Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2497/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********33268 olan iPhone 8 markalı telefon üçün 1054,70 manat ödənilməmiş hissə, 328 manat dəbbə pulu, 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********49671 olan iPhone Xs Max markalı telefon üçün 2543,60 manat ödənilməmiş hissə, 732 manat dəbbə pulu ümumilikdə 4658,30 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4688,30 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16.11.2019-cu il və 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kod **********33268 iPhone 8 və İMEİ kod **********49671 iPhone Xs Max markalı telefonlar almış və nəticədə 4658.3 (dörd min altı yüz əlli səkkiz, otuz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1644 (min altı yüz qırx dörd) manat (12 ay x 137 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********33268 iPhone 8 markalı telefon üçün ümumilikdə, 1382.7 (min üç yüz səksən iki, yetmiş qəp) manat olmaqla ondan, 1054.7 (min əlli dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 328 (üç yüz iyirmi səkkiz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3998 (üç min doqquz yüz doxsan səkkiz) manat (18 ay x 222 manat + 2 manat ilkin ödəniş İMEİ kod **********49671 iPhone Xs Max markalı telefon üçün ümumilikdə, 3275.6 (üç min iki yüz yetmiş beş, altmış qəpik) manat olmaqla ondan, 2543.6 (iki min beş yüz qırx üç, altmış qəp) manat ödənilməmiş hissə, 732 (yeddi yüz otuz iki) manat dəbbə pulu, cavabdehin cəmi ödədiyi məbləğ 2043.7 manat təşkil edir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh bildirdi ki, tərəfindən ödəniş edilmişdir. O iddianı əsas borc hissəsində qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16.11.2019-cu il tarixdə 01054788 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1644 manat olan İMEİ Kodu **********33268 olan iPhone 8 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 137 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.08.2019-cu il tarixdə 00840616 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 3998 manat olan İMEİ Kodu **********49671 olan iPhone Xs Max markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 222 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 16.11.2019-cu il tarixdə ******* saylı müqaviləyə əsasən, 954,67 manat ödənilməmiş hissə, 12.08.2019-cu il tarixdə 00840616 saylı müqaviləsinə əsasən 2444,58 manat ödənilməmiş borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdeh tərəfindən iddiaçıdan müxtəlif əşyalar alınmış və alğı-satqı müqavilələri üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənilməmiş əsas borclar cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində iddiaçı 16.11.2019-cu il tarixdə ******* nömrəli müqavilə üzrə 1054,70 manat ödənilməmiş hissə, 328 manat dəbbə pulu, 12.08.2019-cu il tarixdə 00840616 nömrəli müqavilə üzrə 2543,60 manat ödənilməmiş hissə, 732 manat dəbbə pulu tələb edilsə də, iddiaçının təqdim etmiş olduğu maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən hər iki müqavilə üzrə borcdan ödənişlər həyata keçirilmişdir. Bu səbəbdən də, iddiaçının iddia tələbi üzrə borc məbləöği maliyyə arayışları nəzərə alınmaqla tutulamlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş rüsum cavabdən alnaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.11.2019-cu il tarixdə ******* saylı müqavilə üzrə 954,67 manat ödənilməmiş hissə, 12.08.2019-cu il tarixdə 00840616 saylı müqavilə üzrə 2444,58 manat ödənilməmiş hissə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 2333, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.11.2019-cu il tarixdə ******* saylı müqavilə üzrə 954,67 manat ödənilməmiş, 12.08.2019-cu il tarixdə 00840616 saylı müqavilə üzrə 2444,58 manat ödənilməmiş borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 3399,25 (üç min üç yüz doxsan doqquz manat 25 qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2497/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2497/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver