Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2473/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona (abonent kodu: **********00790) əsassız hesablanmış 1706,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun Sovxozu ev 35-də “Azəriqaz“ İB tərəfindən qaz sayğacına müdaxilə müəyyən edilmiş, 1706,4 manat məbləğində borc hesablanmışdır. Heç vaxt qaz sayğacına müdaxilə etməmiş, daim istehlak etdiyi qaza görə borcunu vaxtında ödəmişdir. Sayğac təxminən 2-3 il öncə dəyişdirilmiş, kənar xətt yoxdur, sayğac çöldə yerləşir və ödəniş “Smart” kartla həyata keçirilir. İddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi təqdim etmiş və göstərmişdir ki, iddianı qəbul etmir, sayğac müayinəsi edilərkən plastmas borunun deşildiyi müəyyən edilmiş və qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunub. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda sayğacın çıxış plastmas borusunun deşilərək qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmışdır. Yeni qaz sayğacı quraşdırılmış və dəymiş ziyan 8532 m3 hesablanmışdır. İddiaçının imzası hissəsində imtina yazılmışdır. İş materiallarına daxil olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********0790 sayla qeydiyyata alınmış abonent koduna 2018-ci ilin sentyabr ayında tərtib olunmuş akt əsasında 1706,4 manat borc hesablanmışdır. Azərbaycan Respublikası “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bundan başqa, həmin qaydaların 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacına müdaxilə etdiyi göstərilir. Lakin Cavabdeh İB tərəfindən zərərin hesablanmasına əsas olmuş akt birtərəfli qaydada tərtib edilmiş, aktın İddiaçı tərəfindən imza hissəsində imtina qeyd edilmişdir. Sayğac iddiaçının ünvanından kənar sahədə, küçədə quraşdırıldığına görə sayğaca digər şəxslər tərəfindən müdaxilə edilməsi mümkündür. Bu səbəblərdən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 1706,4 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən rüsum iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 1706,4 manat borcun silinməsidir. Belə olan halda dövlət rüsumu 37,06 manat təşkil edir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ünvanına (abonent kodu **********00790) hesablanmış 1706,40 (min yeddi yüz altı manat qırx qəpik) manat məbləğində borc silinsin. 37,06 (otuz yeddi manat altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2473/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2473/2025
22.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver