Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2499/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi Əhmədova Elnurə Zakir qızının iştirakı ilə, Ərizəçi Əhmədova Elnurə Zakir qızının (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Əhmədova Elnurə Zakir qızı ərizə ilə məhkəməyə müraciət edərək, qızı 09.01.1999-cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun Əhmədov Afiq Səlimxan oğlu ilə 28.11.2017-ci il tarixdə nikahı pozulmuşdur. Birgə nikahdan 09.01.1999-cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğlu adlı övladı doğulmuşdur. Qeyd etmək istəyir ki, 09.01.1999cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğlu genetik xəstəlik ilə anadan olmuşdur. Oğlu Əhmədzadə Kamran Afik oğluna 1-ci dərəcəli əlillik verilmişdir. Ona Daun sindromu imbesilik dərəcəsində kəm ağıllıq psixiki qüsur halı, anadan gəlmə nitq qüsuru ilə kənar şəxsin qulluğuna ehtiyacı vardır - diaqnozu qoyulmuşdur. O, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, hərəkətləri məhduddur, təhsil almamışdır. Daim nəzarətdə olmalıdır. Əhmədzadə Kamran Afik oğluna mən qulluq edirəm. Oğlu Əhmədzadə Kamran Afik oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 45 saylı Uşaq Polikilinikada qeydiyyatdadır. Eyni zamanda bildirirəm ki, 09.01.1999-cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğluna müddətsiz birinci dərəcəli əlillik verilmişdir. Həmin sənədləri ərizəmə əlavə etmişdir. Həmçinin Tibbi-Sosial Ekspert Komissiyasın tərəfindən keçirilmiş müayinən barədə məlumatdan görünür ki, 09.01.1999cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğlunda - Daun sindromu imbesilik dərəcəsində kəm ağıllıq psixiki qüsur halı, anadan gəlmə nitq qüsuru ilə kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olur. Məhkəmə iclasında iştirak edən ərizəçi Əhmədova Elnurə Zakir qızı ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin n surətindən aydın olur ki, Əhmədzadə Kamran Afik oğlu birinci qrup müddətsiz əlildir. İş materiallarında olan ambulator, stasionar xəstənin tibb kartasından çıxarışın surətindən aydın olur ki, Əhmədzadə Kamran Afik oğluna şızofreniya paranoid forma, psixi qüsur halı diaqnozu qoyulmuşdur. İş materiallarında olan 1 saylı RPX-nın ambulator, stasionar xəstənin tibb kartasından çıxarışın surətindən aydın olur ki, Əhmədzadə Kamran Afik oğluna şızofreniya paranoid forma, dərin psixi qüsur halı diaqnozu qoyulmuşdur, kənar şəxslərin qulluğuna ehtiyacı var. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, atası Quliyev Tahir Əsgər oğlu, anası Məmmədova Bibixanım İsmayıl qızı olan 09.01.1999-cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğlu doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13.05.2025-ci il tarixli 1541 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Əhmədzadə Kamran Afik oğlunda Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Xroniki ruhi xəstəliyi ilə əlaqədar Əhmədzadə Kamran Afik oğlu öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də Əhmədzadə Kamran Afik oğlu tam fəaliyyət qabiliyyəti almayan... şəxs hesab edilməlidir. Quliyeva Aynure Tahir qızı onda müəyyən edilən Şizofreniya paranoid foma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında müəyyən edildi ki, Əhmədzadə Kamran Afik oğlunda “Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13.05.2025-ci il tarixli 1541 saylı rəyinə əsasən Əhmədzadə Kamran Afik oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Əhmədzadə Kamran Afik oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, Əhmədzadə Kamran Afik oğlu öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə ərizəçi Əhmədova Elnurə Zakir qızı onun həyat yoldaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, Əhmədzadə Kamran Afik oğlu öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, Əhmədzadə Kamran Afik oğlu öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, 09.01.1999-cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi Əhmədova Elnurə Zakir qızının ərizəsi təmin edilsin. 09.01.1999-cu il təvəllüdlü Əhmədzadə Kamran Afik oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2499/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2499/2025
09.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver