Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2499/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 avqust 2018-ci il tarixli 131/18 saylı daxili lizinq müqaviləsinə əsasən və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 mart 2022-cı il tarixə olan 14065,65 (on dörd min altmış beş) manat gecikmiş əsas və 10800,92 (on min səkkiz yüz) manat dəbbə pulu, cəmi 24866,57 (iyirmi dörd min səkkiz yüz altmış altı) manat borc və ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizələri baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılması barədə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 165 (bir yüz altmış beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh 20 avqust 2018-ci il tarixli 131/18 saylı daxili lizinq müqaviləsinə əsasən və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 mart 2022-cı il tarixə olan 14065,65 (on dörd min altmış beş) manat gecikmiş əsas və 10800,92 (on min səkkiz yüz) manat dəbbə pulu, cəmi 24866,57 (iyirmi dörd min səkkiz yüz altmış altı) manat borc və ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş (xx.xx.2022-ci il tarixli mədaxil qəbz nömrəsi 9********) 165 (bir yüz altmış beş) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2499/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2499/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver