Məhkəmə qərarları › İş №2(003)-2481/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2481/2024

02.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2481/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin açılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin açılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi X2 ərizə ilə müraciət edərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizəsinin geri qaytarılması xahiş olunduğundan mülki iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı 5 saylı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı “mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin açılması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar