Məhkəmə qərarları › İş №2(003)-2491/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2491/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2491/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi (maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X8 ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsinə dair Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən ayrılaraq verilmiş pasportda yol verilmiş yalnışlıqla “X16” kimi göstərilən ata adının “X10” olmasının müəyyən edilməsinin və həmin sənədin mərhum atası X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun X8 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1963-cü il tarixdə Lerik rayonunda doğulmuşdur. Atası X10 19.07.*011-ci il tarixdə ürəyin dayanması səbəbindən vəfat etmişdir. Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.08.*011-ci il 594 nömrə ilə qeyd edilmiş və AZ-İ № 47*170 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X*mış miras əmlakı o, qəbul etmişdir. Ərizəsi əsasında Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmış və o, vərəsə kimi tanınmışdır. Mirasqoyanın miras əmlakı ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsindən ibarətdir. Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən atası X8 ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsi ayrılaraq verilmişdir. Həmin pasportda (ev dəftərində) atası X7 ata adında yol verilmiş yalnışlıqla “X16” kimi qeyd edilmişdir. Başqa sənədlərdə isə atası X7 adı Əmirxan, soyadı Şərifov, atasının adı Razdanoviç kimi qeyd edilmişdir. Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.08.*011-ci il 594 nömrə ilə qeyd edilmiş və AZ-İ № 47*170 saylı “ölüm haqqında şəhadətnamə”dən də görünür ki, atasının soyadı adı və ata adı X10 kimi qeyd edilmişdir. O, mərhum atası X7 ata adında yol verilmiş yalnışlığın, yəni “Razxan” ata adının “Razdanoviç olaraq düzəlişi barədə mütraciət etsə də buna nail ola bilməmiş, bu səbəbdən də məhkəməyə müraciət etməli olur. Ona görə də həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edə bilmir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin mərhum atası X8 məxsus olduğunun tanınması faktının müəyyən edilməsi zəruridir. O, vərəsəliklə əlaqədar hüquqlarının həyata keçirməsini istədikdə sənədlərdəki uyğunsuzluq hüquqlarının tam həcmdə həyata keçirilməsində maneçilik yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi ilə uşaqlıqdan qonşudur. Ərizəçi mərhum atası Əmirxan kişini də tanıyırdı. Əmirxan kişi təxminən 10 il olar ki, ölmüşdür. ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Onun bildiyinə görə Əmirxan kişinin atasının adı sənədlərdə Razdanoviç kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi ilə 30 ilə yaxındır ki, qonşudur. o, Ərizəçi mərhum atası Əmirxan kişini də tanıyırdı. Əmirxan kişi təxminən 10 il olar ki, ölmüşdür. Onun bildiyinə görə Əmirxan kişinin atasının adı sənədlərdə Razdanoviç kimi qeyd edilmişdir.ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi ilə 40 ilə yaxındır ki, qonşudur. O, Ərizəçi mərhum atası Əmirxan kişini də tanıyırdı. Əmirxan kişi təxminən 10 il olar ki, ölmüşdür. Onun bildiyinə görə Əmirxan kişinin atasının adı sənədlərdə Razdanoviç kimi qeyd edilmişdir. ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsinə dair texniki pasport “X16” oğluna məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Maraqlı şəxs Ərizəçi ünvanlanmış 1*.08.*0**-ci il tarixli məktubunda deyilir: “Sizin Maraqlı şəxsnə daxil olmuş, mərhum atanıza məxsus ev dəftərində ata adının X1* yazıldığını, lakin digər sənədlərdə “Razdanoviç” kimi qeyd edildiyini bildirərək sənəddə düzəliş edilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Ərizənizdə qeyd edilən hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.” İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış *0.06.*0**-ci il tarixli məktubunda deyilir: “Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, H.Aslanov küçəsi, ev 16 Binə qəsəbəsi, H.Aslanov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində, qeydiyyata alınmasına dair **30116667 nömrəli 31.05.*0**-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, mərhum atanızın adında təqdim edilmiş sənədlərlə (ölüm haqqında şəhadətnamə və vərəsəlik dairəsinin müəyyən edilməsi bağlı otariat ofisinin məktubu) Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport arasında uyğunsuzluq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.*-ci maddəsinə əsasən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin X1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 1*.05.*0*1-ci il tarixli məktubundan görünür ki, X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X7 19.07.*011-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 1*.05.*0**-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin oğlu Ərizəçi olması barədə sizə məlumat verilir. Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, H.Aslanov küçəsi, ev 16 Binə qəsəbəsi, H.Aslanov küçəsi, ev 16 ünvanında yerləşən evə və torpaq sahəsinə dair Çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, X10 10.0*.1914-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19.07.*011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.*.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın”. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportda “X10”in adı “X16” kimi göstərilmişdir. Göründüyü kimi, ərizəçinin hazırki ərizəsində göstərilən faktın müəyyən edilməsi ona özünün də qeyd etdiyi kimi atasının adına olan əmlakı sənədləşdirmə məqsədi daşıyır. Məhkəmə iş materiallarına əlavə olunmuş digər sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun X8 məxsus olmasının müəyyən edilməsinə dair ərizəsi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun X8 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.*). Yuxarıdakılara əsasən və MPM-in *16-**0, **7, 305, 307, 358, 360 və 36*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun X8 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar