Məhkəmə qərarları › İş №2(003)-2509/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2509/2022

05.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2509/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, Ərizəçi maraqlı Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Hacıbəyov küçəsi 1* saylı evə dair texniki pasportda səhvən yazılmış “Əli Heydər oğlu” sözlərinin çıxarılması ata adının “X*” kimi düzəliş olunmasının müəyyən edilməsinə və həmin sənədin atasına, yəni X1 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.*-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Ərizəçi tərəfindən verilmiş ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15*.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 15*.*-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 15*.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı Bakı şəhəri Xəzər rayonu Hacıbəyov küçəsi 1* saylı evə dair texniki pasportda səhvən yazılmış “Əli Heydər oğlu” sözlərinin çıxarılması ata adının “X*” kimi düzəliş olunmasının müəyyən edilməsinə və həmin sənədin atasına, yəni X1 məxsus olması faktının təsdiq edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi qeyd edilən düzəlişin edilməsi və ya hüququn qeydə alınması ilə bağlı inzibati orqana müraciət etməmişdir. Ərizəçiyə ilkin olaraq inzibati orqana müraciət etməsi tövsiyyə olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 15*, *63-*64, *67-*68-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı Bakı şəhəri Xəzər rayonu Hacıbəyov küçəsi 1* saylı evə dair texniki pasportda səhvən yazılmış “Əli Heydər oğlu” sözlərinin çıxarılması ata adının “X*” kimi düzəliş olunmasının müəyyən edilməsinə və həmin sənədin atasına, yəni X1 məxsus olma faktının təsdiq edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar