Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2508/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı“ əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında istehlakçı İddiaçı hesablanmış 885,60 manat qanunsuz cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. 2017-ci ildə Bakı şəhəri, Xəzər rayonu, X10 sovxozunda qızı X1, lakin öz adına aldığı fərdi yaşayış evinə Cavabdeh Layihə İnşaat” MMC vasitəsi ilə təbii qaz xətti çəkdirmişdir. Evinin qaz təchizatı xətti üzərində xx.xx.2018-ci il tarixdə ”Smart” G-4 markalı, 1702AZ **********56 nömrəli qaz sayğacı quraşdırılmışdır. Ona görə də Cavabdeh Bakı X8 Departamentində **********02470 nömrəli kod vasitəsi ilə qeydiyyatdadır. 2020-ci ilin yanvar ayında, yəni qışda qızı Lənkəranda ona məxsus yaşayış evində, onun yanında olmuşdur. Bəzən də o, qızının yanına gedib müəyyən qədər qalandan sonra Lənkərana qayıdırdı. Lakin bu yaxınlarda öyrənmişdir ki, onun adına olan Bakı şəhəri, Xəzər rayonu, X9ndakı (əvvəllər X10 Sovxozu adlanırdı) fərdi yaşayış evinin qaz təchizatı xətti üzərində sayğacdan kənar xətt aşkar edilmiş və ona görə də ona 2020-ci ilin yanvar ayında 885,60 manat cərimə yazılmışdır. Bildirir ki, özü Cavabdeh indiki Lənkəran Xidmət Sahəsində işləmişdir. Halhazırda pensiyadadır. Qızı ağır xəstə olduğu üçün Azərbaycan Respublikasında yaşaya bilmədiyindən Rusiya Federasiyasında yaşayır. Kənar xəttin və onun məsuliyyətinin nə olduğunu da bilir, ona görə də belə bir xətaya heç vaxt yol verməmişdir. Qış aylarında qızının yaşadığı və onun adına olan həmin ünvanda qaz təminatı zəif olduğundan tez-tez Lənkərana gəlmişdir. Onun adına yazılan ******* nömrəli, xx.xx.2020-ci il tarixli akt saxta və əsassızdır və heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmə qaydasında istehlakçı hüquqlarını müdafiə etmək üçün Bakı X8 Departamentinə ərizə ilə müraciyət edərək cərimə sənədlərinin təsdiq edilmiş sürətlərini tələb etmişdir. Bakı RQSD-ti ərizəsinə baxaraq tələb etdiyi sənədlərin, yəni “sayğacdan kənar xəttin olması aktının”, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu aktının, “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilənin sürətlərinin ona göndərilməsini xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir. Qaz Paylayıcısı ona göndərdiyi həmin məktubda qeyd etdiyi 2(iki) sənədi, yəni, qeyd edilən ünvanda yerləşən mənzilə yazılmış aktın və Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqındakı “aktın surətlərini ona göndərməmişdir.Bununla da saxtakarlıq etmişdir. Ərizəsinə baxılması və sənədlərin sürətlərinin ona göndərilməsi barədə olan məktuba münasibətini bildirərək izah edir ki, məktubun 2(ikinci) abzasında belə yazılır:- “...qeyd olunan ünvanda yerləşən mənzilinizə yazılmış aktın” surəti sizə göndərilir. Bu məktubu hazırlayan və onu imzalayan şəxslərə ayıb olsun ki, istehlakçını aldadaraq yalan yazmaqdan utanmırlar.Yəni sənədi ona göndərmədikləri halda yazırlar ki, sənədi ona göndərdik. Sonrakı iradı ondan ibarətdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt evə, mənzilə və ya hər hansı bir binaya yazılmır, akt aşkar edilən hüquq pozğunluğu faktına dair tərtib edilir. Həm də bildirir ki, əgər qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi aktın surətinin ona göndərilməsini yazırsa, onda həmin akt həqiqətən ona göndərilməlidir. Adı qeyd olunan aktda isə köhnə sayğacın çıxarılması və yeni sayğacın quraşdırılması faktı öz əksini tapmalıdır. Belə olan halda çıxarılan köhnə qaz sayğacı dövlət laboratoriyasına göndərilməlidir və müdaxilə halı müəyyən edilməlidir. Bu faktlar isə heç bir sənəddə öz əksini tapmamışdır. Deməli ona məxsus olan fərdi yaşayış evində yaşayan insanların olmamasından istifadə edən yerli qaz xidməti işçiləri kənar şəxslərə qanunsuz vermiş olduqları qaza görə öz sərfıyyatlarının balansını düzəltmək üçün onun kimi tanımadıqları və evdə olmayan insanlara həmin həcmdə qazın yüklənilməsinə çalışırlar. Qeyd edir ki, istehlakçı olan İddiaçı adına olan “Abonentin Saldosu”nu ilk aydan və ildən son aya və ilə kimi dövr üçün “Abonent Saldosu” cədvəlinin görüntüləri ona göndərilməmişdir. Yəni abonent olduğu illər üçün təbii qazın istehlakı barədə yalnız aşağıdakı qeyd etdiklərini göndərmişlər: 2018-ci ilin yanvar ayı üçün hesabat qeyd edilsə də, amma qaz sərfıyyatı 0- dır. 2019-cu il üçün qaz sərfıyyatı tam yoxdur, çünki evdə yaşayış olmamışdır. 2020-ci ilin yanvar, fevral və dekabr aylarında qaz sərfıyyatı üçün hesabat “0” kimi verilmişdir. Bakı X8 Departamentinin təqdim etdiyi 19 sıralı, “GASREP” adlı cədvəldə istehlakçının istehlak etdiyi qazın dəyərini ödəyəndən sonra onun 860,4 manat borcu olduğunu qeyd etmişdir. Həmin sənəd hüquqmüəyyənedici sənəd deyildir və həm də təsdiq edilməmişdir. Adı qeyd edilən sənəddən başa düşülür ki, Bakı şəhəri, Xəzər rayonu, X9 ünvanındakı evi üzrə Qaz sayğacı ilə istehlak edilmiş qazın dəyəri tam ödənilmişdir. Qalan məbləğ isə cərimə məbləği olduğundan, qanunsuz və əsassız hesab etdiyi üçün ödəməmişdir. “Qaz Təchizatı haqqında” Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 və 180 saylı Qərarlarının, onunla bağlanmış qazın alqı-satqısı barədə müqavilənin tələblərinə əsasən ona tətbiq edilmiş xx.xx.2020-ci il tarixli, ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı ******* nömrəli cərimə aktı qanunsuz, əsassız və həqiqətə uyğun deyildir. Ona görə də həmin akt ləğv edilməli, cərimə məbləği silinməlidir. Ona tərtib edilən cərimə aktı üzrə evinin qaz təchizatı xəttinin, həmin xətt üzərində yerləşən qaz sayğacının müxtəlif şəkillləri çəkilmişdir. Belə olan halda müvafiq akt tərtib edilməli və həmin akt həmin tarixdə Bakı Regional Qaz Satışı Depertamentinin dəftərxanasında qeydiyyatdan keçməli idi. Bu hərəkətlər isə edilməmişdir. Çəkilmiş şəkillər üzrə sayğacdan kənar xətt isə görünmür. Ən azından bunu təsdiq edən digər, marağı olmayan şəxslər və ya şahidlər ortada yoxdur. Çəkilmiş şəkillərdə bir borunun qaz sayğacına daxil olması və digər bir borunun qaz sayğacından çıxması müəyyən edilir. Yəni qaz təchizatı xəttinin heç bir yerində, çəkilən şəkillər üzrə, qaz sayğacından əvvəlki məsafələrdə kənar xətt üzrə çıxıntılar və ya həmin çıxıntılar üzrə qaz “şlanq” boruları aşkar edilməmişdir. Bununla da qazdan kənar xətt üzrə təbii qazdan istifadə halı öz təsdiqini tapmamısdır. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli və cərimə məbləği silinməlidir. əgər o, qaz sayğacından kənar xətt üzrə qaz istehlak etmişdirsə və bu Paylayıcı tərəfindən aşkar edilmişdirsə, bəs onda nə üçün onun qaz təminatı dayandırılmadı. Çünki cavabdehin verdiyi “Qasrep” adlı sənəddən görünür ki, 2020-ci ilin fevral, mart, may, sentyabr, oktyabr, noyabr və dekabr aylarında qaz istehlak etmişdir. Əgər, o, qaz sayğacından kənar xətdən istifadə etmişdirsə, onda cəriməni ödəmədən necə oldu ki, qaz Paylayıcı qanunun tələblərini pozaraq ona qazın istehlakına icazə vermişdir? Əlbəttə ki, kənar xətt məsələsi yalan və saxta tələbdir. Qaz Təchizatı müəssisəsinin keçmiş işçisi kimi bildirir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı akt X4 tərtib edilir və rəhbərliyə məruzə edilir. Akt tərtib edilən vaxtı o, Lənkəran şəhərində yaşamış və həmin aktın tərtib edilməsində iştirak etməmişdir. Belə olan halda Cavabdeh İB-yi tərəfindən aktın tərtib edilməsində iştirak etmədiyi və hətta onun tərtib edilməsindən xəbəri belə olmadığı halda aktı tərtib edənlər hansı vicdanla yazırlar ki, o, aktı imza etməkdən imtina etmişdir. İstehlakçıya aid qaz xətti üzərində kənar xətt və ya həmin xəttin üzərində “şlanq” birləşməsi aşkar olunsun. Eyni zamanda həmin xətdən istehlakçı təbii qaz istehlak etsin. Onun iştirakı olmadan çəkilən şəkillərdə isə belə hallar görünmür və heç olmazsa hal şahidləri tərəfindən təsdiq edilmir. Ona görə də ona tətbiq edilən təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı 30.01,2020-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli və cərimə məbləği silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyinə görə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akt üzrə iddiaçının borcu 885,60 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən iddanın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə akt əsasında 885,60 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək xx.xx.2020-ci ildə akt tərtib edilmiş, həmin akt əsasında cavabdehə 885,60 manat borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun silinməsini tələb edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 885,60 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh İB-yi istifadəçinin sayğacında sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə itirilmiş qazın bərpasına görə zərəri iddiaçıdan tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh «X5 tərəfindən tələb olunan 885,60 manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 885,60 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti 1000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması iləəlaqədar verilmiş iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinəəsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla nəzərdə tutulmuş qaydada azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, X9 ünvanı üzrə (abonent kodu: **********02470) “Azəriqaz“ İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə sayğaca qaz sərfinə görə hesablanmış 885,60 (səkkiz yüz səksən beş manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2508/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2508/2022
19.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver