cı ildə yenidən evlənir, yeni ailə özü də Səhiyyə Nazirliyinin qulaq-boğaz həkimi olub, 26 saylı xəstəxanada işləyib, savadlı və təbiyəli qadın idi. Onların ataları ilə münasibəti yaxşı olsa idi vəsiyyətnamə elə qızlarına qoyardı. Sabirin adına fərdi yaşayış və torpaq sahəsi olmayıb çünki, sözügedən torpaq və ev nənə Pikəxanımın adına olub. О da 1981-ci ildə vəfat etmiş, onun vəfatından sonra ümumiyyətcə böyüklərin dediyinə görə heç kim onların üzlərini görməyib. Nənəsi Pikəxanımın qulluğunda olmamışlar. Baxmayaraq ki, uşaq 1965, digəri 1967-ci il olsalar da nənəyə 1 stəkan su da verməyiblər. Bütün bunlar ondan pula görə törətmək istədikləri çirkin məqsədlərdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçıları heç vaxt görməmişdir, onları tanımır. İddiaçıların atası Sabir Əzimov onun babasının qardaşı olmuşdur. Sabir Əzimov 1-ci arvadından, yəni iddiaçıların anasından boşanmış və 2-ci dəfə faktiki nikaha daxil olmuşdur. O, doğulduğu vaxtdan etibarən mübahisə predmeti olan evdə yaşamış, iddiaçılar isə həmin evdə heç zaman yaşamamış və faktiki olaraq mirası qəbul etməmişlər. Məhkəmə, tərəflərin fikrini tədqiq edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu Nizami Tağıyev tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 21 saylı məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X23 xx.xx.1981-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Cavabdeh ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmış və ona ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən vərəsələrin dairəsi müəyyən edilərək mərhum X16 miras qalmış əmlaka dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov VVADQ) tərəfindən verilmiş İİ- ЖГ seriyalı 328152 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.1981-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində vəfat etmişdir. -Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 306379 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Ölümün qeyd edilməsinə əsas Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-409/2008 saylı qətnaməsi olmuşdur. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov VVADQ) tərəfindən verilmiş İ- ИЕ seriyalı 012152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1939-cu il tarixdə doğulmuşdur. Onun atası Əzimov Əbdülmanaf, anası X33r. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş İİ-ЖГ seriyalı 389874 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. Onun X3, anası X17r. -1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1854 saylı arayışın surətindən görünür ki, İddiaçı2 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. X3, anası X26, əri X9, bacısı İddiaçı1, qızı X27 və oğlu X5r. -Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 6 (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş V-ЖГ seriyalı 386298 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X18 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 345 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. -Sorğu əsasında Bakı şəhəri 7 saylı Notariat Ofisindən əldə edilmiş vərəsəlik işinin təsdiq edilmiş surətində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Əbdülmanaf oğlunun vərəsələri X44 olmuş, lakin onun xx.xx.2005-ci il tarixdə ölməsi ilə əlaqədar nəvəsi Cavabdehdur və o, miras əmlakdan ¼ hissədə pay almalıdır. Digər vərəsə mərhumun gəlini X19r və o, miras əmlakdan ¼ hissədə pay almalıdır. Digər vərəsə nəvəsi X35r və o miras əmlakdan ¼ hissədə pay almalıdır. Digər vərəsə nəvəsi X12r və o, miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh Əbdülmanaf oğlunun adına qeydiyyatdan keçirilmiş ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 48,85 kv.m olan yaşayış evindən və mülkiyyətdə olan 0,050680 ha torpaq sahəsindən ibarətdir. -xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, vərəsələr X28, X45 və Cavabdeh miras əmlakdan onlara düşən hissələrini X20 bağışlamışlar. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 2008-ci ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən 01 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Həmin Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarından görünür ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi X36 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Nənə vəfat etdikdən sonra həmin evdə onun oğlanları yəni iddiaçıların atası və əmisi yaşamışlar. İddiaçıların X3 isə 2002-ci il tarixdən itkin düşmüşdür. Onun vərəsələri İddiaçı1 və İddiaçı2 vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə üç ay ərzində, nə də altı ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Belə ki, işin mübahisəsiz və cavabdeh tərəfindən də qəbul edilən halıdır ki, iddiaçıların X3 mərhum X21 vəfatından sonra miras əmlakda yaşamağa davam edərək mirası faktiki olaraq qəbul etmişdir (1981-ci il tarixdə). 2000-ci il sentyabr ayının 01-dək qüvvədə olan Mülki Məcəlləyə əsasən X6 miras əmlakı faktiki qəbul etməsi məhkəmədə təsdiq edilmişdir. Lakin, iddiaçıların X6 ölmüş elan edilməsindən sonra ondan miras qalan həmin fərdi yaşayış evindən ibarət miras kütləsini faktiki qəbul etmələri məhkəmədə təsdiq edilməmişdir. Belə ki, iddiaçıların valideynləri ilə araları yaxşı olmamış, onlar nənələrinin vəfatından sonra həmin evdə az-az hallarda olmuşlar. İddiaçı1 1985-ci ildə, İddiaçı2 isə 1989-cu il tarixdə ailə həyatı quraraq həmin evdən köçüb getmişlər. Atalarının 2002-ci il tarixdə itkin düşməsindən sonra isə onlar evə getməmiş, miras əmlakı faktiki qəbul edəcək hərəkətlər etməmişlər. Bununla da onlar öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964- cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçıların iddia ərizəsində qeyd etdikləri cavabdehin başqa ünvanda qeydiyyatda olması və yaşaması faktına münasibətdə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri ünvan 10 ünvanı yeni qaydalarla ünvan 11dır. Yəni, cavabdehin mülkiyyətində olan ünvan 11 mübahisə predmeti olan evlə eynidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçıların formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və sair” tələblərinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən miras evin qəbul edilməsi müddətinin bərpa edilərək uzadılması, ünvan 1 ünvanda yerləşən evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh adına ünvan 1 ünvanda yerləşən evə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar